Məşhurlar

Gürcüstanın yeni Prezidenti kimdir? – Salome Zurabişvili

Salome Zurabişvili Gürcüstanın yeni Prezidenti seçilib.

Xanım S.Zurabişvili seçicilərin 59,52 faizinin (1,1 milyon seçici) səsini toplayıb. Digər namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs yığıb.

S.Zurabişvili 1952-ci ildə Parisdə gürcü siyasi mühacir ailəsində (1921-ci ildə Gürcüstanı tərk edib) anadan olub. O, Fransa Siyasi Elmlər İnstitutunu bitirdikdən sonra ABŞ-ın Kolumbiya Universitetində təhsil alıb, Rusiyanın tədqiq edilməsi üzrə ixtisaslaşıb.

1974-cü ildən Fransa Xarici İşlər Nazirliyində çalışıb. 2003-cü ilin sonunda Fransanın Gürcüstanda səfiri təyin edilib.

2004-cü ilin martında Mixeil Saakaşvili S.Zurabişvilini Gürcüstanın xarici işlər naziri təyin edib, lakin 2005-ci ilin oktyabrında M.Saakaşvilinin ünvanına tənqidlər səsləndirdikdən sonra vəzifəsindən azad edilib. Bundan sonra S.Zurabişvili müxalifətə keçərək M.Saakaşvilinin istefası tələbi ilə keçirilən aksiyalarda iştirak edib.

2016-cı ildə Gürcüstan parlamentinin deputatı seçilib.

Cari ilin avqustunda müstəqil namizəd kimi prezident seçkilərinə qatılacağını bəyan edib. Sentyabrın əvvəlində isə “Gürcü arzusu” partiyası prezidentliyə namizəd irəli sürməyəcəyini və S.Zurabişvilini dəstəkləyəcəyini bildirib.

© Trend

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa