Qadın hüququ

Orkidin müzakirələrə səbəb olan yeni reklamı mediaya damğasını vurdu

Qadınlar üçün bez markası olan Orkid tərəfindən hazırlanan yeni reklam sosial mediada fikir ayrılıqlarına səbəb olub. Şirkət qadın bezlərinin Türkiyədə satışı ilə bağlı təcrübəsinə əsaslanaraq, sosial bir kampaniya həyata keçirib, daha sonra bunu daha geniş kütlələrə çatdırmaq üçün çarx hazırlanıb, çarxın ingiliscə olması da maraq doğurur, deməli çarxın hədəf auditoriyası təkcə Türkiyə deyil. Bu çarxla şirkət  sosial şəbəkələrin diqqətini özünə çəkməyə müəssər olub. 

Reklamda Türkiyədə bezlərin qəzet kağızına bükülərək satıldığı vurğulanır, sanki bez alınması  utancdır və qadınlar bunu gizlətmək məcburiyyətində qalır.

Sonra isə reklamda əslində ən böyük utancın qadınların öldürülməsi, zorlanması, şiddətə məruz qalması olduğu fikri irəli sürülür. Orkid Türkiyənin ən aparıcı qəzetlərində yer alan məhz bu xəbərləri araşdırırıb. Xəbərlərdəki materiallardan istifadə edərək, Orkid üçün xüsusi üzlük hazırlanır və hər bir bez alıcısı olan xanım, bu xəbərləri oxuyur.

Reklam mediada həm tərəfdar, həm də əleyhdarlar toplaya bilib. Bəziləri reklamın Türkiyəni alçaltmaq niyyəti ilə hazırlandığını və əslində Türkiyədə bezlərin heç də qazetlərə bükülüb satılmadığını iddia edir. Digər qrup isə bəhs edilənlərin gerçək olduğu düşüncəsindədir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa