Həyat tərzi

Halloween bayramının yaranma tarixi və qədim adətləri

Halloween hər il 31 oktyabrda qeyd olunur, tarixi isə qədim kelt (bəzi mənbələrdə selt qeyd olunur) qəbilələrinə bağlıdır. Qədim seltlər indiki Britianiya və Şimali irlandiya ərazisində yaşayıblar, hazırda isə bu bayram Böyük Britaniya, ABŞ. Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə daha əyləncəli şəkildə qeyd olunur. Halloween kəlməsinin  yaranması isə All Hallows Evening – Bütün Müqəddəslər gecəsi və ya Müqəddəslər günü ərəfəsi ifadəsinə bağlıdır. 

Mənbələrə əsasən bayramın tarixi 2000 ildən çoxdur. Keltlər yeni ilin başlanmasını Noyabrın ilk günündə qeyd edirdi, bu həm də yay mövsümünün bitməsi və qışın başlanğcı idi. Əslində Halloween qədimi keltlərin qeyd etdiyi “Samhain” bayramının şəkil dəyişmiş bir formasıdır. 

Bəzi məlumatlara əsasən, druidlər, inanırdı ki, bu gecə Samhain (Ölülər tanrısı) il uzunu heyvanların bədənində məskən salmış məkrli ruhları geri çağırır. Digər bidətçi (çoxlu tanrılara tapınan) xalqlar isə hesab edirdi ki, həmin gecə il ərzində vəfat etmiş insanların ruhları əvvəllər yaşadığı evə baş çəkir. Buna görə də onlar həmin gün süfrə açır, masalara naz-nemət düzürdülər. Deyilənə görə əgər ruhlar evə baş çəkəndə narazı və incik qalsalar, həmin evə və onun sakinlərinə qəddarcasına ziyan vura, qisas ala bilərdi. müxtəlif qurbanlar edilməsi də həmin gecə üçün adi bir hal idi. 

Woman In A Witch Costume

Şimal xalqları bayramı Noyabrın 1-də qeyd etməyə başlayırdı. Belə bir fikir mövcud idi ki, xeyirxah insanların ruhları öldükdən sonra xeyirxah mələklər tərəfindən cənnətə aparılır, sama aləminə düşə bilməyən pis insanların şər ruhları isə yer üzərində dolaşmağa məhkumdur. Onlar canlıları narahat edir, ona görə də ildə bir dəfə onları yad edib, sevindirmək lazımdır.   

Heç şübhəsiz ki, həm İrlandiyada, həm də Şotlandiyada Samhain ilin ən əsas bayramlarından biri idi və bəzən 6 gün davam edirdi, Samhaindən yəni 31 Oktyabr gecəsindən 3 gün öncə və 3 gün sonra. Bu həm də şimal xalqlarının əkinçilik deyil, daha çox heyvandarlıq və ovçuluq ilə bağlı olmasını göstərir. Məhz bu gündə onlar qışa hazırlıq və ət tədarükü üçü heyvanları qətl edir, sadəcə damazlıq üçün cavan heyvanları saxlayırdı. 

Bundan əlavə druidlər hesab edir ki, həmin gündə səma və yer arasındakı sərhəd seyrəlir və ruhlar səyahət edir, bu isə gələcək ilə bağlı təxminlərə və öngörücülüyə imkan verir. Təbiət hadisələrinin əlində aciz qalan qədim insanlar üçün gələcəklə bağlı əminliyin tək yolu öngörücülük və fala baxmaq idi. Çünki qarşıda onları uzun və sərt qış gözləyirdi.

Mərasim başa çatdıqda onlar qaladıqları iri tonqaldan məşəl parçaları ayıraraq, öz evlərinə aparırdı.

Samhain və Roma adətləri

Miladın 43-cü ilində Roma İmperiyası Selt ərazilərinin böyük bir qismini fəth edir və 400 il ərzində bu torpaqlar romalıların idarəsi altında olur. həmin dövrdə Roma mənşəli iki bayramın adətləri Samhain adətləri ilə qaynayıb qarışır.

Bunlardan biri Oktyabrın sonlarında qeyd edilən və vəfat edənlərin yad edilməsini nəzərdə tutan Feralia adlı bayram idi. İkinci bayram isə Qədim Romada mevyə və ağac ilahəsi hesab olunan Pomonanın şərəfinə qeyd olunur. İlahə kimi Pomonanın simvollarındna biri alma idi, Görünür ki, bu bayramların kombinasiyası bəlkə də bugünkü Halloween adətlərini formalaşdırıb. 

601-ci ildə Papa Qriqori missionerlərə belə bir təlimat verir ki, bidətçi bayramlara qarşı mübarizə aparmasınlar, əksinə bayramı xristian bayramına çevirsinlər – onun görüşlərinə əsasən, bu Şimali Avropanın xristianlaşdırılmasını asanlaşdırmalı idi. Məhz bu niyyətlə səkkizinci əsrdə Papa Bonifatsi 1 Noyabrı Bütün Müqəddəslərin Günü (All Saints Day) kimi təsis edir. Daha sonra isə 2 Noyabr bütün Ruhların Günü adlandırılır. Keltlərin və xirsitianlığın belə bir qarşılıqlı təması Halloweenin ilkin təməlini qoyur. 

Amma əhalini öz qədim adətlərindən və inanclarından qoparmaq, onları bidətçi ayinlərdən uzaqlaşdırmaq elə də asan olmur. 

Halloweenin Amerikaya gəlişi

Orta əsrlərdə müstəmləkəçi İngiltərədə sərt protestant inanc sistemlərinin hökm sürdüyü bir şəraitdə, Halloweenin qeyd edilməsi son dərəcə məhdud idi. Şotlandların və irlandların kütləvi şəkildə yeni dünyaya miqrasiyası nəticəsində bayram yeni qitədə məşhurlaşdı. 

Woman Making Trick of Treat in Front of a Girl

Fərqli Avropa etnik qruplarının və Amerikalı hindlilərin inancları və adətləri bir-birinə qarışdıqca, Halloweenin Amerikada fərqli bir versiyası ortaya çıxmağa başladı. İlk tədbirlər məhsul yığımını qeyd etmək üçün keçirilən ictimai tədbirlər olan “əyləncə gecələri”ni əks etdirirdi. Qonşular ölülər haqqında rəvayətlər paylaşacaq, bir-birlərinin gələcəyini təxmin etməyə çalışacaq, rəqs və mahnı oxuyacaqdılar. Müstəmləkə dövründə qeyd edilən Halloween də ruhlar haqqında hekayələr ilə zəngindir.

19-cu əsrin ikinci yarısında milyonlarla irlandların Amerikaya yeni axını Halloween bayramının ABŞ-da milli səviyyədə yayılmasına kömək etdi.

Bu gün Amerikalılar Halloween-də hər il təxminən 6 milyard dollar xərcləyirlər və bu Miladdan sonra ölkənin ikinci ən böyük ticarət bayramıdır.

Halloween bayramının yaranma tarixi və qədim adətləri
1 Şərh

1 Comment

  1. Pingback: Uşaqları Halloweendən qorumağa ehtiyac varmı? Psixoloqdan açıqlama - 1Lady.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa