Həyat tərzi

Evinizə bolluq və bərəkət gətirəcək 6 üsul

Bir çoxları Fenq Şui sənətinin insanların həyatına uğur, xoşbəxtlik, şans, enerji bəxş etdiyinə inanır.

Əgər siz də Fenq Şuinin enerjisinə inananlar sırasındasınızsa, 6 tövsiyəyə əməl etməklə evinizə bolluq və bərəkət gətirə bilərsiniz:

Fenq Shui əşyaları – Şəkillər, çərçivələr, duyğu və düşüncələri ifadə etməyin ən gözəl yollarından biridir. Evinizdə mövcud olan çərçivələri gözdən keçirin v özünüzü yaxşı hiss etdirməyən tabloları evinizdən çıxarın. Müsbət enerji üçün şəkil seçərkən ağac kimi canlılığı təmsil edən görüntülərə yer verməyiniz tövsiyə edilir.

Aynalar – Bu, fəlsəfənin vacib ünsürlərindən biridir. Məsələn, yataq otağınıza bir ayna qoymağınız tövsiyə edilmir. Lakin yemək masasının divarında qızılı detallı bir aynanın mövcudluğu bolluq və bərəkət enerjisini evinizə daşımaqda köməklik edə bilər.

Sadəlik – Bu fəlsəfədə sadəlik və təmizlik olduqca vacibdir. Üst-üstə əşyaların toplandığı, rəflərin gərəksiz doldurulduğu, rahat şəkildə dolaşa bilmədiyiniz evdə müsbət enerjinin də olması mümkün deyil. Evinizi bu fəlsəfəyə uyğunlaşdırmaq istəyirsinizsə, ilk olaraq sevmədiyiniz əşyaları dəqiqləşdirib onlardan xilas olmağı seçməlisiniz.

Rənglər – digər mühüm nüanslardan biri də rəng seçimidir. Dekorasiyanızda qızılı və ya bənövşəyi rəngin tonlarına üstünlük verin. Bu, sizə bolluq və bərəkət qapılarının açılmasında kömək olacaq. Güldan, şamdan, güzgü kimi dekorativ əşyalarda qızılı rəngə üstünlük verməyiniz tövsiyə edilir. Yumşaq əşyalar və şəkil çərçivələrində isə bənövşəyi rəngi seçsəniz, peşman olmazsınız.

Canlı bitkilər – Fenq Şui fəlsəfəsinə görə, canlı bitkilər bolluq və bərəkətin evinizə gəlməsinə kömək edə bilər. Bərəkət bitkisi və ya pul ağacı olaraq da tanınan crassula bitkisini seçə bilərsiniz. Həmçinin oval formalı yarpağı, qırmızı çiçəkləri olan fərqli bitkilərə də yer verə bilərsiniz.

Su – Fenq Şui fəlsəfəsində suyun rolu çox mühümdür. Suyun məhz sağlamlığı yaxşılaşdırdığı, enerjini artırdığı bildirilir. Bunun üçün evinizdə kiçik və dekorativ su hovuzu seçə və ya su dolu kasanı evinizin küncünə yerləşdirə bilərsiniz. Ancaq su hovuzunun yataq otağına qoyulması tövsiyə edilmir.

 

 

 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa