Kitab

Kiçik Şahzadə Kitabından Həyata Dair 17 Sitat

Hamımızın sevimlisi olan Kiçik Şahzadə kitabı, uşaq kitabı kimi görünsə də, əslində böyüklər üçün də bir o qədər maraqlı, həyata dair tövsiyələri olan bir kitabdır.

1) ‘’Heç kimdə olmayan ulduzlara sahib ol. Onlar səni yüksəklərə qaldırar və heç kimin görmədiklərini görərsən.”

2) ‘’İnsanların xəyal dünyası kasaddır. Onlar sadəcə özlərinə deyilənləri təkrar edərlər.”

3) ‘’Bəzən insanların arasında özünüzü tək hiss edərsiniz. Əslində isə bu həmişə belədir.”

4) ‘’Özündən razı insanlar tərifdən başqa bir şey eşitməzlər.”

5) “Böyüklər də bir zamanlar uşaq olub. Ancaq çoxları bunu xatırlamır.”

6) ‘’Bəzən sevdiklərinizə sərbəstlik verməlisiniz.”

Image result for petit prince
7) ‘’İnsanların nələrisə başa düşmək üçün vaxtları yoxdur. Hər şeyi mağazadan hazır alırlar. Ancaq dostlar satılmadığı üçün onların dostu yoxdur.”

8) ‘’Sahibsiz bir almaz tapsan, o almaz sənindir. Sahibsiz bir ada tapsan, o ada da sənindir. Bir ixtira etsən, patentini alarsan, bu da sənin olar. Bir halda ki, ulduzlara sahib olmaq heç kimin ağlına gəlmədi, ulduzlar da mənimdi.”

9) ‘’İnsanlar həqiqətləri yalnız ürəkləri ilə görə bilərlər. Ən təməl şeyləri isə gözlər görməz.”

10) ‘’Məsələn, sən günortadan sonra saat 4də gələcəksənsə, mən saat 3dən xoşbəxt olmağa başlayıram. Saat 4də isə narahat oluram və xoşbəxtliyin əvəzini ödəyirəm.”

11) ‘’Kəpənəklərlə tanış olmaq istəyirəm və buna görə də bir-iki tırtıla dözməliyəm.”

12) ‘’Yalnız uşaqlar nə istədiklərini bilirlər. Parçadan hazırlanmış bir oyuncaqla, saatlarla oynaya bilərlər. Sanki hər şeyləri o oyuncaqmış kimi, əllərindən alınsa həmin an ağlayarlar.”

13) ‘’Sənin gülünü digərlərindən fərqləndirən, ona ayırdığın vaxtdır.”

14) ‘’Hər kəsdən verə biləcəyi qədər istə. Nüfuz məntiq tələb edir. Əgər xalqa özlərini dənizə atmaqlarını əmr etsəniz, üsyan edərlər.”

15) ‘’Özünü mühakimə etmək, başqalarını mühakimə etməkdən daha çətindir. Əgər özünü doğru bir şəkildə mühakimə etsən, bu sizin müdrik olduğunuzu göstərər.”

16) ‘’İnsanların harda olduqları əsla bilinməz. Külək onları istədiyi yerə sovurar. Köklərindən məhrum olduqları üçün  bu onları narahat edər.”

17) ‘’Səhranı gözəlləşdirən, hardasa bir quyunu gizlətməyidir.”

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa