Kitab

İyulda oxunmalı şəxsi inkişaf kitabları

İstəyirsiniz dəniz sahilində dincəlin, istəyirsiniz hansı bir şəhəri kəşf edin, bütün ilin yorğunluğunu yalnız mükəmməl bir tətil və kitabla ata bilərsiniz. İstirahət edərkən, həm mənəvi, həm də fiziki cəhətdən doymaq üçün iyul ayında oxumalı olduğunuz fərdi inkişaf kitabların siyahısını təqdim edirik. Beləliklə, bir-birindən effektiv 4 fərdi inkişaf kitabı:

Qəzəb hədiyyəsi və babam Qandidən həyat dərsləri – Arun Qandi

Hindistanın müstəqilliyi və bərabərlik üçün daima mübarizə aparmış mahatma Qandinun nəvəsi tərəfindən yazılmış bu kitab oxuyucuya həyata dair fərqli bir yanaşma təklif edir.

Qandinin mənəvi fəlsəfəsini, qəzəbdən uzaq və sülh tərəfdarı həyat tərzini dərinliklərinə qədər araşdıran kitab zorakılığa qarşı çıxaraq dünyadakı şiddətin mənbəyi kimi “Cəmiyyətin 7 Günahı” olduğunu qeyd edir. Bu günahları isə əməksiz sərvət, şüursuz həzz, əxlaqsız ticarət, qeyri-insani elm, şəxsiyyətsiz bilik, qurbansız ibadət, prinsipsiz siyasət olaraq qeyd edir. Qandinin şiddətsiz fəlsəfəsinin bünövrəsində duran prinsipləri daha yaxşı başa düşmək və öyrənmək istəyənlərə bu kitabı tövsiyə edirik.

DNA və Rezonans Qanunu: Məqsədli düşünməklə arzulanan gerçəkliyin yaradılması

Pierre Franckh tərəfindən yazılan kitab rezonans qanuna dair kifayət qədər əhəmiyyətli məlumatlar verir. Kitab kainatda mövcud olan hər şeyin vibrasiyalar vasitəsilə bir-birlərinə bağlandığını və bu səbəblə də uyğun titrəyişlərin bir-birini cəlb etdiyini deyir.

Müsbət düşüncələrin əhəmiyyətini elmi məlumatlarla təsdiq edən yazıçı rezonansı dəyişdirdikdə və neqativ düşüncələrdən uzaqlaşdıqda pozitiv şeyləri özümüzə çəkəcəyimizi və ətrafımızdakı insanların da müsbət yöndə dəyişəcəyini deyir.

The DNA Field and the Law of Resonance: Creating Reality through Conscious Thought

Mind Map– Toni Buzan, Bari Buzan

 “Zehin xəritəsi” kitabı yaddaşı gücləndirmə, diqqəti artırma və inandırmaq qabiliyyətini inkişaf etdirmək kimi bir sıra mövzularda inqilab yaratmağı vəd edir. 

Qeydlər aparmaqla zehni inkişaf etdirmək və həyatı asanlaşdırmağın mümkün olduğunu deyən kitab həm şagirdlər, həm də işçilər üçün planlı həyatın və asanlıqla parlaq fikirlər irəli sürməyin açarlarını verir. 

How to Mind Map: The Ultimate Thinking Tool That Will Change Your Life

Ev Yapımı Bir Paraşüt – Berrak Yurdakul

Kitab ümumi desək, zehni tanımaq və onu tərbiyə etməyə istiqamətlənib. Öz zehnini tanıyan insan düşüncələrini də idarə edə və onları yönləndirə bilir. 

Gündəlik həyatda ətrafımızdakı insanlar və əşyalardan asdığımız “yaxşı, pis, dost, düşmən” kimi yarlıqlar əslində ümumi anlayışlardan formalaşmır. Bunun zehnin qəbul etmə formasından yarandığını göstərən Yurdakul düzgün formada istifadə edilməyən zehinlərə həll yolları təklif edir. 

Image result for ev yapımı paraşüt

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa