Biznes ledi

Kylie Jenner 3 ildən də az müddətdə $900 mln necə qazandı?

Kylie Jenner ABŞ-ın var dövlətlərini miras olaraq deyil, özləri qazammış (selfmade) – ən zəngin xanımlarının reytinqində ən gənc iş adamı olmuşdur, xatırladaq ki, o Kim Kardashinanın bacısıdır. Forbes jurnalı dördüncü dəfədir ki, ABŞ-ın ən zəngin özü-varlanmış qadınlarının illik reytinqini dərc edir. Siyahıya 60 qadın daxil olub və onlardan biri də Kylie Jennerdir, avqustun 10-da onun 21 yaşı tamam olacaq. Hazırda sərvətinin miqdarı $900 mln dollar həcmində qiymətləndirilir.

İki il əvvəl Kylie yeni kosmetika şirkətinin – “Kylie Cosmetics”-in əsasını qoyur və şirkət ona 800 mln dollar qazandırır. Sosial şəbəkələrdəki məşhurluğu sayəsində Kylie qısa samanda brendinin tanınmasına nail ola bilir.

“Çox sevdiyim bir işə görə -insanların rəğbətini qazanmaq inanılmazdır. Mən hər zaman kosmetikanı sevmişəm və ilk makiaj dəstini sata bilmək üçün həqiqətən çox işləmişəm. Pərəstişkarlarım ilə əlaqə və onlara maraqlı olan məhsulun yaradılması – təkrarsız bir prosesdir. Mən bu yolda çox şey öyrənmişəm və ümid edirəm ki, digər insanları da öz arzularının arxasınca getməyə ruhlandıra biləcəyəm” – müsahibəsində o bildirib.   

Onun ən çox satılan və trendə çevrilən məhsulu isə – Lip Kits adlı dodaq boyası olub. Pomada saatlar içərisində alınıb, baxmayaraq ki, onun qiyməti maya dəyərini 10 dəfələrlə üstələyib. Jenner iddia edir ki, o bütünlüklə özünü işinə həsr edir. “Mən bu işlə yaşayıram, pul isə düşündüyüm ən sonuncu şeydir”

Forbes Kylieni rəsmini jurnalın yeni nömrəsinin üz qabığına yerləşdirib, bu nömrə iş xanımlarına həsr olunub. Kylie Cosmetics-in yaradıcısı  reytinqdə 27-ci yerdə qərarlaşıb, amma o eyni zamanda reytinqin ən gənc iştirakçısıdır. O bu reytinqdə 54-cü yeri tutmuş bacısı Kimi də qabaqlaya bilib, KKW Beauty markası Kimə 350 mln dollar qazandırıb.

Kylie Jenner 3 ildən də az müddətdə $900 mln necə qazandı?
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa