Məşhurlar

Jacinda Ardern – Yeni Zelandiyanın qadın baş naziri dünyaya necə örnək oldu

Jacinda Ardern kimdir? Yeni Zelandiya məscidlərinə hücumdan sonra öz davranışıyla rəğbət qazanan baş nazir

Jacinda Ardern bütün dünyaya əsl liderlik, birlik, sevgi və güclü xarakterə sahib olmağın nə demək olduğunu göstərdi.

İngiltərənin Guardian qəzetindəki bu xəbər Yeni Zelandiyanın Christchurch şəhərində 50 nəfərin ölümü ilə nəticələnən məscid hücumlarından sonra dünyanın bir çox yerində mətbuat və sosial mediada aktual xəbərlərdən idi.

38 yaşındakı Yeni Zelandiyanın baş naziri və Əmək partiyasının lideri Jacinda Ardern Zelandiyanın yaxın tarixindəki ən böyük hücumdan sonrakı davranışıyla bütün dünyaya səs saldı.

Sizi Jacinda Ardernin şəxsi həyatı və siyasi keçmişi haqqında bəzi maraqlı məqamlarla tanış etmək istərdik.

Tam adı Jacinda Kate Laurell Ardern olan Yeni Zelandiyanın baş naziri, partnyoru və TV aparıcısı olan Clarke Gayford, 1 qızı və pişiyi ilə yaşayır.

Jacinda Ardern aqnostik bir inanca sahibdir. Mormonlar arasında böyüsə də onların eyni-cinslilər arasındakı münasibətlərə qarşı çıxması səbəbindən  kilsədən ayrılmışdı.

17 yaşında ikən Əmək partiyasının (Labour Party) sıralarına qoşulur

Image result for jacinda ardern

Ardern, Əmək partiyasına 17 yaşında üzv olub. 1997-ci ildə İngiltərədə baş nazir seçilmiş Tony Blair və Yeni Zellandiyanın 2008-ci ildə seçilən keçmiş baş naziri Helen Clarkın komandasında işləmişdi.

Pulsuz təhsil, abort qadağasının aradan qaldırılması və uşaqlar arasında kasıbçılığın ləğv edilməsi kimi mövzularda mübarizə aparırdı. Özünü “sosial demokrat və tərəqqipərvər” adlandırırdı.

2017-ci ildə baş nazirlik yarışında tez-tez Kanadanın baş naziri Justin Trudeau və Fransa prezidenti Emanuel Macronla müqayisə edilirdi. Hər üçünün də gənc, tərəqqipərvər və iddialı tərəfləri qarşılaşdırılırdı.

Seçildiyi vaxtlarda o qədər məşhur idi ki, bəzi təhlilçilər asudə vaxtlarında Dj-lik edən Ardernin siyasi baxımdan  ciddiyyətindən şübhə etməyə başlamışdılar.

Vəzifədə doğan baş nazir

Related image

Keçən yaz (Pakistanın keçmiş Baş naziri Benazir Buttodan sonra)  dünyada vəzifədəykən ana olan 2-ci Baş nazir Ardern, 6 həftəlik analıq məzuniyyətinə çıxmışdı.

Balaca qızı ilə BMT-yə qoşulandan sonra qısa bir zamanda Amerikanın televiziya kanallarındakı söhbət proqramlarının məşhur qonaqlarından birinə çevrilmişdi.

Dünyanın hər yerində təqdir edildi

Related image

Son məscid hücumlarından sonra öz davranışı ilə Ardern ən “çətin anda belə ən düzgün qərarı verən” bir dünya lideri kimi tanındı.

Guardian yazıçısı Suzanne Moore onu belə təsvir edərdi:

Martin Luther King əsl liderin uzlaşma axtarmayıb, özlərinin uzlaşma yaratdıqlarını demişdi. Ardern də şəfqət və birləşdiriciliyi ilə yol göstərərək fərqli bir uzlaşma yaratdı.

Terror fərqlilikləri görür və onları ləğv etmək istəyir. Ardern fərqlilikləri görür, hörmətlə yanaşır və onlarla əlaqə qurur”.

Amerikanın Washington Post qəzetinin yazarlarından İshaan Tharoor isə “Ardern, xalqının kədəri, yası və qaranlığının simvolu halına gəldi” yazarkən , Avstraliyanın ABC saytında “Bir liderin qarşılaşa biləcəyi ən çətin anda Ardern heç bir səhv etmədi” kimi bir şərh yer aldı.

“Hamımız birik, onlar bizik”

Image result for jacinda ardern

Sadəcə media şərhçiləri deyil, dünya liderləri də eyni düşüncədə idi.

Pakistan Xarici İşlər Naziri Muhamməd Faydalı, Ardernin Pakistanlıların sevgisini qazandığını deyərkən, ABŞ-dakı Martin Luther King Mərkəzinin sosial media hesabında “Yeni Zelandiyada sevgi dolu bir lider görürük” şərhi yazıldı.

Ardern öz ölkəsi Yeni Zelandiyada  hücum sonrası vəziyyəti idarə etməyi bacardı.

Yeni Zellandiyadakı BBC müxbiri Hywell Griffith, Ardernin məscid hücumları zamanı ölənlər haqqında işlətdiyi “Hamımız birik, onlar bizik”  cümləsini ölənlərin ailələrindən də eşitdiyini dilə gətirdi.

Yeni Zelandiyada  müxalifətdəki Milliyyətçi Partiyasının lideri Judith Collins isə Parlamentdə belə demişdi:

“Fövqaladə bir performans göstərdi.”

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa