Həyat tərzi

Nə üçün nifrət etdiyimiz şeyləri sonradan sevirik?

Hər bir insan heç sevmədiyi əşyanı, yemədiyi yeməyi daha sonra həvəslə sevə və ya yeyə bilər.

Təcrübələr göstərir ki, bu “Mere exposure effect”- yəni tədricən məruz qalma təsiridir. Fərqində olmadan seçimlərə təsir edən bir vərdiş formasıdır.  Bir il ərzində, hazırda nifrət etdiyiniz bir şeyi bəyənə bilərsiniz. 

Yaşınız artdıqca heç seçimlərinizin nə üçün dəyişdiyi ilə maraqlanmısınız? 

Məsələn kiçik olan zaman zeytunu sevmədiyi halda, hazırda zeytunsuz bir səhər yeməyini düşünməyən kifayət qədər insan vardır. Bu “mere exposure effect” təsirinin örnəkləridir. Bu həyat boyu düşüncələrinizə hakim ola biləcək psixoloji vəziyyətdir.

Bəs “Tədricən məruz qalma” təsiri nədir?

İnsanların sadəcə vərdiş etdikləri, mütəmadi olaraq məruz qaldıqları üçün üçün seçimlərinin dəyişməsinə səbəb olacaq psixoloji haldır. Bir şeyə nə qədər məruz qalsanız, bir də baxacaqsınız ki, siz də onu sevməyə başlamısınız. Bu istəmədən zümzümə etdiyimiz nəğmələr kimidir.  Bu məntiqli və ya məntiqdənkənar şəkildə reallaşa bilər. Eyni şeyi nə qədər çox təcrübə etsəniz o tanış hala gəlir və gözlədiyinizdən daha çox ondan ləzzət almağa başlayırsınız.

Bu vəziyyətdə özünüzü təhlükəsizlikdə hiss edir və əlinizdən gəldiyi qədər aşina olduğunuz şeyləri axtararsınız. Əgər bunun hələ də doğru olub-olmadığından əmin deyilsinizsə misallara nəzər yetirə bilərsiniz.

Musiqi – İlk dəfə eşitdiyiniz bir mahnıdan nifrət etdiyinizi düşünün amma tez-tez eşidirsiniz, çünki hər yerdə çalınır. Nəticədə zamanla ona alışır və sevməyə başlayırsınız. 

Bu vəziyyət tanış gəldimi? 

Bu ən bəsit örnəklərdən biridir. Həmin mahnıya ilk dəfə qulaq asanda sevməyə bilərsiniz amma zamanla şüur altınıza yerləşir və sevməyə başlayırsınız. Hətta sevmədiyiniz mahnının sözlərini bir müddətdən sonra oxuduğunuzun şahidi ola bilərsiniz.

İnsanlar – İlk baxışın çox vacib olduğunu deyirlər, ancaq bu hər zaman doğru deyil. Biri ilə nə qədər çox vaxt keçirsəniz  o sizə bir o qədər öyrəşirsiniz. Bu, onunla daha çox ortaq nöqtə tapacağınızın işarəsidir. Sevmədiyiniz insanları belə bir müddətdən sonra daha çox sevməyiniz mümkündür.

Yemək – Yaş artdıqca ləzzət dadınızın dəyişdiyişi aşkardır. Belə ki öncə sevmədiyiniz yeməyi daha çox ləzzətlə yeyə bilərsiniz. Həmçinin bu, “Tədricən məruz qalma” vəziyyətinin bir qolu ola bilər. Məsələn, zeytunun dadını sevməyə bilərsiniz, ancaq onları pizzada və ya souslarda yeyirsiniz. Özünüz də fərqində olmadan zeytunun dadına zamanla öyrəşməyiniz və bir müddətdən sonra sevərək yeməyə başlamağınız mümkündür.

Bəs “Tədricən məruz qalma” təsiri nə qədər effektlidir?

Aparılan araşdırmalar, məruz qalma müddətinin artdıqca təsirinin də artdığını göstərir. Yəni bir şeyi ilk dəfə sınadığınızda bundan xoşunuz gəlməyə bilər. İkinci dəfə isə bir az sevə bilərsiniz. Bu vəziyyət davam etdikcə sevginin gücü artar. Əgər zövqlə gördüyünüz işə ara versəniz bu sizi ondan soyuda bilər. 

Uşaqlarda isə bu fərqlidir. Belə ki, onlar yeni şeylərdən zövq almağa meyillidirlər. Yaş artdıqca isə çox gördüyünüz əşya, çox dinlədiyiniz musiqidən zövq almağa başlayırsınız.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa