Kitab

“P.S. I love you – Səni sevirəm” kitabını niyə oxumalı

Əslində 2014-cü ildə bu kitabı azərbaycanca oxumuşdum, amma 30 yaşımı tamamladıqda, kitabda da 30 yaşını tamamlayan Holyinin hekayəsini yenidən, bu dəfə isə ingilicsə oxumaq istədim. Onu da deyim ki, müəllif Cecelia Ahern (həm də İrlandiyanın baş nazirinin qızı) bu əsəri cəmi 22 yaşında yazıb, əsər qısa müddətdə bestsellərə çevrilib. Bunu deməkdə məqsədim əgər yazmağı sevirsinizsə, mütləq özünüzə şans verin, amma gənc yaşlarınızdan ingiliscə yazmağı vərdiş halına gətirin.

Hər bir xanıma, xüsusən də həyatında itki yaşamış, depressiyada olan və ya özünü motivasiya etməkdə çətinlik çəkən xanımlara tövsiyə edəcəyim bir əsərdir. Xəbərdarlıq edim ki, bəzi hissələri qəmgindir və sizə yorucu da gələ bilər, amma sizi gülməyə sövq edəcək yetərincə hadisələr də olacaq.

Əsər həyat yoldaşını sevgili yarını və ruh ortağını beyin şişi səbəbindən itirmiş bir xanımın, yenidən həyata dönüşü, həyatla və onu gözləyən çətinliklərlə və ən əsası, evli- mutlu cütlüklərlə üzləşməsi, hər şeyə rəğmən həyatın davam etməsi haqqındadır.

Bu yolda ona vəfalı aşiqinin ölmədən öncə yazmış olduğu məktublar kömək edir. Hər ay üçün bir məktub, cəmi 10 məktub.

Amma məktubların məğzinə varsaq əslində hər birimizin hissə hissə etməli olduğumuz bəzi tövsiyələri görə bilərik. Məktubların və əsərin tam hekayəsini, sirrini açmadan sizə qısaca gəldiyim qənaətləri yazacağam.

  1. Hər zaman necə göründüyünüz önəmlidir, yəni hər zaman öz qeydinizə qalmalısınız, depressiyadan çıxış yolunda ilk addım budur.
  2. Kiçik dəyişikliklər, yəni bəzən əhəmiyyətsiz görünən kiçik nüanslar böyük münaqişələri önləyə və sizi bir çox əziyyətdən qurtara bilər.
  3. Həyatda güclü olmaq üçün ən böyük qorxularınızın üstünə getmək lazımdır, məsələn ictimai nitqlərdən qorxursunuz, özünüzü məcbur edin.
  4. Xatirələr əşyalarda deyil, beyində və ürəkdə qalır, zaman keçdikcə köhnə əşyalardan, köhnə yüklərdən və dərdlərdən qurtulmaq lazım.
  5. Böyük bir lahiyəyə, plana başlamadan öncə özünüzə kiçik də olsa bir zövq və ya tətil yaşadın, bu sizin iradənizə yaxşı təsir edəcək. Yeni işə yorğun halda başlamayın.
  6. Ayı nişan alın hər zaman, yayınsanız belə ulduzların arasında qalacaqsınız.
  7. Sevəcəyiniz işlə məşğul olun, bu həyata tutunmanın ən yaxşı yoludur.
  8. Soyuq və tutqun havalarda sizə günəşi və istini xatırladacaq əşyalar (nüanslar) ilə əhatə edin özünüzü.
  9. Bir zaman sevdiyiniz insan ilə getdiyiniz yerə təkrar qayıtmaqdan və tənhalığınızla üzləşməkdən qorxmayın.
  10. Yeni sevgiyə açıq olun, qapanmayın, qəlbinizi bağlamayın. Həyatımız davam edir və həyat gözəldir.

P. S – dostlarım bilir ki, mən çay içməyi çox sevirəm. Əsərdə bir neçə hissədə, həm dərdli günlərin kədər ortağı, həm də sevincli anların qeyd edilmə forması kimi, çox içdikcə dərdləri yuyub aparan çayın rolu xüsusi qeyd edilib. Ürəyiniz sıxılanda çay için, köməyi olur 🙂

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa