Mənim hekayəm

J.K Rowling: Harry Potter sehri yoxsul qadını zəngin etdi

Hər məşhurluğun arxasında böyük zəhmət vardır. Varlı və tanınmış insanlar bu mərtəbəyə heç də asanlıqla çatmır.

J.K Rowling bütün dünyada Harry Potter qəhrəmanının yaradıcısı və ilk milyarder yazıçı qadın kimi tanınır, onun çətinliklərlə dolu həyat hekayəsi isə çoxlarına naməlumdur

1lady.az bu məşhur şəxsiyyətin kim olduğunu və həyat hekayəsi ilə bağlı maraqlı məqamları diqqətinizə təqdim edir:

Çətinliklərlə dolu həyat

J.K Rowling 31 iyul, 1965-ci ildə İngiltərədə dünyaya gəlib. Gənclik zamanında uzunmüddət işsiz qalan bu xanımın çox yoxsul həyatı olub və yaşayışını aldığı işsizlik maaşı ilə təmin edib.

Oksford universitetinə qəbul olsa da, iflic keçirtmiş anasına baxmaq məcburiyyəti ilə təhsildən imtina etməli olub. Daha sonra isə çətinliklə də olsa fransız dili və ədəbiyyatı üzrə ali təhsilini başa vurub.

Hətta bir müddət depressiyaya düşən xanım intiharı belə düşünüb.

Ailəsinin seçimi ilə müəyyən müddət katibəlik sənəti ilə məşğul olub. Həyat fəlsəfəsinə tamamilə zidd olan bu sənət sadəcə ona əsərlərini daha rahat yazmağa imkan yaradırdı. Qələmi yazsa da özü əsərlərini bəyənmirdi. Bu səbəbdən də məhz iki romanını kiməsə göstərmədən yox etmişdi.

Harry Potter necə yarandı

Bəs J.K Rowling çətin həyat içərisində bu romanlar seriyasını yazmaq fikrinə necə gəlib?

Rowling and Potter

J.K Rowling və Harry Potter

Belə ki, 1990-cu ildə Mançesterdən Londona  qatarla gedən zaman ağlına, qeyri-adi gücləri olan və bunu tədris edən məktəbə gedən gənc bir uşaq haqqında hekayə yazmaq qərarına gəlir. Əslində bunu yazmaq ona çətin deyildi, çünki öz xəyallarını qələmə tökmüşdü.

“Romanı yazmaq üçün fikri necə yarandı?” sualına yazıçı, “Harrini çox dəqiq şəkildə gördüm, bir sehrbaz olduğunu bilirdim və bu məktəbin necə bir yer olacağını düşünməyə başladım. Qatar gec gəldi və daha sonra qatardan düşərkən demək olar ki, əsəri necə yazacağımı bilirdim. Aktyorları belə beynimdə qurmuşdum”,- deyə cavab vermişdir.

1995-ci ildə ilk kitabın qaralamasını bitirib. Bu qaralamanı dərc etmək üçün 120-dən çox ünvana göndərsə də həmin yerlər bunu rədd edib. Məhz “Fəlsəfə Daşı”nı bitirmək 5 ilini alsa da, xanım yazıçı bu müddətin 4 ili ərzində həm çalışdığını, həm də digər kitabların mövzusunu düşündüyünü qeyd edib.

Rowling, romanlar seriyası haqqında “ “Sirlər Otağı” 2 ilimi aldı amma bu əsnada müəllimlik edirdim. “Azkaban Məhbusu”na isə 1 il vaxt sərf etdim. “Alov Kuboku” isə bu ana qədər ən sürətli yazdığım kitab olub”,-deyə bəhs etmişdir.

Bu hekayə əslində yazarın ilk əsəri deyildi. İlk hekayəsini 6 yaşlı qardaşı Di üçün yazaraq ona “Dovşan” adını vermişdir.

Hazırda Forbes jurnalı onun sərvətini 54 mln abş dolları civarında qiymətləndirir, çünki Rowling sərvətinin böyük bir qismini xeyriyyə məqsədi ilə sərf etmiş və milyarder statusunu çoxdan itirmişdir.

Harry Potter rəqəmlərdə

J.K Rowling and Harry Potter

J.K Rowling

Öz əziyyəti hesabına ərsəyə gətirdiyi bu kitab dünya miqyasında 400 milyondan çox satılıb.

Harry Potter romanlar seriyası 70-dən çox dilə tərcümə edilib.

Ümumilikdə 7 kitabdan ibarətdir:

  • Harry Potter və Fəlsəfə Daşı
  • Harry Potter və Sirlər Otağı
  • Harry Potter və Azkaban Məhbusu
  • Harry Potter və Alov Kuboku
  • Harry Potter və Simurq Ordeni
  • Harry Potter və Mələz Şahzadə
  • Harry Potter və Ölüm Hədiyyələri

Sözügedən romanın yazarı məşhurluqdan sonra mediaya açıqlamasında bəzi məqamları qeyd edərək onları etməyəcəyini bəyan edib.

Bəs bunlar nədir?

1 – Ofisinə göndərilən Harry Potter kitablarını imzalamaq.

2 – Müəyyən mövzular haqqında şəxsi sualları cavablamaq

3 – İmzalı şəkilləri yollamaq

Kitab barədə maraqlı məlumatlardan biri isə Michael Jacksonun bu adlı əsərə musiqi bəstələmək istəməsi və  yazıçının bunu qəbul etməməsidir.

Harry Potter kitabları, 199 hissə, 4222 səhifə və 1.090.739 sözdən ibarətdir. Bu kitabların hamısı ümumilikdə 19 saat 39 dəqiqəlik film halına gətirilib.

İlk Harry Potter filmi yayımlandıqdan sonra 500-dən çox qıza Hermione adı verilib.

Həmçinin yazıçı məhz bu rolun öz uşaqlığına çox bənzədiyini qeyd edib.

Yazıçı olmaq barədə

Rowling müsahibəsində uğuru haqda, “hər zaman mənim qədər uğursuzluqlar yaşamaya bilərsiniz, ancaq həyatda bəzi uğursuzluqlar qaçınılmazdır. Həddindən çox diqqətli yaşayan insanlar uğursuz olmamağa çalışırlar. Bu da yaşanmış həyat sayılmaz və bu ərəfədə yenilmək qaçınılmaz olur”-deyə bildirmişdi..

Jurnalistlərin “Gənc yazıçılara tövsiyəniz nədir” sualına xanım bu cür cavab vermişdir:

“Yazan zaman həmişə bildiyiniz mövzulardan başlayın. Məsələn, duyğularınızla və ya çox yaxşı bildiyiniz mövzulardan yazın. Ən əsas məqam isə oxuya bildiyiniz qədər oxuyun. Oxumağın sayəsində yaxşı yazıları tanımağı, ən sevdiyiniz şeyləri analiz edərək öz əsərinizi inkişaf etdirməyin yollarını tapa bilərsiniz”.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa