Qarderob

Payız qarderobunu hazırlama zamanı: Ən son trend və qiymətlər

Bu gündən etibarən (23 sentyabr) Azərbaycana daxil olan payız fəsli havanın temperaturunda da özünü göstərməyə başlayıb. Havaların soyuması ilə yay geyimləri ilə vidalaşmağa başlayırıq. Bir-birindən dəbli payız geyimləri isə yayın sonlarından etibarən vitrinləri bəzəyir. Soyuqlar düşdükcə daha çox isti geyimlərə ehtiyacımız olduğunu hiss edirik. Bəs hansı geyimlərə üstünlük verməliyik? Qarderobunu yeniləmək istəyənlər üçün ən son trendləri araşdırdıq.

Qeyd edək ki, siyahımızda yer alan məhsulların Azərbaycandakı satış yerlərini və qiymətlərini sizinlə paylaşmağa çalışacağıq. O zaman başlayaq .. 🙂

Neylon Gödəkçələr

Test xbr 1

Bu il demək olar ki, vitrinlərdə hər növ gödəkçələri görmək mümkündür: Cinslər, dəri gödəkçələr və s. Biz isə bu gün neylon gödəkçələrdən danışacağıq. Ötən ildən daha çox qarşımıza çıxan bu gödəkçələr idman üslubunda geyinən və fərqliliyi sevən xanımlar üçün maraqlı seçim ola bilər.Neylon gödəkçələri sadə geyimlərinizdə üst geyim kimi rahatlıqla istifadə edə bilərsiniz. Azərbaycanda isə bir sıra mağazalarda bu gödəkçələrin satışı var.

Test xbr 1

Bol şalvarlar

İdman üslubunu bəyənən xanımlar üçün daha bir məsləhətimiz olacaq. Bir neçə ildir vitrinləri bəzəyən bol (cargo, baggy) şalvarlar hər keçən il yeni forması ilə qarşımıza çıxır. Bu il isə biz bu şalvarların kəmərli, bel hissəsi daha yüksək və daha bol variantlarına üstünlük verərək dəbli görüntü əldə edə bilərik. Qeyd edək ki, bu şalvarların bəzi çeşidlərini klassik kombinlərdə də istifadə etmək olar.

Azərbaycanda isə bu şalvarları bir çox mağazalarda tapmaq mümkündür.

Bitki və müxtəlif naxışlı uzun donlar

Payızın gəlişi ilə parlaq və açıq rənglərdən çıxıb daha solğun rənglərə üz tuturuq. Rəngarəngliyinizi itirmək istəmirsinizsə, payız rənglərində və maraqlı naxışları olan donlara üstünlük verə bilərsiniz.

Qabarıq çiyinli geyimlər

Əziz iş xanımları, sizləri də unutmadıq. Məlumdur ki, bir çox xanımların, xüsusən də iş xanımlarının qarderobunda olmazsa olmazları ağ və qara rəngli köynəklər və donlardır. Bu il isə dəbə şiş çiyinli və geniş qollu klassik geyimlər daxil olub. Demək olar ki, etdiyiniz alış verişlərdə bu formalı geyimlərlə tez-tez qarşılaşacaqsınız.

Trenckotlar

Həm idman, həm də klassik üslubu sevən xanımlar üçün bu il solğun rəngli trenckotlar dəbdə olacaq.

Test xbr 1

Müəllif: Könül Vəliyeva

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa