karyera

İş həyatında  “B Planı” nəyə görə lazımdır?

İş həyatında profesional olmaq istəyirsinizsə, sadəcə işiniz üçün deyil, öz gələcəyinizi də qurmaq üçün “B planına” ehtiyac var. Məsələn, işinizdə böyük bir problemlə qarşılaşdığınız zaman ilk olaraq o problemi həll etməyə çalışarsınız. Bəs öhdəsindən gələ bilməsəniz? Konsultant Ali Özel, “B planı”nın əhəmiyyətini qeyd edir və əməkdaşların bu mövzuda nələr etməli olduqlarına dair tövsiyələt verir. 

İş həyatının ən böyük məqsədi “uğur qazanmaqdır”. Bəs niyə hamı müvəffəqiyyətli olmaq istəyir? Bu sualın bir neçə cavabı olsa da, amma ən çox verilən cavab “vəzifə artımı” və “daha çox pul qazanmaq”dır. Çox təəssüf ki, bir çox qurumlar üfüqi karyera imkanları yaratmadığı üçün əməkdaşlar uğur qazanmağı əsas hədəf kimi müəyyən edir və nəticədə karyera fürsətlərini əldən verməməyə çalışır. Bu müddət ərzində görəsən əməkdaşların əldən verdiyi imkanlar olur? Bununla yanaşı, diqqət etmədiyi hər hansı risklər var? Əgər gözləntilər yüksəkdirsə, onda hər hansı bir itki də daha çox təsirli olur. Bəs əməkdaşlar iş həyatını necə idarə etməlidirlər ki, həm uğur qazansınlar, həm də riski azaltsınlar? Bax elə burada durmaq və “nə etməli olduğunuza” fokuslanmaq lazımdır. 

İş həyatında  “B Planı”

İş həyatında  “B Planı”

İş həyatı boyunca insanların etməli olduqları:

  • Sadəcə öz işinə fokuslanmaq
  • Gördüyü işin ən yaxşısını etmək
  • Başqalarının səhvlərinə deyil, öz çatışmazlıqlarına fokuslanmaq
  • Çatışmazlıqları necə aradan qaldıracağını müəyyən etmək
  • Bağlılıq hissinə sahib olmaq
  • Öz iş yeri kimi çalışdığı yerə sahib çıxmaq
  • Fərqli yanaşmalara sahib olmaq
  • İş yoldaşlarına rəqib gözü ilə baxmaq əvəzinə yaxşı münasibətdə olmaq

Yuxarıdakı siyahını daha da çoxaltmaq olar. Bütün bu yazılanları edirsinizsə, onda rahat bir iş mühitinə nail olma ehtimalınız da yüksəkdir. Amma düzünü desək, bu, heç də həmişə belə olmur. 

İş həyatında  “B Planı”

İş həyatında  “B Planı”

İşçilər nə etməlidir?

Əslində etməli olduqları şey aydındır. İş həyatınızda yuxarıda yazılan maddələri həyata keçirməyə çalışarkən, eyni zamanda özünüzə alternativ bir plan da qurmalısınız. İş həyatınız istədiyiniz kimi getmirsə “Nə etməlisiniz?” sualına cavab tapmağa çalışmalısınız. Çünki işçilər çox vaxt böyük bir problemlə qarşılaşdıqda bu sualı verirlər. Bəzən tapılan cavablar isə gecikdirilmiş cavablar olur. İş həyatınızda profesional olmaq istəyirsinizsə, sadəcə öz işiniz üçün deyil, həm də öz gələcəyiniz üçün “B planı” hazırlamalısınız. İşinizi görərkən, böyük bir problemlə qarşılaşdığınızda ilk olaraq o problemi həll etməyə çalışacaqsınız, amma bəs öhdəsindən gələ bilməsəniz? Bax bu, qırılma nöqtəsidir… elə bu zaman ehtiyacımız olan bir anlayış ortaya çıxır: Vizyon

İşçilər öz vizyonlarını müəyyən etməlidirlər

İş həyatında hər əməkdaşın mütləq öz vizyonu olmalıdır. Vizyon sadəcə qurumların istifadə etdiyi anlayış deyil. Əgər özünüzə yaxşı bir vizyon müəyyən etsəniz onda həmişə nə edəcəyinizi bilərsiniz. Qısası, həmişə ehtiyatda “B planı”nız olacaqdır. Bu səbəblə də özünüzü gələcəkdə harada görmək istədiyinizi müəyyən edəcək və gələcəyinizi indidən yaratmağa başlayacaqsınız. 

Bir işçi kimi sizin yol xəritəniz necə olmalıdır?

İş həyatında  “B Planı”

İş həyatında  “B Planı”

Bunun üçün aşağıdakıları tətbiq edə bilərsiniz:

  1. Özünüzü tanıyın, öz ağlınız olsun
  2. Çatışmazlıqlarınızı aydın şəkildə müəyyən edin.
  3. Özünüzü hansı istiqamətdə inkişaf etdirəcəyinizə doğru qərar verin
  4. İş yoldaşlarınızla yaxşı münasibətdə olun.
  5. Müdriyyətlə həmişə yaxşı yola getməyə çalışın. Rəhbərinizi sevmək məcburiyyətində deyilsiniz, amma əməkdaşlıq etmək məcburiyyətindəsiniz.
  6. Özünüz üçün mütləq şəkildə vizyon müəyyən edin. Hətta indidən gələcəyinizin şəklini çəkməyə başlayın.
  7. Vizyonunuza çatmaq üçün hədəflər müəyyən edin. Unutmayın ki, hədəf, arzu və niyyətdən fərqlidir. Mütləq hədəfləriniz SMART olmalıdır.
  8. Müəyyən etdiyiniz bu hədəfləri əhəmiyyətlilik dərəcəsinə görə sıralayın. 
  9. Vizyon və hədəflərinizə xidmət edəcək bir B planı formalaşdırın.
  10. Formalaşdırdığınız həmin B planı sizin işinizə daha çox fokuslanmağınıza kömək edəcək.
  11. Formalaşdırdığınız həmin B planı sizin qayğılarınızı yox edəcək. Qayğılarınız azalanda özünüzü daha yaxşı şəkildə işinizə verə biləcək, iş yoldaşlarınızla daha yaxşı ünsiyyət qura biləcəksiniz.
  12. Hərəkətə keçmək üçün mütləq özünüzü motivasiya etməlisiniz.

İş həyatında uğur sadəcə “karyera sahibi olmaq” deyil. Qayğılarınızı minimuma salacağınız rahat bir iş həyatınız daha əhəmiyyətlidir. Əgər B planınız olarsa, qayğılarınız da yoxa çıxar. Vizyon və hədəfləriniz sizin yol xəritəsiniz olacaq. Əlbəttə hərəkətə keçəcəyiniz təqdirdə! Unutmayın, heç bir uğur təsadüfi deyil.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa