Kitab

Bu Noyabr oxumalı olduğunuz 4 kitab

Sərin payız daxili bir hüzur bəxş edir, təbiətdəki dəyişiklik və həzinlik insanın daxili aləminə də nüfuz edir sanki. Noyabr payızın ən son, ən soyuq və ən sevimli ayıdır, bu ayda sevgiyə bir az daha çox ehtiyacımız olur ki, payızın soyuğundan sevginin istisinə sığına bilək. Noyabr heç zaman kitab oxumağı özünə vərdiş etməyənlər üçün yeni bir şansdır, bu ayda kitab oxumağa mültəq zaman ayıra biləcəksiniz.

Sizin üçün kitabları xüsusi seçdik:

Yaradıcı düşüncə – Rod Cadkins

Qiymət: 11 AZN

Sən düşündüyündən doxsan dəfə çox yaradıcısan.

Adətimiz üzrə aya yüksək motivasiya və hədəflər ilə başlayırıq. Bu kitab sizi daha özünə əmin və daha yaradıcı düşünməyə ilhamlandıracaq. Qatarınız gecikəndə niyə sevinməli olduğunuzu öyrənəcək, təhsil tarixindəki ən uğurlu siniflə (iştirakçılarının hər biri Nobel mükafatı qazanıb) tanış olacaqsınız.

Bütün dünyada məşhur “Central Saint Martins”dən olan Rod Cadkins həyatının hər addımında tarix boyu yaşamış ən uğurlu yaradıcı düşüncə sahiblərini araşdırmış və onları bir kitab halına gətirmişdir.

Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt – Ellen Notbohm

Qiymət: 7 AZN

Uzun müddətdən bəri bestseller olan “On fakt” kitabı artıq bizi oz seçimlərimiz və fəaliyyətimizdə daha effektiv olmağa çağırmaqla, oxucuları hər bir autizmli uşağın ehtiyaclarını və potensialını daha dərindən anlamağa həvəsləndirir.

Ellen Notbohmun dəyərli məlumatlar və pozitiv düşüncələrlə zəngin olan, yumoristik ifadə dili ilə qələmə aldığı bu əvəzsiz əsərində təsvir edilmiş on fakt uşaqlarda autizm hallarının müəyyənləşdirilməsi üçün deyil, onlar barədə məlumatlılığımızı yüksəltmək üçün bütün informasiyaları özündə ehtiva edir. Bu yenilənmiş nəşr autizmli uşaqların gələcəkdə daha mənalı, zəngin, sərbəst və uğurlu həyat yaşaması üçün onlara hər gün üzləşdikləri ünsiyyət problemləri, sosial qavrayış və bacarıqlar, yetkin şəxslərin onların həyatında oynadığı həlledici rol haqda hərtərəfli məlumat verir.

Azərbaycan Gündəliyi – Tomas Qolts 

Qiymət – 16 AZN

“Hər bir jurnalist elə bir kitab yazmağı arzulayır ki, onu oxuyarkən insan özünü tarixi hadisələrin burulğanında hiss etsin. Tomas məhz buna nail olub… Onun hekayəsi hadisələrin təfərrüatları ilə verilmiş bəzək-üzəksiz xülasəsidir”. – “The Wall Street Journal”

“Təmiz sərgüzəşt kimi valehedici mütaliə əhəmiyyəti kəsb edir, lakin Tomas müstəqillik qazandıqdan sonra səfalət içində olan Bakıdan Ermənistanın və Dağlıq Qarabağın, “Qarabağ”ın cəlb edildiyi xaotik müharibəyə doğru irəlilədikcə dərrakəli düşüncə sahibi çox şey öyrənəcək… Oxumağınızı məsləhət görürük”. – “Library Journal”

“Qoltsda özünü və oxucularını siyasətçilər, intriqalar, korrupsiya və müharibə dünyasının içinə daxil etmək istedadı var və bu da nəinki müasir milli dovlətin yaranmasına dair maraqlı dərsə xidmət edir, eyni zamanda oxucunu maraqlı hadisələrin şahidinə cevirir”. – “Forbes Online”

Ürəyimə bax – Nikolas Sparks

Ürəyimə bax… Mən sənin ürəyinə baxdığım kimi…

Noyabrın sonunda özünüzə bir az romantika dadmağa izn verin, bu işin ustası olan ən gözəl romantik bestsellerlər müəllifi Nikolas Sparksa müraciət edin. Bir çox kitabları isə sevilən Parksın “Ürəyimə bax” əsəri həyatının gedişində dönüş etmək istəyənlər üçün əla seçim ola bilər.

Oxucuya həyəcanlı anlar yaşadan “Ürəyimə bax” romanı bir daha xatırladır ki, sevgi əngəl tanımır və əsl sevgi istənilən sınaqdan çıxmağı bacarır, yetər ki, sevdiyin insanın ürəyini görə biləsən…

Romanın əsas qəhrəmanları həyatında köklü dəyişikliklər etməyə çalışan Kolin Henkok və ilk baxışda çox uğurlu hüquqşünas və mükəmməl həyat sahibi kimi görünən, xoşbəxt insan təsiri bağışlayan Mariya Sançezdir. Yağışlı bir gecədə baş vermiş təsadüfi qarşılaşma Mariya ilə Kolinin həyatını dəyişir. Tezliklə onların arasında sevgi alovlanır, lakin bu sevginin qarşısında müəyyən maneələr var. Gənclər bu əngəlləri aradan qaldıra biləcəkmi?

1 Şərh

1 Comment

  1. Pingback: Noyabrda özünü xoşbəxt hiss etmək üçün 13 səbəb - 1Lady.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa