Sağlam Həyat

Koronavirusun əsas əlamətləri və qorunma yolları – MÜTƏXƏSSİS RƏYİ

İmmuniteti zəif olanlar, yanaşı digər ağır xəstəliklərindən əziyyət çəkənlər, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar koronavirusla bağlı risk qrupuna daxildir.

İnfeksion xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Nazxanım Qasımova koronavirusun əsas əlamətləri və qorunma yollarını sadalayıb.

Onun sözlərinə görə, “COVID-19” yayılan bölgələrdə səyahətdə olanlar və ya “COVID-19” xəstəsi ilə kontaktda olmuş şəxslər də risk qrupuna daxildirlər.

Həkim vurğulayıb ki, “COVID-19”-un əsas əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Mütəxəssis, xəstəlikdən qorunmağın yolları ilə bağlı aşağıdakı tövsiyələri verib:

– Tez-tez əl, ağız-burun çevrəsi antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektanları, nəm antibakterial salfetlərin olması vacibdir

– Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin

– Xəstə insanlarla kontaktdan çəkinin

– Xəstəliyin yayıldığı bölgələrə səyahət etməyin  

– Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keçirilən tədbirlərdən uzaq durun

– Əlləriniz təmiz deyilsə, göz, ağız və burun nahiyəsinə toxunmayın

– Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın

– Şübhəli simptomlar varsa, 7 gün evdə qalın

Bundan başqa, həkim vurğulayıb ki, ailədə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə (şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman maksimum az kontaktda olmaq vacibdir: “Əgər “COVİD-19” simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir”. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa