Biznes ledi

Yahoo şirkətində CEO olan Marissa Mayerdən 10 Motivasiya Edici Sitat

2012-ci ildə Yahoo şirkətində CEO olduqdan sonra sosial şəbəkələrdə Marissa Mayer adını daha çox eşitməyə başladıq. Marissa Mayer bir çoxlarımız üçün motivasiya qaynağıdır. Anası müəllimə, atası isə mühəndisdir. Məktəbi bitirdikdən sonra Standford universitetində Simvolik Sistemlər sahəsində bakalavr təhsilini almış və eyni universitetdə Komputer Mühəndisliyi üzrə magistraturaya daxil olmuşdur.

Mayeri başqalarından fərqləndirən xüsusiyyəti 1990-cı ildə Googleda ilk qadın mühəndis olması və 20-ci işçi olaraq işə başlamasıdır. Təxminən 13 ilini Googleda müxtəlif layihələrə həsr edən Mayer, karyerasında fərqli bir addım ataraq, 37 yaşında Yahoonun Ceosu oldu.


CEO olduqdan bir neçə saat sonra hamilə olduğunu açıqlayan Mayer, ailə həyatı və karyera arasında balansı necə qorumaq lazım olduğunu bizə göstərən örnəklərdən biridir.

Aşağıda qeyd etdiyimiz Marissa Mayerdən olan sitatlar sizi motivasiya edə bilər.

Marissa Mayerdən 10 sitat


1) Edəcək olduqlarınız siyahısının sonundan başladığınızda, uğur əldə etməyəcəksiniz.

2) Sizə güvənən biri ilə işləyin. Çünki inandığı üçün sizə sərmayə qoyacaqdır.

3) Məhsulun idarə olunması; texnalogiya (mühəndislərin istehsal etdiyi) və biznes idarəçiliyinin birləşməsindən yaranır

4) Balaca olarkən, yaşıma uyğun olmayan işlər görürdüm. Bununla  da böyüdüyümü hesab edirdim. Bəzən “Bacarmaram”  deyə düşündüyünüz anlarda, məsələnin üzərinə getdiyiniz zaman həyatınızın dönüş nöqtəsini yaşayarsınız.


5) Əgər qorxularınıza qalib gələ bilsəniz, risk etməklə nece möhtəşəm işlər görəcəyinizin şahidi olacaqsız.

6) İstədiyiniz hər şeyi əldə etməyə də bilərsiz; ancaq sizin üçün həqiqətən də önəmli olan şeylərə sahib ola bilərsiz.

7) Texnologiyada önəmli olan insandır.Onların ən  yaxşılarını seçmək,daimi qalmaları üçün şərait yaratmaq və yeniliklər ərsəyə gətirmələri üçün kömək etmək lazımdır.

8) Modada və sənətdə olduğun kimi texnologiyada da bacarıqlı ola bilərsən. Texnologiyada uğurlu olub bir idman həvəskarı və ya gözəl ana da ola bilərsən. Yəni öz yolunu həyat tərzinə uyğunlaşdıra bilərsən.

9) Uğurlu qərarlar verməyimin bir çox ortaq cəhətləri var: ətafıma fərqli düşünməyimə səbəb olan ağıllı insanları yığmağım və hazır olmadığım işləri görməyimdir. Çünki bir çox şeyi yalnız bu vəziyyətdə öyrənə bilərsiz.

10) Bizim nəzəriyyəmizə görə əgər alıcıdan satdığınız bir məhsul haqqında sizi məlumatlandırmağını istəyirsinizsə,bu o deməkdir ki satdığınız məhsul haqqında bilmirsiniz və bu sizin üçün uğurlu bir təcrübə olmayacaq.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa