Motivasiya

Feminist yazarlardan qadın olmaq haqqında 13 sarsıdıcı sitat

Feminizm, qadınların və kişilərin bərabər hüquqa, ekonomik və sosial haqqlara sahib olmasının vacibliyini müdafiə edir. Həmçinin də, gender bərabərliyinə əsaslanaraq qadınların və kişilərin məruz qaldığı bir çox ayrıseçkiliyə qarşı bir düşüncə tərzidir. Feminizmlə bağlı qadın yazıçıların sitatlarından bəzilərini sizə təqdim etmək istəyirəm.

1) “İstəyirsiniz kitabxanaları belə kilidləyin amma mənim fikir azadlığıma vura biləcəyiniz nə bir kilid var, nə də bağlayacağınız bir qapı.” – Virginia Woolf

2) “Tarixdə bizi öz uydurduğunuz yalanlarınızla qaralaya bilərsiniz. Hətta hər cür böhtan da ata bilərsiniz, lakin biz yenə də toz kimi yüksəlirik.” – Maya Angelou

3) “Mən nə istədiyimi bilirəm. Bir məqsədim var, bir düşüncəm var. İmkan verin özüm olum və o zaman razı qalacağam. Çünki mən bir qadınam, güclü ve çox cesarətli bir qadın.” – Anne Frank

4) “Qadınlardan yalnız bir xanım olaraq bəhs etməyinizdən, onların əslində rasional varlıqlar olduğunu dərk etməməyinizdən nifrət edirəm. Heç birimiz hayatımız boyu sakit sularda üzmək istəmərik.” – Jane Austen

5) “Yanlış düşünsəniz də olar, əsas olan öz düşüncənizin olmasıdır.” – Doris Lessing

Feminist yazarlardan qadın olmaq haqqında 13 sarsıdıcı sitat

Feminist yazarlardan qadın olmaq haqqında 13 sarsıdıcı sitat

Feminist yazarlardan qadın olmaq haqqında 13 sarsıdıcı sitat

6) “Ağıllı ve cəsur demədən öncə gözəl dediyim hər qadından üzr diləmək istəyirəm. Bundan sonra onlara sadəcə ‘möhtəşəm’ və ya ‘güclü’ deyəcəyəm. Gözəl olmadığınızı fikirləşdiyim üçün deyil, bundan daha da üstün olduğunuz üçün.” – Rupi Kaur

7) “Qadının qanadları kəsilir ve ardından necə uçacağını bilmədiyi üçün günahkar hesab edilir.” – Simeone de Beauvoir

8) “Mən feminizmin nə olduğunu tam mənası ilə heç vaxt başa düşmədim. Tək bildiyim budur ki, məni bir əşyadan fərqləndirəcək şəkildə fikirlərimi ifadə etdiyim zaman, insanlar mənə feminist deyir.” – Rebecca West

9) “Yüksələn qadınlar … Güclü bir zəkaya, güclü bir ürəyə, güclü bir ruha və vücuda sahiblənməlidir. Güc və gözəllik birlikdə olmalıdır.” – Lousia May Alcott

10) “Qadınlar qorxaqdır, çünki onlar uzun müddət kölə həyatı yaşayıblar. Sevdiyi insanla birlikdə olarkən düşüncələrini, duyğularını paylaşan qadınların sayı hələ də çox azdır.” – Doris Lessing

11) “Bir qadın, xüsusən də bir şeyləri bilmək bəxtsizliyinə düçardırsa,bildiyini bacardığı qədər gizlətməlidir.” – Jane Austen

12) “Bir çox hallarda cinsi rol, ev işi, uşağa baxmaq kimi öhdəliklər qadına yükləndiyi halda, insani etiyacların qalan hissəsi – diqqət və qayğı istəyi, irəliləmə və yüksəliş əzmi məhz kişilərə həvalə edilir”- Kate Millett

13) “İnsan qadın olaraq dünyaya gəlməz, zamanla qadın olur.” – Simone de Beauvoir

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa