Şəxsi İnkişaf

HƏR AYA XÜSUSİ XOŞBƏXTLİK PLANI

XOŞBƏXT OLMAĞI BACARIRSINIZ? Bu suala cavab axtarırıq…

HƏR AYA XÜSUSİ XOŞBƏXTLİK PLANI

Xoşbəxt olmaq üçün bir çox səbəbi olan ancaq inamsızlıq, halsızlıq, günahkarlıq hissindən ayrıla bilməyən Gretchen Rubin, “Xoşbəxtlik Layihəsi” adlı kitabında 12 ayda esl xoşbəxtliyə çatmağın  mümkün olduğunu və hər ay üçün fərqli xoşbəxtlik planı qurmağı məsləhət görür:

Yanvar: Enerjinizi artırmaq üçün erkən yatın, məşq edin və yığılıb qalmış işlərinizi həll edin.

Fevral: Şəxsi həyatınıza diqqət ayırın. Gileylənməyi dayandırın, tərif və təqdir gözləməyin, sevginizi sübut edin.

Mart: İş, xoşbəxt bir həyat üçün lazım bir çox şeyin mənbəyi ola bilər. Ona görə iş həyatında risk etməkdən çəkinməyin, ehtiyacınız olduğu zaman kömək istəyin. Beləliklə, yeni nəsə öyrənmiş olacaqsınız.

Aprel: Uşaqlarınızı acılamaq yerinə, onlarla əyləncəli vaxt keçirməyin yollarını axtarın.

May: Əylənməyə önəm verin, müxtəlif hobbiləriniz olsun. Məsələn, mənim üçün həftəlik ispan dili kursum böyük əyləncədir.

İyun: Xoşbəxtliyiniz, dostlarınız və ətrafınızdakılarla qurduğunuz münasibət ilə birbaşa bağlıdır. Doğum tarixlərini xatırlayın və 3 yeni dost qazanın.

İyul: Pulunuzu nəyə xərcləyəcəyiniz barəsində düşünün. Sizə ən çox xoşbətlik və zövq verən şeylərə xərcləyin.

Avqust: Öz şəxşi həyatınıza da vaxt ayırın. Sağlam olduğunuz və böyük problemlərlə qarşılaşmadığınız üçün şanslı olduğunuzu düşünün.

Sentyabr: Ertələdiyiniz bir xobbiyə vaxt ayırın, arzularınızı həyata keçirin. Yeni yemək tərifləri öyrənib hazırlaya bilərsiniz və ya həftə sonu düşərgəyə gedə bilərsiniz.

Oktyabr: Fərqindəliyinizi artırın. Elm adamları fərqindəliyin beyni sakitləşdirdiyini, beyin funksiyalarını yüksəltdiyini deyir. Məsələn, fast-food yeməklərindən imtina edin.

Noyabr: Pessimist olmayın, əksinə fikrinizi gözəl şeylərə yönəldin və halınıza şükür edin.

Dekabr: 11 ay ərzində qərarlar verdiniz, layihələr hazırladınız. Bunlara əməl etməmiş də ola bilərsiniz. Amma bu müddət ərzində xoşbəxtliyin başqalarını xoşbəxt etməkdən, başqalarını xoşbəxt etməyin də özünüzü xoşbəxt etməkdən keçdiyini  öyrənməklə xoşbəxtliyə 1 addım daha yaxınlaşmağınız  deməkdir.

 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa