Kitab

Kitab oxuyan zaman nə üçün yuxuya gedirik?

Kitab oxuyan zaman yuxuya gedirsinizsə, bu yazımız sizin üçündür.

Oxumaq çox asan, ruhu və bədəni dincəldən xobbi kimi görünsə də, əslində oxuyan zaman çoxlu enerji sərf edilir. Bu səbəbdən kitab oxuyan zaman yuxuya gedə bilərsiniz. Bunun isə bir çox səbəbi var. Məsələn, əgər dərin məna kəsb edən, hadisəli mətnlər oxuyursunuzsa və bütün diqqətinizi ona verirsinizsə, həyatın gerçəklərindən uzaqlaşıb özünüzü orada hiss edirsinizsə, bu proses beyinə yuxu gətirir. Və günün yorğunluğu da buna əlavə olunaraq bədəni daha da yorur və yuxulamaq üçün ortam yaradır.

Bəs kitab oxuyarkən yuxuya təslim olmamaq üçün nələr edə bilərsiniz?

Oyaq qalmaq üçün tövsiyələr

Oxuduğunuz şərait və ya mühit kitab oxumaq üçün yetərincə rahat, ancaq yatmaq üçün isə kifayət qədər narahat olmalıdır.

Hər kəlməyə diqqət edərək aktiv şəkildə oxumağa diqqət göstərməlisiniz.

Arxaya söylənməkdənsə dik oturmağı seçin.

Soyuq su içmək özünüzü daha ayıq hiss etməyinizə səbəb olacaq.

Göz yorğunluğunu azaltmaq üçün zəif işıqdan qaçının.

Çox isti məkanları seçməyin.

Oxumadan öncə yüngül məşğuliyyətlər seçin. İlıq duş qəbul edə və ya qəhvə kimi içkilər içə bilərsiniz.

Yuxunun oxumağınızı bölməsini istəmirsinizsə mütaliəni səhər vaxtına sala bilərsiniz.

Kitab oxumağı yatmazdan öncə edilən bir hərəkət kimi zehninizə saldığınız üçün kitab oxumağa başladığınız zaman yuxunuzun gəlməyi normaldır.

Kitab oxuyan zaman sakit musiqiyə qulaq assanız bu yuxulamağınızın qarşısını qismən də olsa ala bilər.

Kitab oxuyan zaman ara verib hərəkət etsəniz, qan dövranı sistemi hərəkətə keçdiyi üçün yuxulamağınız gecikə bilər. Bu hərəkətlərə ayağa qalxmaq, gəzmək və s daxildir.

Diqqətiniz çox dağıldığı zaman səsli oxumağı sınayın.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa