Biznes ledi

Melinda Gates: Həyat Qaydaları və prinsipləri

Melinda Gates – hamınız onu Bill Gates-in həyat yoldaşı kimi tanıyırsınız. O, Bill Gates və Melinda Gates Fondunun həmtəsisçisidir. 1Lady.az sizinlə onun iqtisadiyyat, xeyriyyəçilik və dünyanı daha yaxşıya doğru dəyişməklə bağlı fikirlərini paylaşır.

Həyat Qaydaları və prinsipləri

Mən düşünürəm ki, xeyriyyəçilik pulla bağlı deyil. Bu, əlinin altında olan resurslardan dünyanın xeyrinə istifadə etməkdir.

Hər bir insan həyatının dəyəri bərabərdir.

Biz, qadınlara investisiya etməklə, o insanlara investisiya etmiş oluruq ki, onlar gələcəkdə daha kimlərəsə investisiya edir.

Mən elə bir insan tanımırdım ki, o mənim üçün bütün dünya qadınlarının səsi rolunu oynamış olsun. Və mən düşündüm, əgər mən bununla məşğul oluramsa, deməli hər şeyi öz üzərimə götürməliyəm.

Bizim sərvətimiz nəhəng görünür. Amma məğzinə varanda və bizim layihələrin sayına baxanda, bu heç də belə deyil.

Əgər siz qlobal dəyişikliklər görmək istəyirsinizsə, kəndlərdən başlayın. Qadınlara alətlər və təhsil verin və onlar dünyadakı dəyişiklikləri işə salacaq.

Rahibələr mənə öyrədib ki, bir insan bütün dünyanı dəyişə bilər

Nikbinlik mənim üçün passiv şəkildə oturub, nə vaxtsa hər şeyin düzələcəyini gözləmək deyil. Bu əminlikdir: Biz daha yaxşı edə bilərik, biz istənilən situasiyada insanlara kömək edə bilərik, yetər ki onlar ümidini itirməmiş olsunlar.

Əgər siz bu gün müvəffəqiyyətli birisinizsə, bu ona görədir ki, bir zamanlar kimsə sizə həyat və ya ideya verib, hansı ki sizi lazımı məcraya yönəldib. Yaddan çıxartmayın ki, sizdən az uğuru olan insanlara kömək etməyə borclusunuz, necə ki, bir zamanlar sizə kömək edilib.

Qadınlar lider rolunda olanda, qarşıya qoyduqları məqsədə nail olurlar.

Bütün amerikanların evdə, yeni doğulan körpə ilə, maddi və peşəkar sıxıntılar yaşamadan oturmaq imkanı olduqda, bizim ölkə daha sağlam, daha xoşbəxt və daha məhsuldar olacaq.

Mən öz qızlarıma deyirdim ki, onların özünün şəxsi fikri olmalıdır və elə bir an gəldi ki, mən başa düşdüm ki, bundan ötrü mən bu məsələdə onlara nümunə olmalıyam.

Təhsil – bərabər imkanlara götürən yoldur.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa