Motivasiya

Hər Şeyin Yaxşı Olacağına Dair İnancınızı Artıran 10 Güclü Sitat

Məktəb vaxtlarından bu yana xoşbəxt və dinc bir həyatın xəyalını quraraq böyümüşük. Hələ də bir çoxumuz bir gün  bütün problemlərin, qayğıların bitəcəyinə inanaraq yüksək standartlara uyğun bir həyat üçün mübarizə aparırıq. Belə də davam edin. Çünki bir gün hər şeyin yaxşı  olacağına dair inamınız, sizi arzularınıza 1 addım daha yaxınlaşdıracaq. Gələcək üçün ümidiniz güclədirən sitatlar!

1) “Sabahlar yorğun və bitkin insanlara deyil, komfortlarını düşünməyən fədakar insanlara aiddir.” -Marcus Tullius Cicero

2) “Ümidsizlikdən qorxub qaçma. Ümid, ümidsizliyin önünündədir. Onu aş və keç. Qaranlıq bir tunelin sonunda işıq tapacaqsan.” -Andre Gide

3) “Böyük xoşbəxtliklər, böyük iztirabların baş ucundadır.” -Anonim

4) “Gecənin ən qaranlıq olduğu an; şəfəqə ən yaxın olduğu andır…” -Paulo Coelho



5) “Fırtına qopduğu zaman, ağacın budaqlarına baxsan ağacın hər an aşacağını düşünərsən, gövdəsinə baxsan onun necə əzəmətli olduğunu görərsən .” -The Revenant Filmindən

6) “Günəbaxan kimi üzünüzü daima günəşə çevirin. Ruhunuz və gözünüz aydın olacaq.” -Tayfun Topaloğlu

7) “Əgər işıqlar sönübsə ay işığını seyr et.
Dibi yosun tutan dənizləri deyil, dalğaları seyr et.
Məğlub olacaqsansa, əsla həsrət çəkmə…
Sən ürəyindəki o ucsuz-bucaqsız sevgini hiss et.”
-Mövlanə

8)  “Həyatı yaşaya bilməmək insanlara xas bir haldır. Yoxsa hansı balıq özünü boğub və ya hansı sərçə özünü damdan atıb ki …” -Dostoyevski


9) “Xoşbəxtliyin son pilləsi, xoşbəxtliyin ilk pilləsi deməkdir.” -Dossi

10) “Çarəsiz bir vəziyyət yoxdur, ümidsiz insanlar var. Mən heç vaxt ümidimi itirmədim.” -Mustafa Kamal Atatürk

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa