Köşə yazıları

Madrid – Avropanın ən əzəmətli paytaxtlarından biri

Madrid ilk görüşdə aşiq olmayacağınız şəhər ola bilər. Amma onu sevmək üçün asta-asta onu kəşf etmək, orada yaşamaq və ya onu yaşamaq lazım. Bunun üçün isə sizə nə bir həftə bəs edər, nə də bir ay.

Əsrlər boyu dünyaya meydan oxumuş imperiyalardan biri olan İspaniyanın paytaxtıdır bu şəhər və bu əzəmət özünü sizə tez-tez xatırladacaq bu şəhərdə, hətta gəzəcəyiniz küçələrin adı belə sizə bu imperial mənsubiyyəti unutmaq imkanı verməyəcək.

Madridi bir turist kimi deyil, oranın bir sakini kimi gəzmək lazım, ona görə də “must see list”lər üzrə görüləcək yerlərin ziyarətindən sonra ikinci bir Madridi kəşf etməlisiniz özünüzcə.

Madriddə nələri görməli?

Necə ki, Piterə gedən Ermitajı və Parisə gedən Luvr muzeyini görməlidir, eləcə də Madirddə Prado muzeyini və dünyanın ən gözəl binalarından biri olan “El Palacio Real” – Kral  Sarayını görmək lazımdır.

Palacio Real de Madrid

Sarayın qabağında uzun növbələr olur, növbədə çox gözləməmək üçün səhər evdən çıxmaq olar, hətta saraya girməsəniz belə yolunuzu onun həyətindən və yan yörəsindən salmalısınız, saraya gedən yolda hər zaman gözəl musiqiçilər olur, onları dinləmək, sonra isə saray ilə üzbəüz dayanan digər görkəmli bina Almudena kilsəsini ziyarət etmək imkanı var, kilsənin pilləkənində oturub, axşam üstü sarayın görünüşündən zövq ala bilərsiniz.

Catedral de la Almudena

Çox  uzağa getmədən, sarayın arxa tərəfində ziyarətçilər üçün pulsuz açıq olan Sabatini bağlarını gəzə bilərsiniz. Axşam tərəfi gəzinti daha ürəkaçıcı olacaq. Bu bağlar, günbatan zaman çarhovuzlarda yaranan mənzərələr, romantik əhval-ruhiyyə bir ömür boyu yaddan çıxmaz.

 jardines de sabatini

Jardines de Sabatini

Sabatini bağlarından çıxıb yolun digər tərəfinə keçsəniz özünüzü “Plaza de España”da tapacaqsınız, burada dahi Servantesə və onun yaratdığı Don Kixota həsr edilmiş heykəllə bir şəkil çəkdirməyi və Madridin bu meydanından zövq almağı unutmayın.

Əlbəttə mütləq Plaza Mayor və Puerta del Sol-a baş çəkin. 

Madridin simvolu

Puerta del Sol

Gördüyünüz bu heykəlcik Madridin əsas simvollarından biridir. Moruq ağacına söykənmiş Ayı. Bu rəsm həm də Madridin gerbində əks olunurAyı Kral  XI Alfonsunun paytaxt yaxınlığında ovladığı ayının şərəfinə gerbə düşüb, həmçinin bu ərazilərdə moruq ağaclarının bol olması və onların gerbdə əks olması həmin torpaqların kimə məxsusluğuna işərədir.  Heykəlin müəllifi isə  heykəltaraş Antonio Navarro Santafé (19061983)-dir.

Retiro parkı, Capricho Parkı və Avropa parkı dünyanın ən gözəl parkları siyahısında qürurla yer ala bilər, təkcə Retiroya həftəsonunun bir gününü ayıra bilərsiniz.

Plaza Mayor de Madrid

Avropa parkı isə Madriddən çıxmadan Avropanı görmək imkanı verəcək sizə.

Əgər Madridə qədər gəlmisinizsə, mütləq bir həftəsonunu Toledo, digər bir günü isə Seqoviyaya həsr edin. Bu şəhərlərdəki görməli yerlər isə hər biri ayrıca bir yazı mövzusudur.  Acueducto de Segovia və Alcázar de Segovia isə bu şəhərdə görməli olduğunuz görkəmli abidələr siyahısındadır.

Related image

Parque de Europa

Ən möhtəşəm sərdabə

Madriddə ikən görməli olduğunuz digər bir yer isə Escorialdır.

Escorial Austrias sülaləsindən olan, kral ikinci Feliepenin istirahət iqamətgahı olub. Burada İspaniya tarixinin təqribən  600 əsrlik bir dövrü əks olunur. Escorial özündə həm də kilsə, məqbərə, kralın və onun xanımın otaqlarını və rahiblər üçün nəzərdə tutulmuş binaları birləşdirir, burada hələ də Auqustin ordeninə məxsus rahiblər də yaşayır.

El Escorial

II Felipe özünün əzəmətini və gücünü göstərmək üçün möhtəşəm kitabxana da düzəltmişdir və bu o nadir kitabxanalardandır ki, burada kitabların ənənəvi qaydada deyil səhifələri çölə doğru düzülüşü ilə qarşılaşmaq olur. Səhifələrin kənarı isə qızılla işləndiyindən kitabxanadakı kitabların hamısı eyni qaydada qızılı görünür. Bu da bir daha həm kralın gücünü və zənginliyini nümayiş etdirir, digər tərəfdən isə kitabları həşəratlardan qoruyur. Onların, kataloqlar əsasında hansı kitab olduğunu müəyyən etmək olur.

Image result for biblioteca de el escorial

Amma Escorialın ən gözəl hissələrindən biri iki sülaləyə məxsus kralların dəfn olunduğu hissəsidr. Burada krallar və kral anası olmuş kraliçalar dəfn olunub. Yəni kralın bir neçə arvadı olsa belə, onlardan yalnız növbəti kralın anası olmuş xanımlar bu şərəfə müəssər olur.

Eyni bir məqbərədə bu qədər kralın nəşinin olması da çox nadir hadisələrdəndir və dünyada demək olar ki yeganədir. Söhbət iki sülalə Austrias və Burbonlardan gedir.  

İspanlar deyir ki, Austrias sülalələsi bütün dünayaya sübut etmiş ki, qohumlarla evlilik pis nəticə verir. Belə ki, onlar yalnız öz sülalələrinə məxsus xanımla evlənirmiş və nəticədə hər növbəti varis əvvəlkindən daha zəif olurmuş və son varis isə II Karlos (El hechizado), yəni lənətlənmiş adı ilə tanınıb. Övladı olmadığı üçün o Austrais sülaləsinin İspaniyadakı hökmranlığını başa çatdırıb və beləliklə bu gün də formal olsa belə davam edən Burbonlar sülaləsinin İspaniya hökmranlığı başlayıb.

Image result for II Carlos (El hechizado

Austrias sülaləsi və fotodo ən sonda Karlos II

General Frankonun məzarı

Baş çəkdiyim digər məkanlardan biri isə Valle de Caidos oldu – bizim dildə təqribən şəhidlər xiyabanı anlamına gəlir. Bu abidə isə vətəndaş müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidədir. General Fransisko Frankonun da məzarı burada yerləşir. Onun əleyhdarları məzarın abidədən çıxarılmasını və başqa yerə köçürülməsini tələb edir.

Valle de los Caidos

Madriddə olub, bir futbol tamaşasına getməmək günahdır, amma bu günaha mən də batmışam, çünki getdiyim səfərlərin heç bir oyunlar dövrünə təsadüf etməyib, edibsə də mən fürsət tapa bilməmişəm.

Amma ki, Santiago de Bernabeo stadionuna və muzeyinə getmişliyim var. Madridə ikinci səfərimdə isə rəhmətlik “Vicente del Calderon” stadionuna çox yaxın bir yerdə qalırdım. Stadion artıq sökülmək üzrədir. Atletico de Madridin digər stadionunda isə hələ ki olmamışam, düzü əvvəlki tək qatı futbol həvəskarı deyiləm.

Gedə biləcəyiniz digər bir məkan, axşam və həftsonları daha çox tövsiyə olunur getmək, El Matadero adlanan yerdir. Keçmişdə, bəli, öküz döyüşlərinin keçirildiyi bu məkan indi incəsənət, müasir incəsənət dərnəklərini, qalareyalarını özündə birləşdirir, burada kino festivalları, teatrlar, açıq havada göstərişlər, müxtəlif dizaynerlərin sərgəliləri, velosiped və teatr dərsləri, qirayet günləri təşkil olunur.

Madrid və şoppinq

Image result for corte de ingles madrid navidad

Bəli, şoppinq etmədən olmaz, Bakıdakı xanımlara yaxşı bəlli olan brendlərin aid olduğu yerdir İspaniya və burada hər qiymətə, ən bahalə və ən ucuz geyimləri də tapa bilərsiniz. Corte İngles də olmazsa olmazıdır Madridin. Amma ənənəvi bazarları, Mercado de San Miguel və Rastro yarmarkasını da unutmayın.

Mercados de Madrid

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa