Kitab

Günel Abduraxmanova: “Xəzinəsi kitab olanın, mirası söz olar”

“Özünü tapmaq istəyən hər bir insan mütləq mütailə ilə məşğul olmalıdır” – müsahibimiz Günel Abduraxmanova belə düşünür:

“Böyük bir kitabxananın yanması, bir ananın ölümü kimidir”. Bu sitatdakı müqayisədən də aydın olur ki, kitab həyat və insan üçün nə deməkdir. Müsahibimiz mütailəyə kiçik yaşlarımdan klassiklərin əsərləri ilə başladığını söyləyir. Yaşa dolduqca isə fəlsəfi mövzulu kitablar daha çox diqqətini cəlb etməyə başlayıb.

1Lady.az portalının “Kitab ən yaxın dostumuzdur” rubrikasının budəfəki qonağı isə “Bank of Bakunun” Rəqəmsal marketinq bölməsinin rəhbəri Günel Abduraxmanovadır.  

O bildirir ki, ilk oxuduğu kitab isə Viktor Hüqonun “Səfillər”i olub: Belə bir cümlə eşitmişdim, “Səfilləri ömrün 3 çağında oxumaq lazımdır: uşaqlıq, gənclik və yaşlılıq. Mənə oxumağı sevdirən də məhz elə Hüqo olub.  Sizlərlə oxumaqdan zövq aldığım və mənə mənəvi qazanc qazandıran kitabları və yazarları bölüşmək istərdim”

 Milçəklər tanrısı – William Golding

William Golding məhz bu əsəri ilə Nobel Mükafatı qazanmış bir yazardır. “Milçəklər Tanrısı” kimsəsiz bir adaya düşmüş bir qrup məktəbli uşağın, dünyadan tamamilə təcrid olaraq yaşam, ölüm və hakimiyyət uğrunda mübarizələrindən danışır. Kəsilmiş donuz başına toplanmış milçəkləri tanrı hesab edən bu uşaqlar, vəhşi təbiət ilə üz-üzə gələndə öz dünyalarını yaratmağa çalışırlar. Oxuyarkən sizə əsəb, qorxu və ya həyəcan hissi bəxş etsə də, sonluqda əsərin mahiyyətini anladıqdan sonra, insan cəmiyyəti haqqında tam formalaşmış fikrə sahib olacaqsınız.

Image result for Lord of the Flies

 Franz Kafka – Çevrilmə

Əslində oxunulan kitabın nə qalınlığı, nə də çoxluğu bizi daha dünyagörüşlü etməz. Məsələ, kitabdan düzgün nəticəni çıxartmaq və onu anlamaqdadır. Franz Kafkanın məhz “Çevrilmə” əsəri də bu dediklərimə düşünürəm ən doğru misaldır. Ən incə kitabların, ən qalınıdır – ifadəsi bu kitab üçün deyilə biləcək ən doğru sözdür.

Bir səhər yuxudan böcək kimi ayıldığınızı düşünün. Ailənizon sizinlə necə davranmasını istərdiniz?

Hekayə də məhz yuxudan böcək kimi ayılan Gregor Samsa və onun son nəfəsinədək yaşadığı anları dilə gətirir. Əsərin əvvəlindən sonunadək onunla bir otaqda olduğunuzu hiss edəcəksiniz. Kafka bu əsərdə əslində cəmiyyət tərəfindən bizə yüklənmiş öhdəlikləri həyata keçirdiyimiz müddətcə ətrafdakılar üçün daha dəyərli olduğumuzu bir daha göstərir. 

Image result for The transformation Franz Kafka

Paulo Coelho

Düşünürəm, bir yazarın sadəcə bir kitabını oxumaqla nə kitab haqqında, nə də yazar haqqında fikir yürütmək düzgün deyil. Odur ki, Coelho qələmindən çıxan bir çox kitabı oxuyan biri olaraq əminliklə deyə bilərəm ki, Coelho öyrətməyi, düşündürməyi, həyata yanaşma tərzini formalaşdırmağı və insanı mənəvi səyahətə aparmağı bacaran bir yazardır. Bəzən əsərlərinin dilinin bəsit, bəzən isə qəliz kimi dəyərləndirildiyi Coelho, “Kimyagər” əsəri ilə insanın axtardığı möcüzənin uzaqda deyil də, məhz ürəyində, beynində olduğuna inandırır, “Veronika ölməyə qərar verir” ilə intihar və son nəfəsə qədər yaşama istəyi arasında olan bağlılığı, ekzistensializmi, nifrəti, sevginin gücünü təsvir edir, “Maktub” əsəri ilə sizi hekayədən hekayəyə sürükləyir. Ümumiyyətlə, Paulo Coelhonun kitablarını yavaş-yavaş oxumaq lazımdır, çünki hər cümləsində bir sirr və bir məna var. O sətiraltı mənaları anlamadan kitablarını oxumağın da bir mənası qalmır.

Image result for paulo coelho

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa