Biznes ledi

$37 milyardlıq sərvətə sahib qadın: MacKenzie Bezos haqqında nə bilirik?

Hazırda MacKenzie Bezos 37,2 milyard dollar sərvətlə dünyanın 25-ci ən zəngin şəxsi hesab olunur, o dörd uşaq anasıdır.

  • MacKenzie Bezos Amazonun təsisçisi Jeff Bezosun keçmiş həyat yoldaşıdır, cütlük 25 illik ailə həyatından sonra 2019-cu ilin ortalarında iyul ayında rəsmi şəkildə ayrıldı.
  • Boşanma sövdəsinin tərkib hissəsi kimi, Jeff Amazonda sahib olduğu səhmlərin 25%-ni MacKenzieyə transfer etməli oldu. Bir çoxları bu rəqəmin 50% olacağını düşünürdü.
  • 2019-cu ilin mayında, boşanma şərtləri bəlli olduqdan sonra xanım Bezos Giving Pledge fonduna qoşulmaq ilə bağlı sənəd imzaladı, bu isə onun sərvətinin böyük bir hissəsini həmin xeyriyyə fonduna verəcəyini göstərir, razılığın şərtləri tam açıqlanmır.
  • MacKenzie və Jeff 1992-ci ildə, hər ikisi D.E. Shaw hec fondunda çalışarkən tanış olub, daha doğrusu Jeff MacKenzieni bu pozisiya üçün intervü edənlərdən biri olub. Onlar növbəti il evlənib və 1994-cü ildə Seattle şəhərinə köçüblər.
  • İki roman müəllifi olan xanım Bezos Prinston universitetində Toni Morrisonun tələbəsi və tədqiqat köməkçisi olub.
  • 2014-cü ildə o, Bystander Revolution adlı bullinq əleyhine fəaliyyət göstərən təşkilat təsis edib.
  • Boşanma gerçəkləşənə qədər MacKenzie və Jeff Bezos dünyanın ən varlı cütlüyü hesab olunurdu.

Related image

“O, kompaniyanın 50%-ni əldə etməli idi”- Amazonun ilk investorlarından biri olan Nick Hanauer söyləyir. “İlk günlərdə MacKenzie Jeffə bərabər  partnyor idi.” 

“Onun işə töhfəsi böyük idi”- Amazonun yeddinci işçisi Mike Hanlon bildirir. “O gerçəkdən çox istedadlı insandır, düşünürəm ki, milyarderin həyat yoldaşı kimi tanınanda bu fakt unudulur”

MacKenzie Bezos haqqında nə bilirik?

Bir zamanlar öz ilk romanının qəhrəmanları haqqında söhbət edərkən, məhz həyat yoldaşı Bezosu Amazonu yaratmaq ideyasına yönəldib və Jeff elektron ticarətlə məşğul olmağa başlayıb.

2005-ci ildə MacKenzie ildə öz ilk romanını – “Luther Albrightın sınaqları” (The Testing of Luther Albright) dərc etdirir, bir il sonra əsər American Book Award mükafatına layiq görülür. Onun ikinci romanı “Tələlər” (Traps) səkkiz il sonra işıq üzü görür, amma bu kitab da bestsellerə çevrilir.

Cütlüyün dörd uşağı var (üç oğlan – böyüyü artıq universitet tələbəsidir və övladlığa götürdükləri bir çinli qız). Həmçinin xanım Bezos Bystander Revolution – zorakılığa qarşı mübarizə təşkilatının işləri ilə yaxından maraqlanır.

Mənlə tanış olmazdan əvvəl Jeff mənim rezumemi oxumuşdu. Sadəcə olaraq, o məni Nyu-Yorkdakı hedc fondların birində vakansiya üzrə intervü edən ilk şəxs idi (1992-ci il, FW).

Mənim ofisim onun iş otağının qonşuluğunda idi, ona görə də gün ərzində mən onun möhtəşəm gülüşünü eşidirdim. Axı mən ona necə aşiq olmazdım? Üç ay görüşdükdən sonra biz nişanlandıq və evləndik.

“Luther Albrightın sınaqları” kitabını mən 10 il ərzində yazmışdım, çox göz yaşı axıtmış və güc sərf etmişdim.

Həyatda bəxtim çox gətirib. Çox gözəl valideynlərim olub, onlar mənim təhsilimə və yaxşı yazıçı ola biləcəyimə inanıb. Ərim isə sevdiyim insandır.

Jeff və mən bir birimizə tamamı ilə ziddik. O sosialdır – insanlar ilə görüşməyi və ünsiyyəti sevir. Mənim üçün isə kokteyl gecələri – tamamı ilə əsəb sarsıntısıdır. Asan söhbətə başlamaq heç də mənim asan edə biləcəyim bir şey deyil.

Uşaqların tərbiyə və təhsili ilə bağlı sınamadığımız metodika qalmayıb. Mandarin (çin dili) dərsləri, Sinqapur riyaziyyat proqramı, həmçinin mümkün idman klubları və məşğələləri.

Image result for mackenzie bezos

Kitablarımın qəhrəmanlarının xarakterləri mənim şəxsən tanıdığım insanlardan deyil, dostlarımın dostlarından götürülüb.

Əslində öz ilk kitabımı altı yaşında ikən yazmışam. 142 səhifəsi var idi və ona mən “Kitab qurdu” adı vermişdim.

Prinston universitetinə daxil olmaqda əsas məqsədim Toni Morrisondan dərs almaq idi (FW: redaktor və professor, 1993-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı).

Hər gün yazmasam sanki kitabımla aramızda olan bağı itirirəm. Qəhrəman da daha az real olur. Amma mənim qeydinə qalmalı olduğum 4 uşağım var. Çatdırmaq üçün mən çox erkən ayılıram – səhər 4.30 və ya 5-də.

Gündə adətən iki dəfə yazıram. Birincisi – uşaqlar oyanmadan öncə. Sonra onlarla birlikdə səhər yeməyi yeyir və vaxt keçiririk. Sonra onlar dərsə gedir və mən isə yazı masasının arxasına ikinci dəfə keçirəm.

Image result for mackenzie bezos

Yazıçılıq və analıq – iki fərqli şeydir və mən onlar arasında balans tapmağa çalışıram. Yazdığın müddətdə, uzun zaman ərzində heç nə yolundan çıxmır, ona görə də istədiyin qədər yazmaq olar. Amma analığa gəldikdə isə  çox fərqlidir hər şey. Uşaqlar daima təcili həll yolları və gündəlik xırda qayğıların aradan qalxmasını tələb edir.

Balaca, pəncərəsiz otaqlarda işləmək xoşuma gedir. Istəmirəm fikrimi nəsə yayındırsın, belə uzun illər qarderoblarda yazmışam.

Mən bir çox yerdə işləməli olmuşam: ofisiant, qabyuyan, anbardar, kitabxanaçı, klerk, mühasib, dayə, geyim satıcısı. Amma yazıçılıq məşğul olmaq istədiyim yeganə işdir. Mənim hətta heç bir hobbim də yoxdur.

Bu gün cəmiyyətimizdə zorakılıq bir çox dərdlərin əsas baisidir. Biz hər gün məktəblərdə silahlı atışmalar və intiharlar haqqında oxuyuruq. Bütün bunlar məni insanların mədəniyyətini necə dəyişməyin yolları haqqında düşünməyə sövq etdi. Ən pisi isə odur ki, bu gün zorakılıq norma olaraq qəbul olunur və adi hala çevrilib.

Material hazırlanarkən  VogueCharlie Rose  The Christian Science Monitor dərgiləri istifadə olunub.

1 Şərh

1 Comment

  1. Pingback: Jeff Bezosun çevik qərarvermə zamanı diqqət etdiyi 3 nüans - 1Lady.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa