Şəxsi İnkişaf

Necə Danışaq ki, İnsanlar Bizi Dinləsin? (TED)

Səhnə aldığı 5 TED çıxışında 40 milyon dəfədən çox izlənənən Julian TIME, The Times, The Economist və BBC kimi dünyaca məşhur media yayımlarında tez –tez ekranlara çıxır.

Səs və ünsiyyət mütəxəssisi olan Julian Treasure, daha yaxşı dinləmə və müraciət etmə vərdişləri formalaşdırmaq niyyəti ilə dünyanı gəzir və insanlara təlimlər verir. O keçdiyi təlimlər haqqında həmçinin kitablar da yazır.

Dünyaya baxışı isə belədir:

Övladlarımıza necə oxumağı və necə yazmağı öyrədirik, amma necə danışmağı və dinləməyi öyrətmirik. Vizyonum insanları məqsədli şəkildə dinləməyə və güclü danışmağa ilhamlandıraraq dünyanı daha yaxşıya doğru dəyişdirməkdir. Dinləmək anlamaq yolunda bir qapıdır. Anlaşılmazlığa söykənən demokratiya və sivil toplumun ayaqda qala bilməsi üçün anlayan birinə ehtiyac var. Güclü nitq qabiliyyəti – bizə fərq yaratmaq və kim olduğumuzu tanıtmaq üçün hərəkət sərbəstliyi verir. Şirkətim – The Sound Agency, 10 ildən çoxdur ki, şirkətlərə dinəməyə yardım edir. Eyni şeyi dünyadakı hər kəs üçün etmək istəyirəm. Mənim vizyonum qısaca: məqsədli şəkildə dinləyən və özünü gözəl ifadə edə bilən dünya.  

Onun “Necə Danışaq ki, İnsanlar Bizi Dinləsin?” çıxışını izləməyi isə hər kəsə tövsiyə edirik

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa