Həyat tərzi

Bürcə görə ideal həyat yoldaşları və sevgililərin reytinqi

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi

Bürclərdən məsləhət alırıq. Ulduzlara əsasən ən yaxşı dost, ideal həyat yoldaşları və sevgili olan qadınlar hansı bürclərə aiddir?

12-ci yer — ƏQRƏB

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 1)

Bu xanımlar məftunedicidir, inanılmaz cazibəyə malikdir və dəhşətli dərəcədə ağıllıdır. Amma buna rəğmən hesab olunur ki, qadın-Əqrəblər məhz bu səbəbdən pis həyat yoldaşıdır. Onun toruna düşən kişilər sözün əsl mənasında qul həyatına düçar olur. Əlbəttə ki, belə bir xanıma xidmət etmək həm şərəflidir, həm də xoşdur, amma onun çətin xarakterinə öyrəşincə saçın tökülür, bəzi funksiyaların da pozulur və dostlar arasında avtoritet itir.

11-ci yer — BALIQLAR

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 4)

Astroloqlar deyir ki, Balıqla evlənmək – pişik saxlamaq kimidir, çünki onlardan heç bir fayda yoxdur. Balıqlar çox cazibədar olsa belə, sanki bu dünyadan deyillər. Praktiklik sıfır, sağlam düşüncə ondan da az, emosiyalar isə nə qədər istəsən. Amma buna rəğmən onlar kişinin beynini xarab etməz, sakitcə qırağa çəkilib ağlar. Hansısa müəmmalı səbəb üzündən güclü cinsin nümayəndələri qadın- Balıqların asılılığına düşür. Bu xanımlar ilə münasibətləri  yarıda kəsən kişilər isə uzun müddət özlərinə gələ bilmir.

10-cu yer — ŞİR

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 7)

Yalnız ən cəsur kişilər bu cür ittifaqa daxil olmağa qadirdir. Şir- həyat yoldaşı dəbdəbədir, pafosdur, bahalı əyləncədir. Ən yaxşı avtomobillər, bəzək əşyaları, avadanlıqlar – onun iştahası heç də təvazökar deyil. Nəzəri cəhətdən Şir-qadınlar ilə boşanmaq mümkündür, amma praktiki cəhətdən bu cür ayrılıqdan sonra bütün qalan qadınlar sizə həmin Şirin solğun nüsxəsi kimi görünəcək.

9-cu yer— OXATAN

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 10)

İblis –qadın, atəş -qadın, sürətlə çapan atı dayandıra, özünü yanan komanın içinə ata bilər – bütün bunlar Oxatanlar haqqındadır. Onun yanında çox nadir kişi özünü üstün hiss edər  – bu vulkan öz yolunda bütün əngəlləri silib-süpürər. Bir də ki, Qadın-Oxatan həmişə haqlıdır. Bundan savayı – bu ailədə qadın nə deyərsə o olur.

8-ci yer — Əkizlər

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 13)

Ən qorxulu qadın növüdür. Ən məkrlidir. Onlar o qədər insan sərrafıdır ki, sanki adamların içini görür. Onlar çox yaxşı bilir ki, kim onların əri ola bilər. Onlardan nəyisə gizləməyə və ya kiçik bir sirrə sahib olmağa ümid də etməyin. İstənilən çekistdən daha güclü, agent 007-dir. Belə qadınlar ilə evliliyə yalnız ən çarəsiz kişilər qərar verir.

7-ci yer — Qoç

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 16)

Ölümcül (fatal) qadındır, hər bir şairin arzusu, ilham pərisidir. Qoç-qadın hər bir kişinin başına gələcək ən gözəl hadisədir. Ən azından bu qadınlar özləri haqqında məhz belə düşünür. Onlar sona qədər mübarizə aparacaq, amma ərini tərbiyələndirəcək. Onlar bu yoldan istənilən alətdən istifadə edəcək və əmindirlər ki – bu kişinin xeyrinə olacaq.

6-cı yer— TƏRƏZİLƏR

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 19)

Ağıllı, gözəl, mahir kulinar, əla sevgili – bəli, bu Tərəzi-həyat yoldaşlarına aiddir. Məhz Tərəziləri – istənilən kişinin arzusu adlandırırlar. Lakin burada bir “amma” var – bütün bu sadaladıqlarımız kişini  yalnız o günlərdə gözləyir ki, əlahəzrətin kefi xeyirxahlıq və zəriflik üçün münasib olsun. Qalan bütün vaxtlarda isə onların həyat yoldaşını  mürəkkəb isterika və beyinin pozulması gözləyir.

5-ci yer — QIZLAR

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 22)

Qız bürcündən olan həyat yoldaşı – yaxşı dost, kompaniyan və yaxşı tərəfdaşdır. O, nikahda partnyorluq tərəfdarı olduğundan hər iki tərəf üçün lazımlı olan rakurs seçməyə çalışır – ona müqavimət göstərmək isə faydasızdır. Hətta kişi belə bir xəyala qapılsa da ki, sükan onun əlindədir, gec-tez ona çatacaq ki, evin ağası kimdir. Buna rəğmən Qızlar heç nəyi açıq—aşkar etmirlər, onların illüziya yaratmaq qabiliyyətlərinə isə sadəcə həsəd aparmaq olar.

4-cü yer— BUĞA

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 25)

Belə qadınla heç bir tərəddüd etmədən evlənmək olar, xüsusən də əgər sən çox da varlı olmayan, şən bir adamsansa. O, güclüdür, ağıllıdır, özünə baxandır, amma ən əsası onun təbiətdən gələn iradəsi elədir ki, o öz seçdiyi şəxsdən uğurlu kişi böyütməyənə qədər geri çəkilməz. Əgər siz onun metodları qəbul etməyə hazırsınızsa – məsələn hərdən birdən başa çırpılan, göydə uçaq serviz hissələri – onda buyurun. .

3-cü yer— OĞLAQ

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi(foto 28)

İdeal kişilər ideal qadınların həyat yoldaşı olmalıdır – bu xanımlar belə düşünür, bu qadınlar hesablamağı, məntiqi düşünməyi bacarır və heç bir halda emosiyaların təsirinə düşmür. Partnyor seçərkən də Oğlaq qadınlar – yalnız mənfəət haqqında düşünür, onlara görə aşiq olmaq – axmaqlıqdır. Əgər onlar özlərinə həyat yoldaşı seçiblərsə – bu kişiləri uzun və bütöv bir zəhmətkeş həyat gözləyir.

2-ci yer— Dolça

Bürcə görə həyat yoldaşları və sevgililərin reytinqi (foto 31)

Demək olar ki, reytinqimizin liderləridir. Dolça qadınlar hər bir kişinin ürəyinə məlhəmdir. Onlar daima cavan, pozitiv, gülərüz, bir az ziddiyyətli və rahat insanlardır.  Onlar heç zaman insanın başını xarab etməz və drayv əhval ruhiyyəsi yaradır. Amma ki, onlara qarşı ultimatum irəli sürsəniz və ya bayağı şəkildə razılığa gəlməyə çalışsanız, onda divara çırpıla bilərsiniz, onlar yola gəlməyə çalışmaz. Dolçaların dəyişə bilir görünüşü – sadəcə mirajdır. Onlar öz azadlığını hər şeydən üstün tutur.

1-ci yer — XƏRÇƏNG

 Zodiak bürcünə əsasən həyat yoldaşları və sevgililərin, məşuqələrin reytinqi

Budur onlar – ən yaxşı həyat yoldaşları, sevgililər və döyüşkən rəfiqələr reytinqimizin baş qəhrəmanı. Ailə Xərçəng üçün hər şeydən yüksəkdir – ev ocağı onlar öz sehrli və bitməz tükənməz enerjilərinin əsas qaynağıdır. Məhz bunun sayəsində onlar güc alır və bütün dünyanı ram etməyə qadirdir

Qadın xərçənglər – ideal ana, möhtəşəm ev sahibəsi, iti zəkalı həmsöhbətdir, onlar ərlərinə məftundur, dəlicəsinə aşiqdirlər, hətta ərlərinin qohumlarını da çox istəyirlər. Bir sözlə qüsursuz qadındır. Xırda qadın şantajları və isterika isə hesaba alınmır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa