Qarderob

Payız gəlinləri üçün gəlin buketi tövsiyyələri

Payız gəlin gülləri deyiləndə ağlınıza sadəcə qurumuş güllərdən ibarət buketlər gəlməsin.

Payız gəlinlərinə məxsus müxtəlif rənglərdə və çox sayda buket modelləri mövcuddur. Budəfəki yazımızda payız mövsümündə gəlin olacaq xanmlar üçün buket modelləri ilə bağlı tövsiyyələr verəcəyik.

Araşdırmamız əsnasında payız gəlinlərinin ən çox üz tutduğu buket modellərini diqqətinizə çatdırırıq. Başlayaq..

Qəhvəyi və qızılı tonlarda gəlin buketi

Qəhvəyinin hər bir tonundan istifadə olunan güllərdən ibarət buketlər demək olar ki, payızı ən gözəl şəkildə əks etditən seçimdir. Torpaq tonlarında seçilmiş güllərlə gəlinlər daha çox diqqət cəlb edə və fərqli görünüş əldə edə bilərlər. Lakin saç və makiyaj seçiminin də buketlə tamamlanması önəmlidir

testtt g1 test

Qozalı gəlin buketi

Daha az xərclə başa gələn bu buketləri həm payız, həm də qış toylarında istifadə edə bilərsiniz. Hətta toy konseptinizi də qozalar üzərində qura bilərsiniz. Bu, təbiətin ruhunu əks etdirməklə bərabər sizi digər gəlinlərdən fərqləndirəcək və uzun müddət cəsur seçiminizlə yaddaşlarda qalacaqsınız. Qeyd edək ki, qozaları buketdə həm tək, həm də digər güllərlə birgə istifadə edə bilərsiniz.


Narıncı və qırmızı güllərdən ibarət gəlin buketi

Məlumdur ki, payızı əks etrditən əsas rənglər narıncı və qırmızıdır. Ələxsus da, bu rənglərin birgə istifadəsi ortaya gözəl bir görüntü çıxara bilər. Həmçinin payız rənglərini əks etdirən buketdə qırmızı yarpaqlardan da istifadə etmək olar.

testtt g1 test

Toxunma detallı gəlin buketi

Gülləri lent və ya parça ilə sarmaq əvəzinə buketdə müxtəlif formalı toxunma aksessuarlardan istifadə edə bilərsiniz. Həmçinin əl çantası formalı buketlərdə də toxunma aksessuarlar buketə xüsusi gözəllik verəcək və payıza daha çox uyğunlaşdıracaq.

Image result for macrame bridal bouquet

Lələkli buket

Süni quş lələkləri indi bir çox yerdə asanlıqla tapılır. Payız mövsümündə fərqlilik axtaranlar qəhvəyi və ağ lələklərdən ibarət gəlin buketi semə bilərlər. Buketə həmçinin qurumuş budaqlar və bitkilər də əlavə edilə bilər.

testtt g1 test

Bənövşəyi gəlin çiçəyi

Əlbəttə ki, yalnız narıncı və qəhvəyitonlarda güllər payız toylarında istifadə ediləcək buketlərə daxil edilmir. Bənövşəyi, çəhrayı və mavi rənglər də gəlin çiçəyi üçün çox gözəl seçimlərdir. Təbii ki, bu rənglərin canlı deyil, daha tünd tonlarını seçərək mövsümün ahənginə uyğunlaşdıra bilərsiniz

testtt g1 test

Pastel tonlarda gəlin gülü

Gəlin çiçəyi modellərini araşdırdıqda payız üçün hazırlanan buketlərin əksəriyyətində pastel və açıq tonlarda güllərdən istifadə olunduğu nəzərə çarpır. Təbiətin büründüyü rənglər çiçəkləri və hətta toyun konseptini müəyyən edə bilər. Bu model buketlər hər mövsümdə pastel tonlarda buketlərdən istifadə oluna biləcəyini sübut edir.

testtt g1 test

Orxideya buketi

Son dövrün trendlərindən olan orxideya buketləri isə hər mövsümdə gəlinlərin yox deyə bilmədikləri modellərdəndir.

testtt g1 test

Bütün gəlinlər toy günlərində hər şeyin mükəmməl və özəl olmasını istəyir. İllər keçsə də onlar gəlinlikləri, toy dekorasiyaları ya da gözəl buket seçimləri ilə daima anıla bilərlər. Hər bir gözəl şeyin baha başa gəldiyini düşünən xanımlara daha bir tövsiyyəmiz olacaq. Gözəl buketlərin dekorativ versiyalarını daha aşağı qiymətlə handmade_with_fantasy_ səhifəsindən sifariş verə bilərsiniz.

testtt g1 test
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa