Xəbərlər

“Kapital Bank”dan 8 Mart – Beynəlxalq Qadınlar Gününə “Qadın adına” layihəsi

Onlara sevgi ilə yanaşdıqda, nələrə qadir olduqlarını çox yaxşı bilirik. Necə ki, adları ilə əsrlərdir şanlı tariximizin səhifələrini bəzəyirlər.

Qadın adına layihəsi Kapital Bank və PAŞA Holdinq-in dəstəyi ilə həyata keçirilən və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təqdim olunan korporativ sosial məsuliyyət təşəbbüsüdür. Layihə tariximizə, ədəbiyyatımıza, musiqimizə, incəsənətimizə, teatrımıza, tibbimizə, bir sözlə, ictimai fəaliyyəti ilə örnək olan qadınlarımıza həsr olunub. Bir çox məktəblər, kitabxanalar və küçələrə məhz onların adını daşıyır…

Bakı, Şəki, Gəncə və Sumqayıtda qadın adını daşıyan küçələrdə yerləşdirilən məlumat lövhələri həmin şəxslər haqqında informasiyanı və hər biri üçün xüsusi diqqətlə hazırlanmış fərdi çağırış sloqanını əks etdirir. Lövhələrin aşağısında yerləşdirilmiş QR-kodlar isə hər kəsi bu sayta yönləndirərək “Şərəf lövhəsi”nin hər bir üzvü ilə tanışlığa dəvət edir. “Şərəf lövhəsi”nin hazırlanmasında və bioqrafik məlumatların toplanmasında əməyi keçən hər kəsə təşəkkür edirik. Müxtəlif saytlardan, məqalələrdən, kitablardan topladığımız məlumatları bir mənbədə yığaraq əlçatan edə bildik.

Şərəf lövhəsi” Bakı, Şəki, Gəncə və Sumqayıtda adlarına küçə olan xanımları əhatələyir. Layihənin əsas məqsədi isə lövhə üzvlərinin sayını artırmaq üçün əlimizdən gələni etməkdir. Bütün xanımlara demək istəyirik ki:

Sizə uğurlu qərarlarla, istedadlı işlərlə, cəsur addımlarla və tükənməz sevgi ilə yadda qalacaq həyat yolu arzulayırıq.

Şanlı tariximizin səhifələrində sizin də adınızı görmək diləyi ilə…

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa