Novruz

Bəxtinizi sınayın – Son çərşənbədə ediləcək fallar

Novruz yaşıllıq, canlılıq rəmzidir. Simvolu isə səmənidir.

Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir.  Bolluq, saflıq mənasını bildirir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır.

 Hələ qədim dövrlərdə insanlar hər Novruz bayramında bir araya gələr, şənlənər, bayram süfrəsi açar bə fala baxarlarmış. Köhnə adət-ənənələr bu günədək qorunub saxlanılmış və günümüzədək gəlib çıxmışdır.

Bəs siz hansı falları edə bilərsiniz?

1lady.az təqdim edir:

Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə niyyətin çin olacaq deməkdir.

Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Və yaxınlaşdıqda evə əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

Bayram günü ürəyində 1 arzu tutub səhərə qədər yatmırsan. Və ürəyində tutduğun arzu 5 ildən sonra gerçəkləşməlidir.

Axır çərşənbə günü, axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Bu səbəbdən hər kəsə bayram zamanı xoş sözlərin danışılması tövsiyə edilir.

Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən. 

Axır çərsənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın uzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4 il üçün keçərli sayılır

Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı başlamalıdı.

2 stəkan qoyulur. Stəkanlardan birini seçib arzu tutursan. Əgər suyu arzu tutub seçdiyin stəkana tökərsən,arzun yerinə yetəcək.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa