Məşhurlar

Michelle Obama – Cənubdan gələn qız öz səsini dünyaya necə çatdırdı?

Michelle Obama – Amerika Birləmiş Ştatlarının 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı, Amerika tarixinin ilk afrikan-amerikan Birinci xanımı.

Michele Lavaughn Robinson 1964-cü il yanvar ayının 17-də Çikaqoda dünyaya gəlib.  Anası – Marian Robinson evdar xanım, atası Freasier Robinson isə şəhər su saflaşdırma zavodunun işçisi olub. Prinston universitetində (Nyu Jersey ştatı) sosiologiya və Afrikan- Amerikan elmləri ixtisasını oxuduqdan sonra 1988-ci ildə Harvard hüquq məktəbində təhsil alır. Çikaqoya qayıtdıqdan sonra Michelle, sonralar  Əqli mülkiyyət hüququ üzrə ixtisaslaşdığı Sidley və Austin firmasında kiçik hüquq işçisi kimi fəaliyyətə başlayır və elə oradaca da gələcək həyat yoldaşı Barack Obama ilə tanış olur. 2 illik sevgili münasibətindən sonra cütlük 1992-ci il oktyabrın 3-də evlənir və 1991-2002 –ci ilərdə Malia və Sasha adlı qızları dünyaya gəlir.

1991-ci ildə Michele karyerasında dəyişiklik edərək hüquq şirkətini tərk edir və ictimaiyyətlə əlaqələr sahəsində özünü sınamağa başlayır. Əvvəlcə, Çikaqo şəhər bələdiyyəsinin rəhbəri – Richard Daley-in və daha sonra Çikaqo şəhərinin planlaşdırılma və inkişaf üzrə müvəkkilinin köməkçisi vəzifələrində çalışır.

1993-cü ildə Michelle gənclərin ictimai sektorlarda karyeralarının qurulmasına təmayülsüz dəstək verən Çikaqo İctimai Birliklər qurumunun icraçı direktoru vəzifəsində çalışır.

2005-ci il may ayından etibarən Çikaqo Mərkəzi Tibb universitetinin İctimaiyyət və xarici işlərlə əlaqədar departamentinin vitse prezidenti vəzifəsində çalışmağa başlayan Michelle  həyat yoldaşı Barack Omabanın and içmə mərasiminə çox az qalmış bir tarixə qədər yarı gün iş rejimilə karyerasını burada davam etdirir. O həmçinin Çikaqo Şurasının Global İşlər departamentinin idarə heyətində də bir müddət  xidmət göstərir.

Michelle Obama 2004-cü ildə Barack Obamanın ABŞ Senatoru seçilməmişdən öncə Milli Demokratik Konvesiyadakı çıxışında həyat yoldaşının yanında yer alması ilə diqqətləri artıq üzərinə çəkmişdi.

2007-ci ildə artıq prezidentliyə namizəd seçilmiş Barack Obamanın qalibiyyətə qədərki bütün səfərlərində yanında olan Michelle Obama bu müddət ərzində qızlarını nənələri Mariana tapşırmaq məcburiyyətində qalmışdı. Nəhayət, seçkilərdə qalib gələn Barack Obama ABŞ-ın 44-cü prezidenti elan edilmiş və 2009-cu ilin yanvar ayında and içmə mərasimi keçirilmişdir.

2012-ci ildə ikinci dəfə prezidentliyə namizədliyini irəlini sürən həyat yoldaşının respublikaçı rəqibi Mitt Romneyə qarşı mübarizəsində Michelle Obama özü də güclü kompaniyalar təşkil etmiş, ölkənin müxtəlif yerlərinə səyahətlər edərək görüşlər keçirib, nitqlər söyləmişdi. Həmin ildə Michelle Obama Demokratik Milli Konvensiyada öz çıxışı ilə yaddaşlara yazılmışdı : “Hər gün gördüyüm insanlar məni ilhamlandırır, məni qürurlandırır və bir daha əmin oluram ki, biz yer kürəsinin ən böyük xalqı olaraq mükafatlandırılmışıq. Birinci Xanım kimi bu xalqa xidmət etmək mənim üçün böyük bir fəxrdir”

Ölkənin Birinci xanımı kimi Michelle Obama hərbçi ailələrinə dəstək, qadınların iş dünyasında rolunun balanslaşdırılması və ictimai sektorla bağlı məsələrə diqqət yetirirdi.

Barack Obamanın ilk prezidentliyi dövründə həyat yoldaşı ilə evsizlər kampına  tez-tez baş çəkmiş və kampın mətbəxilə də yaxından maraqlanmışdır. Michelle Obama, həmçinin orta məktəblərdə görüşlər keçirərək təhsilin önəmini vurğulamış və könüllülük məsələlərini gündəmə gətirmişdir.

Michelle Obama ailəsinin sağlam qidalanması ilə bağlı məsələlərdə də çox ehtiyatla davranırdı və Ağ ev mətbəxində daha çox orqanik qidalara üstünlük verirdi.

Michelle Obama ölkənin sağlamlıq və idman məslələrində daha aktiv iştirak etmiş, Gənclərin və uşaqların idmana olan həvəsini gücləndirmək  üçün bir sıra nəzərə çarpan addımlar atmışdır. Onlardan biri də 2012-ci ildə özünün yaratdığı “Let’s move!” təşəbbüs proqramının bir hissəsi olan uşaqlar üçün fitness proqramını elan etməsidir.

2016-cı ildə Michelle Obamanın keçmiş Birinci xanım, senator və prezidentliyə namizəd Hilary Clintonun kampaniyasına dəstəyi çox böyük marağa səbəb olmuşdu. Demokratik Milli Konvensiyanın ilk günündə Michelle Obama 2008-ci il seçkilərində Barack Obamanın Proqressiv Amerika ideyasına və görüşlərinə qarşı çixan Hilary Klintona dəstək verən bir çıxışla iştirak etmişdi.  Bu müddət ərzində Michelle Obama Hilary Clintona dəstəyini davam etdirmiş və həmin il seçkilərini qazanan respublikaçı namizəd Donald Trumpa qarşı kəskin niqtlər söyləmişdi.

2017-ci il yanvarın 13-də Birinci xanım olaraq Ağ evdə  son nitqini söyləyən Michelle Obama : “Sizin birinci xanımınız olmaq mənim üçün çox qürurverici idi və ümid edirəm ki, bu hal qarşılıqlı idi “- deyə qeyd etmişdi.

Ağ evdən sonrakı həyatında da bu günə kimi öz ağıllı fikirləri ilə daima axtarılan bir ad olan Michelle Obama öz çıxışlarında qadınların gələcəkdə cinsi istismara məruz qalmaması üçün erkən yaşdan maariflərndirilməsinin önəmini daim  vurğulayır və öz xatirələrini “Becoming”(Olmaq) adı altında kitaba çevirir. O burada cənubdan gələn bir qızın dünyaya öz səsini necə çatdırdığını bildirmiş və onun bütün həyat fəaliyyətinin insanları cəsarətləndirdiyinə və məqsədlərinə gedən yolda dəstək olacağına ümid etdiyini vurğulamışdı.

2018-ci ilin may ayında Barack və Michelle Obama Netflixlə filmlə əlaqədar çoxillik müqavilə imzalandığını elan etmişdilər. “Barack və mən hər zaman həyat hekəyələrinin bizi ilhamlandırdığına və ətrafımızla bağlı fərqli düşünməyə vadar etdiyinə inanmışıq” deyə Michelle Obama öz çıxışında qeyd etmişdi.

Michelle Obama – Cənubdan gələn qız öz səsini dünyaya necə çatdırdı?
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa