Motivasiya

Hədəflərinizi reallaşdırmaqda sizə kömək edəcək dahi fikirlər

Mənfi fikirlərə sahib zehniniz varsa, hər gününüz mübarizə ilə keçər. Daxildən özünüzə yazığınız gəlirsə və özünüzü zəif hesab edirsinizsə bu, mövcud bacarıqlarınızı görməyinizi çətinləşdirir. Buna görə də öz dəyərinizi yüksəltməyin yollarını axtarmalısınız.

Bəs bunu necə etmək olar?

Xəyallarınızın arxasınca getmək üçün sizə ilham verəcək fikirləri təqdim edirik:

“Yeddi dəfə yıxıl, səkkiz dəfə ayağa qalx” – Yapon atalar sözü

“Mənə “xeyr” deyən hər kəsə minnətdaram. Onların sayəsində hər şeyi özüm edirəm” – Albert Einstein

“Düşünmədən bir gün belə keçirmədiyiniz şeydən əsla əl çəkməyin” – Vinston Churchill

“Həqiqətən istədiyiniz bir şeydən əsla əl çəkməyin. Gözləmək çətin olsa da, peşmanlıq ondan da çətindir” – Anonim

“Birinin sizin dəyərinizi anlamaması, sizin dəyərsiz olduğunuzu göstərməz” – Anonim

“Ən xoşbəxt insanlar hər şeyin ən yaxşısına sahib olanlar deyil, sadəcə sahib olduqları hər şeyi ən yaxşı şəkildə istifadə edənlərdir” – Judith May

“Unutma: Hər qalib gələn şəxs bir zamanlar uduzmağı qəbul etməyəndir” – Rocky Balboa

“Dünya hər kəsi incidər və bəziləri bununla güclənər” – Ernest Hemingvay

“Bəzi insanlar həyatınıza lütf olaraq daxil olar. Bəziləri isə dərs olaraq” – Rahibə Teresa

“Narahatlıq ətrafa, qorxu geriyə, inanc yuxarı, günahkarlıq aşağı baxar, amma mən irəliyə baxıram” – John Carter

“Axışına buraxmaq dünyanın sonu deyil, yeni bir həyatın başlanğıcıdır” – Anonim

“Dünya özümüzü gücləndirmək üçün gəldiyimiz idman salonudur” – Swami Vivekananda

“Bu dəqiqə olacağını düşündüyün yerdə olmadığın üçün özünü bağışla” – Terri Cole

“Keçmiş nə qədər çətin olsa da, hər zaman yenidən başlaya bilərsiniz” – Buda

“Çətin bir zamandan keçənlərə verə biləcəyim ən yaxşı tövsiyə, yardım istəməkdən əsla qorxmamaqdır” – Demi Lovato

“Özünə yaxşı davran. Birisi sənə pis davrandığı zaman xoşbəxt olmaq çətinləşir” – Christine Arilo

“Eyni hissəni təkrar oxumağa davam etsən, həyatının bir sonrakı seriyasına başlaya bilməzsən” – Anonim

“Siz icazə vermədiyiniz müddətdə kimsənin xəyallarınızı parçalamaq haqqı yoxdur” – Maeve Greyson

“Birisi sizə bir şeyi edə bilməyəcəyinizi söyləyəndə, bəlkə də sizə sadəcə özünün edə bilmədiklərini deyir” – Sheldon Cahoon

“Əgər doğru istiqamətə baxırsınızsa, etməli olduğunuz tək şey yeriməyə davam etməkdir” – Jack Konrfield

“Ətrafınızda xəyalpərəstlər, inananlar və düşünənlər olmalıdır. Ancaq hamısından vacibi ətrafınızı içinizdəki müqəddəsliyi görənlərlə doldurmağınızdır” – Edmund Lee

“Yeni şeylər sınayarkən özünüzü qəribə və narahat hiss etdiyiniz zaman böyüyə bilərsiniz” – Brian Tracy

“Həyat sürətlə keçir. Dadını çıxarın. İnsanlar yanlış şeylərə görə çox məyus olur” – Joan Rivers

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa