Motivasiya

Gerçəkdən güclü xanımların 9 ortaq xüsusiyyəti

Hamımız onlarla rastlaşmışıq, addım atdıqları hər yerə işıq saçan, güclü xanımlar. Daxil olduqları hər məkanı öz enerjisi ilə isidən, öz dəsti xətti ilə seçilən, parlaq xaraketerli, güclü olduqları qədər də zərif xanımlar.

Zahiri görünüş və fiziki gözəlliyin önəmi danılmaz olsa da, arzuolunan və güclü xarakterə sahib qadınları birləşdirən bir neçə ortaq cəhət də vardır.

Budur, güclü qadınların 9 ortaq xüsusiyyəti:

Güclü xanımlar təbəssümün gücünə inanır

Maraqlıdır ki, müstəqil və güclü qadınlar həyatı çox da ciddiyə almır, onlar gülüşün gücünə inanır və incimək əvəzinə  hər bir çətinlikdə pozitiv nəsə axtarır.

Onlar diqqət cəlb etməyə çalışmır, amma diqqət mərkəzində olur

Bəli, onlar hər zaman, olduqları hər yerdə insanların diqqətini özünə cəlb edir, əslində isə buna xüsusi can atmırlar. Əminliklə demək olar ki, onlar heç zaman diqqət dilənmir və əhəmiyyətsiz komplimentlərə zaman xərcləmirlər.

Həyatlarına görə özləri məsuliyyət daşıyır

Kimdənsə asılı olmağı sevmir, həyatları haqqında vacib qərarları özləri verir. Həmçinin öz səhvlərini etiraf etməyi bacarır, inkişaf etmək və qabağa getmək üçün ən müxtəlif situasiyalara uyğunlaşa bilirlər.

Həm emosional, həm də intellektual zəkaya sahibdirlər

Zəkanın imkanlarını genişləndirmək üçün sadəcə kitab oxumaq yetərli deyil və güclü xanım bundan agahdir. Onun həyata dair yaxşı cilalanmış bir yanaşması var, o, hər zaman sizi öz intellekti və emosiyaları idarəetmə bacarığı ilə heyrətləndirməyə qadirdir.

Nə istədiklərini yaxşı bilirlər

Güclü xanım öz ilham mənbəyini tapmış və onu inkişaf etdirmək üzərində əzmlə çalışır, bu onun sənəti, karyerası, hobbisi və ya inandığı digər bir şey ola bilər. Bu xanımlar öz “passion”larının arxasınca getməyi bacarır.

Qeyri adi dərəcədə ünsiyyət bacarıqlarına sahibdirlər

Güclü xanımların unikal ünsiyyət bacarıqları vardır. Onlar ilə söhbət emtək hər zaman insanlara zövq verər, bu söhbətlər məzmunlu, tutarlı və maraqıdır. Onlar həm də çox yaxşı dinləyicidirlər və konflikt həll etmə qabiliyyətinə sahibdirlər.

Onlar özünə-inam mücəssiməsidir

Dərin özünə-inam hissi bəlkə də güclü xanımların bir nömrəli xüsusiyyətləridir. Heç nə özünə-inam qədər bir xanımı daha cəlbedici göstərə bilməz, əsas odur ki, eqonun əsiri olmayasan.

Mənəvi cəhətdən güclüdürlər

Keçmişin hamar və ya kələkötür keçməsinə baxmayaraq, güclü xanımlar keçmişdə yaşananları bir təcrübə olaraq qəbul edib, ondan dərs almağı bacarırlar. Bu, isə onları indiki zamanda daha güclü birinə çevirir. Keçmişi dayanmadan vərəqləməkdənsə, onlar yaşadıqları andan zövq almağı bacarır.

Empatiya qurmağı bilirlər

Heç sübhəsiz ki, empatiya ən çox arzulanan xarekterik xüsusiyyətlərdən biridir. Yuxarıda sadalanan xüsusiyyətlərə baxsaq, empatiya hissinin güclü xanımlarda da üstün olması çox təbii görünür. Baxmayaraq ki, onlar çox zaman məsafələri qorumağa çalışır, gərək olduğunda ilk köməyi, məsləhəti və ya ağlaya biləcəyiniz çiyini sizə təqdim etməyə hazırdırlar.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa