Şəxsi İnkişaf

Jeff Bezosun çevik qərarvermə zamanı diqqət etdiyi 3 nüans

Doğru qərar vermək üçün için məlumatlı olmaq önəmlidir, amma  bəzən də sürətli qərar vermək daha vacibdir. Tez qərar verə bilməyin 2 avantajı var:

1. Əvvəlcədən səhv verilmiş bir qərarı düzəltmək üçün sizə daha çox vaxt qazandırır.

2. Digər vacib problemlərə daha sürətlə keçməyinizə imkan yaradır.

Amazonun yaradıcısı Jeff Bezos bildirir ki, “Əgər səhvlərinizi düzətməyi bacarırsınızsa, səhv etmək sizə düşündüyünüzdən daha az problem yaradacaq. Ancaq astagəl olmağınız sizə daha baha başa gələcək”

Tez qərar verərkən  Jeff Bezos bu üç nüansa diqqət edir:

1. Özünüzə vaxt limiti qoyun

Çox vaxt zaman sizin əleyhinizə çalışır. Bir şeyə nə qədər çox vaxt ayırsanız, həmin vaxt ərzində məhsuldarlığınız daha çox azalar. Bu səbəbdən də edəcəyiniz ən doğru şey, tam hazır olmasanız belə çalışmağa son vermək və feedbackləri araşdırmaqdır. “Qərarların çoxunu məlumatların 70%-nə sahib olduğunuz zaman verin. Əgər 90% məlumat toplamağı gözləsəniz, böyük ehtimalla gecikmiş olacaqsınız.”


2. Qərarlarınızı təsnifləşdirin və doğru prosesi izləyin

Bütün qərarlar eyni nəticə vermədiyindən Bezosa görə, effektiv və sürətli qərar verə bilmək üçün qərarları iki tipə bölmək lazımdır:

TİP 1. Birinci tip qərarlar geri qaytarıla, dəyişdirilə bilməz, bu səbəblə də daha diqqətli olmaq lazımdır.
TİP 2. İkinci tip qərarlara isə düzəliş etmək mümkündür və asanlıqla geri çağrıla bilən qərarlardır

Bezos deyir: “Şirkətlər genişləndikcə, əsasən, ikinci tip qərarlara da birinci tip qərarlara göstərdikləri həssaslıqla yanaşır. Nəticədə isə lazımsız dərəcədə ehtiyatlı davranılır və kifayət qədər test etmə şansı əldən verilir.”

3. Razı olmasanız da qəbul edin

Bir yekun qərar əldə edilməsə belə, müəyyən bir istiqamətdə hərəkət etmək inancınız varsa, tam əminlikLə belə deyə bilərsiniz:  “Baxın, bu mövzuda fərqli yanaşmalarımız, düşüncələrimiz olsa da, mənimlə bu riskə getməyə hazırsınızmı? İştirak etməyin, amma yanımda olun.” Bezos əlavə edərək deyir ki, “mən bunu hər zaman edirəm, bəzi qərarlarla razılaşmasam da, qəbul edirəm”. Bu yanaşma məhsuldar mübahisələrə və sağlam anlaşılmazlıqlara təşviq edir. “Razı olmasan da, qəbul etmək” təslim olmaq deyil, deyə Bezos xəbərdarlıq edir. Bu, sadəcə “Komandaya etibar etməyin verdiyi səmimi nəticədir”.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa