Həyat tərzi

Rahat yaşa! Həyatımızı asanlaşdıran 8 mobil tətbiq

Məhdud zaman, artan iş tempi hər kəsi daha ağıllı həll yolları axtarmağa, vaxta mümkün qədər qənaət etməyə sövq edir. Zaman israfının qarşısını almaq bu günlərdə pul israfından daha önəmlidir. Bir çox virusların yayılma ehtimalı olduğu hazırkı məqamda isə (xüsusən də koronavirus) insanların çox olduğu, çox ziyarət etdiyi məkanlardan yayınmalıyıq. Bütün bunları gerçəkləşdirmək üçün müasir texnologiya və tətbiqlər işimizə yarayır. 

Ağıllı telefonların təqdim etdiyi bütün fürtsətlərdən faydalanmaq istəyənlər üçün həyatınızı asanlaşdıracaq və səmərəliliyinizi artıracaq tətbiqləri bir araya gətirdik. Çünki texnologiya həyatı sadələşdirmək üçün vardır!

  1. Evernote 

evernote1

Evernote xüsusilə gərgin iş rejiminə malik və xatırlatma məqsədli qeydlərə tez-tez ehtiyac duyanların imtina edə bilmədiyi ağıllı telefon tətbiqləri arasındadır.

Qeyd götürmə tətbiqi olan Evernote istifadəçilərin yazdıqları qeydləri buludda tutaraq ağıllı telefon, planşet və kompüterlərdən girişi təmin edir.

Evernote-u cəlbedici edən digər xüsusiyyətlər isə onun sayəsində qeydlərinizə səs, video və görüntü əlavə edə, tətbiqi təqviminizlə sinxronizasiya edə bilməyiniz və sadə istifadə şəklidir.

  1. Müştərisi olduğunuz bankın təbiqi  – Dostbank 

Mobil bank tətbiqləri zamana və məkana fərq qoymadan çalışır. Mobil bank tətbiqi ilə sanki bank şöbəsini öz cibinizdə daşıyır, istənilən zaman kartdan karta köçürmələr edə, mübadilə əməliyyatları həyata keçirə, vəsaitinizi idarə edə, kreditinizi ödəyə bilirsiniz. Müasir telefonlar barmaq izləri sayəsində pinkod və s. tələb etmədən tətbiqdən istifadə etmək imkanı verir. Bununla da hətta ölkə xaricində olduqda belə öz DostBankınızdan rahat istifadə edə bilirsiniz.

“Bank of Baku”ya məxsus Dostbank tətbiqi ilə siz kart sifarişi, kredit sifarişi, ödənişlər (mobil rabitə, TV, kommunal xidmətlər, internet provayderləri, büdcə ödənişləri və s), köçürmələr, kartdan karta köçürmələr edə, bankın ATM və filial şəbəkəsi haqqında məlumat əldə edə, ödəniş tarixçələrinizi nəzərətdə saxlaya bilərsiniz.   DostBank mobil tətbiqi ödənişsizdir və tətbiqi Android və ya İOS istifadəçisi olan istənilən Bank of Baku müştərisi aşağıdakı linklərdən yükləyə bilər:

 

  1. Pocket tətbiqi

pocket

Pocket tətbiqi onlayn olaraq izlədiyiniz məzmunlara istədiyiniz vaxt nəzər salmanızı təmin edir.

Nə qədər unutmayacağımızı desək də, sonra oxumaq üçün favoritlər siyahısına əlavə etdiyimiz məzmunların sayı günbəgün artmaqdadır. Pocket istədiyiniz keçidi tək toxunuşla, yaratdığınız siyahıya əlavə edir; Twitter, Flipboard kimi tətbiqlərlə birlikdə işləyir. 

Pocket-in həyatı asanlaşdıran xüsusiyyətlərindən biri də məzmunları oxumaq üçün internetə ehtiyacın olmamasıdır. 

  1. Moves

moves

Sağlam və gümrah həyatın getdikcə vacib olduğu indiki vaxtda idmanla əlaqəli tətbiqlər ən məşhur ağıllı telefon tətbiqləri arasındadır.

Xüsusilə də, yeriş və qaçış sevənlərin marağına səbəb olan Moves, gün ərzində atdığınız addımları saymaqla, kilometrə əsasən nə qədər yol qət etdiyinizi, nə qədər kalori sərf etdiyinizi və cəmi nə qədər yeridiyinizi qeyd edir. 

Bütün bu məlumatları gündəlik və həftəlik olaraq qeyd edən və müqayisə etmək imkanı ilə təmin edən Moves; hərəkətə keçməyiniz üçün etdiyi xəbərdarlıqlarla sizi sağlam həyata təşviq edir. 

  1. Duolingo

duolingo

Duolingo, xüsusilə tez-tez səyahət edənlər üçün faydalı olacaq tətbiqlər arasında ən birinci gəlir. 

Duolingo ilə ingilis dilindən rus dilinə, ispan dilindən alman dilinə qədər bir çox fərqli dili rahat və praktik şəkildə öyrənə bilərsiniz.

Səviyyənizi müəyyən etdikdən sonra gün ərzində dil öyrənməyə ayıracağınız vaxta əsasən sizə bir iş qrafiki hazırlayan Duolingo; oxu, yazı və danışıq bacarıqlarınızı da inkişaf etdirir.

  1. Dropbox

dropbox

Dropbox bütün sənədləriniz, foto və videolarınız üçün saxlama tətbiqidir.

Hər hansı bir cihazınızdan qeyd etdiyiniz məlumatlara Dropbox tətbiqi olan bütün cihazlardan daxil ola bilirsiniz. Tətbiq xüsusilə daim hərəkətdə olanlar üçün olduqca faydalıdır.

  1. Remember The Milk

remember-the-milk

Hər dəfə marketə getdiyiniz zaman sizdən süd almağı xahiş edirlər, siz isə son məqamda almağı yenə də unudursunuzsa tək deyilsiniz. Hətta tam olaraq bu təcrübəyə əsasən yola çıxan və adını da bu təcrübədən alan bir tətbiq var: Remember The Milk.

Tapşırıqların idarə olunmasına fokuslanan Remember The Milk gün ərzində edəcəyiniz bütün hər şeyi sizə xatırladır. İstifadəsi olduqca rahat olan bu tətbiq fərdiləşdirmə imkanı, Gmail, Twitter, Evernote, Təqvim kimi tətbiqlərlə sinxron bir şəkildə işləmək imkanı ilə sanki bir həyat qurtarıcısıdır.

  1. Lastpass

lastpass

Əvəzedilməz tətbiqlərdən biri olan LastPass şifrə istifadə etdiyiniz bütün kanallarda fərqli birləşmələrdən istifadə etməyə üstünlük verən və daxil olmaq lazım gəldikdə düzgün şifrəni tapana qədər bir çox fərqli variant yoxlayan bir tətbiqdir.

Bir dəfə daxil etdiyiniz şifrəni yenidən daxil olmaq lazım gəldikdə sizin yerinizə daxil edən LastPass təhlükəsiz şifrələr yaratmaqda da sizə kömək edir.

Lastpass həmçinin ad ya da ünvan kimi məlumatlarınızı da yadda saxlayaraq onlayn məlumat doldurduğunuz zaman həyatınızı asanlaşdırır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa