Münasibətlər

Müvəffəqiyyətiniz evləndiyiniz insandan asılıdır – Məşhurların da təsdiqlədiyi fikirlər

Elm adamları, evli olduğunuz insanın müvəffəqiyyətinizlə birbaşa əlaqəli ola biləcəyini qeyd edirlər.

Əslində fərqində olmasanızda həyatınızdakı uğurunuz və baxış tərzinizin ətrafınızdakı insanlarla əlaqəli ola biləcəyi bildirilir. Hətta bu evli olduğunuz insanın kimliyindən daha çox asılıdır. 

Carnegie Mellon universitetinin yaxın zamanda apardığı araşdırmalara görə, kişilərin verdiyi qərar qadınların həyatına böyük təsir göstərir.

Yoldaşları dəstəkləyici olan insanlar daha çətin vəzifələri icra edirlər. 

163 evli cütlük üzərində aparılan araşdırmalardan sonra bu nəticəyə qərar verilib. Belə ki, hər şəxsə seçim haqqı verilib. Yüngül tapmacanı həll etmək ya da mükafat üçün rəqabət etmək təklif edilib.  Araşdırmaçılar daha sonra hər bir cütlüyün bir-birləriylə olan münasibətlərini qeyd ediblər. Daha cəsarətləndirici və dəstəkləyici yoldaşları olanlar mükafat üçün rəqabət etməyi seçiblər. Həyat yoldaşları qırıcı olanlar yüngül tapmacanı seçiblər. 

Ancaq araşdırma bununla yekunlaşmayıb. 6 ay sonra eyni cütlüklərə yenidən  nəzarət edilib. Nəticədə isə adətən çətin seçimi edən cütlüklərin daha asan seçimi edənlərdən xoşbəxt olduqları məlum olub.

Bu araşdırmanın baş yazıçısı olan Carnegie Mellon universitetinin İnsan və Cəmiyyət Elmləri fakültəsinin psixologiya üzrə professoru Brooke Feeney bu barədə yazır:

“İnsanların özəl qərar vermə mərhələlərində etdikləri seçimlərin (iş və ya dost seçmək baxımından) uzun vədəli rifahları üçün çox önəmli olduğu fikrindəyik.

Həyat yoldaşlarınız həyatınızın fürsətlərini dəyərləndirərək uğur qazanmağınıza kömək ola bilər”. 

Bu halın sübutu günümüzdə uğur qazanmış məşhur cütlüklərdir. Belə ki, Barack Obama ilə Michelle  Obama, Mark Zuckerberg və Pricilla Chan bu cütlüklərdən bir neçəsidir.

Bunların hamısı insanların fərqli soylardan və sektorlardan olması ilə əlaqəlidir.

Barack Obama keçmiş arvadı ilə bağlı bunları söyləmişdi:

“Açığı Michelle olmadan heç bir şey əldə edə bilməzdim. Daha öncə mənə ağlımı başımda tutan, təzyiqlərlə mübarizə aparmağa kömək edən və tarazlığımı qoruyan səbəbləri soruşurdunuz. Cavabı bu gənc qadındır. Ona hər gün bir çox mövzuda güvənirəm”.

Mark Zuckerberg isə  2017-ci ildə Harvarda yeni dərs ilinin açılışı zamanı nitqində xanımı barədə bunları söyləyib:

“Priscilla həyatımdakı ən vacib insandır. Bu səbəbdən burada keçirdiyim zamanda əldə etdiyim ən böyük qazan məhz odur”.

Ancaq dəstəkləyən sadəcə qadınlar deyil. Dünyada məşhur müğənni Beyonce, əri Jay-Z-nin dəstəyini dilə gətirir. Beyonce görə, Jay Z bir çox mövzuda ona dəstək olur:

O adama, o evə getməsəydim bu gün olduğum qadın ola bilməzdim. O bunu təmin etdi”.

Mandatory Credit: Photo by PictureGroup/REX/Shutterstock (9785779a)
Beyonce and Jay-Z
Beyonce and Jay-Z in concert, ‘On The Run II Tour’, Minneapolis, USA – 08 Aug 2018

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa