Biznes ledi

Melania Trump: ABŞ-ın Birinci Ledisindən Həyat Qaydaları

Üğur hekayəsi

Kim nə deyir desin, amma Melania Trump – ABŞ tarixində ən eleqant, gözoxşayan və effektiv birinci ledilərdən biridir. Onun təbii füsünkarlığını sadəcə Jaklin Kennedinin və Frensis Klivlendin ətrafdakıları heyran etməsi ilə müqayisə etmək olar.

Güclü və məşhur insanların sadə taleləri olmur, bunu Ağ Evin cari sahibəsinin həyat yolundan da çox əyani şəkildə görmək olur. Melania Trump Yuqoslaviyanın, heç bir özəlliyi olmayan, beş min nəfər əhalisi olan  Sevnitsa şəhərində dünyaya göz açıb. Onun valideynlərinin günü işdə keçib. Atası avtomobil çilingəri, anası isə tikiş fabrikinin işçisi olub.

Melanianı ciddi tərbiyə ediblər, ona görə də o. nümunəvi, nəzakətli və nizam intizamlı olub. Dərsdən sonrakı vaxtını boş-boşuna keçirtməsin deyə valideynləri onu yerli fotoqrafiya dərnəyinə yazıblar. Bu isə nəticədə onun bioqrafiyasında güclü dönüş yaradacaq nüansa çevrilib. Daha sonra isə Melania Trumpın həyatında mürəkkəb qərarlar silsiləsi başlayır, həmin qərarlar onun valideynlərinin və əhatəsinin görüşlərinə zidd idi.

Melania Trump

ABŞ-ın Birinci Ledisindən Həyat Qaydaları

Amma nəticənin necə olması hər birimizə yaxşı bəllidir. İndi Melania Trump özünü bütünlüklə ailəsinə, ictimai işə həsr edib, o həmçinin dəbli zərgərlik məmulatlarının hazırlanması və satışı ilə məşğul olan şəxsi şirkətinə rəhbərlik etməyə də vaxt tapır. Nə qədər qəribə olsa da, bu gün də bu güclü xanımın ünvanına çoxlu nalayiq sözlər və ittihamlar yağdırmağa davam edilir.  Amma öz zərif davranışı və gözəl təbəssümü ilə Melania Trump bütün ailə düşmənlərini öz evlərinin kəndarından xaricdə qoyur.

Sözsüz ki, Melania iradəli xarakterə və mürəkkəb taleyə sahib  parlaq qadındır. Buna bir daha əmin olmaq üçün Notagram sizə xanımın ən maraqlı sitatlarını təklif edir.

Melaniya Trump: ABŞ ledisinin ən yaxşı sitatları

Mən siyasətlə məşğul olmuram. Siyasət – ərlərimizin işidir.

Əsl adam olmaq üçün, bütün vədləri tutmaq çox vacibdir.

Uşaqlara ilk növbədə izah etmək lazımdır ki, həyatda heç olmasa nəyəsə nail olmaq üçün əzmlə işləmək lazımdır.

İnsanları olduğu kimi qəbul edin. Siz bütün ömrünüzü onları dəyişməyə sərf edərək keçirə bilərsiniz, amma onlar heç zaman dəyişməyəcək. Nəyə görə? İnsanlar əslində necədirlərsə elə də olmalıdırlar.

Dəblə ayaqlaşmaq – hər zaman sizin ürəyinizcə olan şeyləri geyinməkdir  və geyindikləriniz getdiyiniz yerə uyğun olmalıdır.

Hər bir qadın üçün ən vacib iş – ana olmaqdır. Bu birinci dərəcəli və ən vacib işdir.

Hökumətləri onların vətəndaşlarına qarşı münasibətlərinə görə mühakimə edirlər. Təhsil, səhiyyə və vətəndaş hüquqlarına baxın – və hər şey dərhal sizə aydın olacaq.

ABŞ-ın Birinci Ledisindən Həyat Qaydaları

Səudiyyə Ərəbistanında, qadınların hüquq və imkanlarını genişləndirmək üçün etdiyi səfər zaman yerli məktəblərdən birində, May 2017

Melaniya Trump: ABŞ ledisinin ən yaxşı sitatları

Düşünürəm ki, gənclərin etdiyi ən böyük səhv – sevdikləri insanı dəyişməyə çalışmaqdır. Siz heç zaman insanı dəyişə bilməyəcəksiniz.

Siz öz uşaqlarınıza məkan verməlisiniz. Onlar səhv edib, öz səhvlərində öyrənməlidir. Səhvlər onların qanadlarının möhkəmlənməsinə kömək edəcək və bununla da onlar böyük həyata daha çox hazır olacaqlar.  Ola bilər ki, onlar arada yıxılsınlar. Bu anda sadəcə yanlarında olun, dost və valideyn kimi. Onda problemləri olan zaman ilk olaraq, sizin yanınıza gələcəklər.

Mən siyasətciləm. Amma mən insan içində siyasətlə məşğul olmuram. Mən siyasəti evdə, öz ailəmdə edirəm. Mənim ərim çox sadiqdir. Ailəsinə, dostlarına, əməkdaşlarına və ölkəsinə.

Kimlə nikahda olmağınızdan asılı olmayaraq, istənilən halda siz öz həyatınızı özünüz idarə etməlisiniz.

ABŞ-ın Birinci Ledisi

Melania Trump

Xeyriyyəçiliyə uşaqları hələ körpə ikən öyrətmək lazımdır. Ona görə də mən  ərimlə oğlumuz Barronu öyrədirdik ki, o. öz oyuncaqlarını heç vaxt oyuncağı olmamış uşaqlara versin.

Mən ilk dəfə 5 yaşımda fotoşəkildə peyda olmuşam. Ona görə fotoqrafiyaya qarşı sevgi qanımdadır.

Modanı izləməyin. Sadəcə özünüzü dinləyin.

Verdiyiniz söz – sadəcə kəlmə deyil. Verilmiş vədlər –öhdəlikdir, onları yerinə yetirmək lazımdır.

Bilirsiniz, Donald kimi insanlara ərə getmək üçün – siz sözün əsl mənasında kim olduğunuzu dərk etməlisiniz. Amma bu azdır, siz həm də çox güclü olmalı və kifayət qədər savadlı olmalısınız.

Vacib deyil neçə dil bilirsiniz. ABŞ-a köçməyə qərar verəndə – burda hər kəs ingiliscə danışacaq.

ABŞ-ın birinci xanımı olmaq mənim üçün şərəfdir. Mən bu imkandan istifadə edirəm ki, daha çox insana kömək edim, kimlər ki buna ən çox ehtiyac duyur. Ürəyim isə ən çox qadın və uşaqlara kömək etməkdən yanadır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa