Biznes ledi

İndre Rokfeller: Keçmiş balerina 20 milyardlıq sektorda necə öz seqmentini yaratdı

İndre Rokfeller bir zamanlar bu məşhur sülalənin əsasını qoymuş Con Rokfellerin kötükcəsi ilə evlidir. O, kürəyindəki zədə səbəbindən öz balerina karyerasından imtina etməli olub. Bu gün o, Amerika şou biznesinin bir çox ulduzlarının səyahət edərkən müraciət etdiyi yol çantaları istehsalı biznesinə sahibdir.

Yol çantaları istehsalı biznesinin beynəlxalq dövriyyəsi 20 milyard dollardan çoxdur, tərzli yol çantaları istehsalçısı olan “Paravel”in icraçı direktoru İndre Rokfeller məhz bu seqmenti özünə hədəf seçib. 2015-ci ildə o? yüksək keyfiyyətli yol çantaları və aksessuarları istehsal edən şirkətin əsasını qoydu, orta qiymət kateqoriyası seçildi. Qısa müddətdə “Əla qiymətə gözəl çantalar”  sloqanlı brendin pərəstişkarları sırasına bir çox dünya söhrətli ulduzlar, Ellison Uilyams və Emma Roberts, həmçinin müğənni Keti Perri də daxil oldu.

“Mən beynəlxalq moda evi üçün çalışanda hər zaman yola çıxmalı olurdum, mən brendimizin dükan və ofislərinə baş çəkir, moda həftələri üçün müxtəlif şəhərlərə uçmalı olurdum. Yəni sözün əsl mənasında çamadanlarda yaşayırdım. Hər dəfə səfər üçün yenidən əşyalarımı yığmalı olanda düşünürdüm ki, niyə elə bir çamadan brendi yoxdur ki, mənim bütün ehtiyaclarımı qarşılasın. Mən hər zaman eyni anda 6-7 yol baqajı istehsalçısının məhsulundan istifadə etməli olurdum” – İndre Rokfeller biznes ideyasının yaranma səbəbindən danışır.

View this post on Instagram

A post shared by Indre Rockefeller (@indrerock) on

Biznes ideyasının yaranması

“Məndə bir hissiyyat formalaşmışdı: dünyada elə bir brend yoxdur ki, səyahət işinə bir bütün kimi yanaşsın. Heç nə mənim ürəyimə yatmırdı. “Söhbət səyahətdən gedəndə iki ifrat mövqe var. Bir tərəfdən, lüks klass brendlər var ki, onlar öz baqaj kolleksiyalarına ikinci dərəcəli bir məhsul kimi yanaşır, əsas diqqəti geyim və aksessuara yönəldir, söhbət baqajdan gedəndə isə ona yetərincə diqqət etmir, digər tərəfdən çoxlu sayda yol çantası və baqaj istehsalçıları var ki, onlar əsasən tez-tez səyahət edən, ezamiyyətlərə uçmalı olan biznesmenlərin ehtiyaclarında fokuslanır, qadınları isə elə də nəzərə almırlar”.

Kürəyindən zədə aldıqdan sonra balet karyerasından imtina etməli olan İndre Rokfeller moda dünyasına qədəm qoyur. Təzə başlayan zaman o, Vogue dərgisinin Amerikadakı nəşr evinin baş redaktoru Anna Vinturun assistenti olur. “Mən baleti tərk etsəm də, Anna Vinturun ofisində, Vogue jurnalında çox maraqlı bir işə başladım. Ona görə də mənə çox da çətin olmadı, Rokfeller müsahibəsində bildirir.  – “Mən balet dünyasından moda dünyasına keçid etdim. Əvvəl-əvvəl işdən başqa nəsə haqqında düşünməyə zamanım belə olmurdu. Mənim üçün tamamilə yeni olan bir dünyaya qərq olmuşdum. Məhz Anna Vintur ilə işlədiyimə görə moda industriyası haqqında hər şeyi öyrənmək imkanı əldə etdim. Bu, bütünlükdə dəb dünyası ilə inanılmaz bir tanışlıq mərhələsi idi”.

View this post on Instagram

A post shared by Indre Rockefeller (@indrerock) on

Stenford universitetində MBA dərəcəsi aldıqdan sonra İndre moda sənayesində bir neçə yaxşı iş təklifi alır. Bir müddət o,  multi-brend Moda Operandi onlayn mağazasının yaradıcı direktoru və merçandayzinq üzrə baş meneceri, daha sonra isə İspaniyanın Delpozo modo evinin Şimali və Cənubi Amerika bölmələrinin prezidenti kimi çalışır. Burada o, gələcək biznes partnyoru Endi Krants ilə tanış olur.

Risk etmə bacarıqları barədə

“Səlahiyyətləri deleqasiya etməyi öyrənmək çox vacibdir. Bu sədə olmayan dərsi hər bir iş adamı mənimsəməlidir”. – Rokfellər danışır – “İlk günlərdə biz hər şeyi özümüz edirdik. Başda mən və biznes partnyorum bütün qərarları özümüz qəbul edirdik və öz instinktimizə tam arxayınlıqla güvənirdik. Müəyyən vaxt keçdikdən sonra biz komandanı böyütməli olduq. Bu inanılmaz bir təcrübə idi. Bir çox hallarda iş adamları instinktə güvənərək riskə gedir və bəzən bu risklər bizi yanıldır. Buna baxmayaraq, digər insanların da instinktlərinə güvənərək risk etməsinə şərait yaratmaq, onları buna həvəsləndirmək lazımdır. Uğursuzluqlar normaldır, ona görə də biz səhvlərdən öyrənirik, hər şey heç də ilk dəfədən alınmır”.

View this post on Instagram

A post shared by Indre Rockefeller (@indrerock) on

Yeni karyeraya başlayanlara tövsiyələr

Karyerasını dəyişənlərə İndre Rokfeller bu prinsipləri özünə rəhbər tutmağı tövsiyə edir

  • Yeni fəaliyyət sahənizi hər bir xırdalığına qədər, təfərrüatlı şəkildə öyrənin. Hər şeydən öncə söhbət yeni başladığınız sektordakı iş adamları ilə ünsiyyət dilindən gedir. Yeni karyera qurmaq istədiyiniz sahədə mentorun olması da çox yaxşı nəticə verə bilər. Həmçinin yaxşı olar ki, həmin sənayenin əsas tədbirlərində, eventlərində könüllü əsasda çalışasınız, bu zaman həmin sektor ilə həyatınızı gerçəkdən bağlamaq istəyib-istəmədiyinizi anlayacaqsınız.
  • Öz sahənizdə çalışan insanlar ilə söhbət edin. Bəlkə də ola bilər ki, heç karyeranızı dəyişmək tələb olunmaz. Öz sahənizdəki perspektivləri yenidən gözdən keçirə bilərsiniz.
  • Çalışmaq istədiyiniz yeni sektorda hansı innovasiyaların faydalı ola biləcəyini araşdırın. Əgər siz yeni bir məhsulun və ya xidmətin yaradıcısı olacaqsınızsa, bu, sizi sektorda digərlərindən fərqləndirəcək. Siz həmin yenilikdə pionerlərə çevrilə bilərsiniz.

Yekunda, İndre bildirir ki, bu xüsusən də qadın iş adamlarına aiddir, hazırda xanım iş adamları icmaları əvvəlki dövrlə müqayisədə daha sürətlə böyüyür. “İnanılmaz uğura imza atan və çox maraqlı diskussiya aparan iş qadınları vardır. Xanımlar bəzi sahələrdə biznes fəaliyyətinə başlayanda, çoxları onların nə etmək istədiyini, bu istiqaməti niyə seçdiyini anlamırdı. Yalnız onlar böyük müvəffəqiyyət əldə etdikdən sonra hər kəs seçimlərində nə qədər haqlı olduqlarının şahidi oldu. Yəni insanlar onları anladı, amma çox gec. Ona görə də bəzən sadəcə öz duyğularına, instinktlərinə güvənmək lazımdır”.

View this post on Instagram

A post shared by Indre Rockefeller (@indrerock) on

Mənbə: Forbes.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa