Kitab

Bu fevral oxumağı tövsiyə etdiyimiz 4 kitab

Ənənəmizə sadiq qalaraq sizə Fevral ayında sevərək oxuya biləcəyiniz kitab tövsiyələrini hazırladıq. Bu fevral nisbətən uzun keçəcək – 29 gün. Gərək bu sizi heç də qorxutmasın. Planlarınızı yerinə yetirmək üçün taledən bir gün qazanmış olduğunuzu düşünün.

14 Fevralı isə sevdiyiniz insana həsr edin. Bu fevralda ona Lui de Bernyer “Kapitan Korellinin mandolinası” kitabını hədiyyə edə bilərsiniz. Seçdiyimiz bütün kitabları Libraff mağazalarında Bolkartla faizsiz, hissə-hissə ödəniş imkanı və əlavə ballar qazanaraq əldə edə bilərsiniz. 

Siyahımızda sevgi, detektiv, klassik və uşaq tərbiyəsi janrlarında kitablar yer alıb.

Psixiatr

Vulf Dorn

“Söz ver ki, o məni aparmağa gələndə məni qoruyacaqsan!” Amansız zorakılığa məruz qalmış xəstə bir qadının problemi psixiatr Ellen Rothun kabusuna çevrilir. Qadın iddia edir ki, onu “Qara adam” təqib edir. Bundan az sonra isə “adsız” qadın müəmmalı şəkildə, izsiz-soraqsız yoxa çıxır. Araşdırmalara başlayan Ellenin özü də çox keçməmiş bu naməlum adamın hədəfinə çevrilir.

O özünün və xəstəsinin həyatı naminə dəhşətli təqiblərə məruz qalır. Ellen üçün ümidsiz bir mübarizə anı başlayır, bu zaman o, heç kimə etibar edə bilmir. Onun haqqında hər şeyi bilən bu “Qara adam” kimdir? “Adsız” qadının ətrafını saran bu dəhşətli sirr nə ola bilər? Psixiatr qorxu, zorakılıq və paranoya labirintində getdikcə daha çox azıb qalır. Hədə-qorxuların isə arası kəsilmir… Vulf Dorn özünün bu debüt romanı ilə oxucuları insan psixikasının dərinliklərinə çəkən psixotriller yaradıb.

Vulf Dorn – Psixiatr – 8.50 AZN (Detektiv)

Kapitan Korellinin mandolinası

Lui de Bernyer

…1941-ci il. Gənc italyan zabiti, kapitan Antonio Korelli işğalçı qüvvələrin tərkibində Kefaloniya adasına göndərilir. Yerli əhali onu əvvəlcə qəbul etmir, amma Korelli qısa vaxt ərzində sübut edir ki, o, mədəni, zarafatcıl, vicdanlı bir musiqiçidir, əsas məqsədi də müharibə yox, sülhdür.
Yerli həkimin gənc qızının öz nişanlısına, gizli partizan dəstəsinin üzvünə yazdığı məktublar cavabsız qalanda onun ürəyində işğalçı ordunun zabitinə qarşı sevgi hissləri cücərir.
Bəs görəsən, işğalçıya olan bu kövrək məhəbbət işğalçı ilə müdafiəçi arasındakı məsafənin get-gedə daraldığı, vəhşilik və qəddarlığın tüğyan etdiyi bir vaxtda dəhşətli müharibənin od-alovundan sağ-salamat çıxa biləcəkmi?

Lui de Bernyer – Kapitan Korellinin mandolinası – 10 AZN (Sevgi)

Anacan, mən böyüyürəm

Hatice Kübra Tonqar

Əziz anam!
Məni bapbalaca bir bələkdə evə gətirdiyin günü xatırlayırsanmı? Mənə aldığın paltarlar əynimə hələ çox böyük idi. Bəlkə də balaca bədənimə baxıb necə böyüyəcəyimi fikirləşirdin. Hətta bəlkə də bir az qorxmuşdun. Amma o gündən aylar keçib və mənim bir yaşım tamam olub.
İndi səninlə birlikdə ikimiz üçün də yeni olan bir dövrə qədəm basırıq. Artıq mən çağalıqdan uşaqlıq mərhələsinə doğru sürətlə gedən balaca bir “tədqiqatçı”yam…
Əlbəttə ki, mənimlə birlikdə sənin həyəcanın, narahatlığın və problemlərin də böyüyür. Xoşbəxt və qayğısız yaşamağım üçün hər şeyin qaydasında olmasını istəyirsən.
Narahat olma, anacan, bu məsələdə ən böyük köməkçin yenə də elə mən özüm olacam. Mənə qulluq etməkdən tutmuş qidalanmağıma, oyunlarımdan ta fiziki inkişafıma qədər bir çox məsələlər barədə xeyli məlumatın olmalıdır. Onların hamısını sənə elə mən özüm verəcəyəm. Bu kitabda sənin ehtiyac duyduğun bütün məlumatlar var.

Hatice Kübra Tonqar – Anacan, mən böyüyürəm – 16.80 AZN (Uşaq tərbiyəsi)

Ququ yuvası üzərindən uçuş

Ken Kizi

Ken Kizi “Ququ yuvası üzərindən uçuş” əsəri ilə Amerika ədəbiyyatının misilsiz nümunəsini yaradıb. Həm komik, həm də tragik çalarlarla zəngin olan roman sağlam məntiqlə psixi pozğunluğun sərhədlərini araşdırır.
Yazıçı Oreqondakı psixiatriya xəstəxanalarından birinin həyatsevər, asi pasiyenti Rəndl Patrik Makmörfi ilə amiranə baş tibb bacısı Rətçed arasında açıq toqquşmanı özünəməxsus, qeyri-adi təhkiyə ilə nəql edir. Makmörfinin baş tibb bacısı və onun qoruduğu qaydalarla mübarizəsi qısa zaman ərzində yüngül atışmadan ağır fəsadlara gətirib çıxaran amansız hakimiyyət çəkişməsinə çevrilir. Roman xəstəxanada hamının lal-kar bildiyi “Başçı” ləqəbli Bromdenin dilindən nəql olunur. Hindu əsilli Başçı bütün pasiyentləri həbsxana rejimində saxlayan inzibati sistemə qarşı çıxan Makmörfinin qəhrəmanlığını görür və anlayır. Ken Kizinin 1962-ci ildə nəşr edilmiş bu dağıdıcı romanı müasir ədəbiyyatımızda silinməz izlər buraxıb.

Ken Kizi – Ququ yuvası üzərindən uçuş – 13 AZN (Klassik)

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa