Gözəllik

Azərbaycanın ən məşhur 10 fotoqrafı və onların “Love Story” qiymətləri

Günümüzdə gənclərin sevgi hekayələri “Love Story” çəkilişləri ilə əbədiləşdirilir. Bu ənənə artıq müasir toylarımızın ayrılmaz hissəsinə çevrilib.

Ailə qurmağa hazırlaşan cütlüklər toy günündən əvvəl sevgilərini əhatə edən və məhz onlar haqda danışan fotosessiyalar və videoroliklərin hazırlanması üçün fotoqraflara üz tutur. Bu çəkilişlər toyun müəyyən hissəsində nümayiş olunur və maraqla qarşılanır.

Sevgi hekayəsinin ekrana daşınan hissəsinin nə qədər gözəl və maraqlı olması isə gənclərin səmimi hisləri qədər fotoqrafların peşəkarlığından da asılıdır. Xüsusən də baxışlar, kompozisiya və rənglərin harmoniyası mükəmməl olmalıdır. Bəs Azərbaycanda bu işin peşəkarları kimlərdir və “Love Story” qiymətləri nə qədərdir?

Trendi nəzərə alaraq, Azərbaycanın ən yaxşı 10 fotoqrafı və onların “Love Story” qiymətlərini araşdırdıq. Birgə nəzər salaq 🙂

Saməddin

“Love Story” foto çəkilişləri 1 məkan üzrə (şəkil sayı limitsiz) 300 AZN, qısa metrajli video üzrə isə 800 AZN təşkil edir.

View this post on Instagram

Love Story Vusal❤️Tahire #love #loveis #photographer #retro #sameddinceferli

A post shared by Sameddin Ceferli (@sameddin_photographer) on

Zeynal Məmmədli

“Love Story” foto çəkiliş qiyməti 500 AZN-dən başlayır. Foto və video çəkiliş birlikdə isə 1000 AZN təşkil edir. Gün ərzində Bakı daxilində 2-3 məkanda çəkiliş olunur və 1500-2000 foto çəkilir. 60-70 işlənilmiş şəkil və 40 şəkildən ibarət hazırlanmış “Slide Show” sizə təqdim olunur. “Love Story” foto çəkilişi studioda olduqda isə qiymət 350 AZN təşkil edir. Çəkiliş 2 saatdan ibarətdir. Rayonlara getdikdə isə əlavə olaraq 100 AZN tələb olunacaq.

Həmidli Həmid

Həmidli Həmid tərəfindən “Love Story” çəkilişləri Bakı şəhərində aparıldıqda 600 AZN, rayonlarda aparıldıqda isə 1000 AZN təşkil edir.  Video isə məkan və gün sayına görə dəyişir və 800 AZN-dən başlayır.

Fuad İsmayılov

“Love Story” video kliplərinin qiyməti Bakı üzrə 1000 AZN, rayonlar üzrə 1500 AZN olaraq təyin olunub. Qeyd edək ki, Fuad İsmayılov yalnız video klip çəkilişlərini həyata keçirir.

Elçin Mustafayev

“Love story” fotoçəkilişləri 1 məkan üzrə 200 AZN, 2 məkan – 350 AZN, 3 məkan – 500 AZN dəyərindədir. Rayon çəkilişlərinin qiyməti isə 1 məkan üzrə 250 AZN, 2 məkan – 400 AZN, 3 məkan üzrə 550 AZN təşkil edir. Video çəkilişlərinin dəyəri 400 AZN-dir.

 

Zülfüqarov

“Love Story” foto çəkilişləri 2 fərqli məkanda (limitsiz sayda şəkil) aparılır və qiyməti 200 AZN təşkil edir. Bu zaman şəkillərdən ibarət “Slide Show” da yığılıb ayrıca disk şəklində verilir.

“Love Story” video çəkilişləri isə 2 və ya daha artıq məkanda aparılır və qiyməti 250 AZN-dir.  Foto və video çəkilişləri birgə olarsa qiymət 350 AZN olacaq. Rayonlarda çəkiliş zamanı video və foto birlikdə olduqda 400 AZN, tək foto 250 AZN, tək video isə 300 AZN təşkil edəcək.

View this post on Instagram

Axır ki, blokdan çıxdığıma göre o məhşur sualı verə bilərəm😀 . 1 yoxsa 2?🤔

A post shared by Photography & Videography (@zulfuqarovphoto) on

Orxan Rəhmanlı

“Love Story” fotoçəkilişləri bir gün üzrə 3 və ya 4 məkanda aparılır və qiyməti 400 AZN-dir. Şəhər və rayon çəkilişləri isə 2 gün davam edir və 700 AZN məbləğində ödəniş tələb olunur. “Love Story” video çəkilişlərinin şəhərdaxili qiyməti 500 AZN, şəhədaxili və şəhərkənarı qiyməti isə 700 AZN təşkil edir. Dron ilə çəkiliş isə 200 AZN-dir.

İlkin

3 fərqli məkanda fərqli tərzlərdə aparılan “Love Story” çəkilişlərinin qiyməti 450 AZN (1 məkan üzrə 150 AZN) təşkil edir. Rayonlarda aparılan çəkiliş qiyməti isə 300 AZN-dir. “Love Story” video çəkilişləri Bakı şəhərində 300 AZN, rayonlarda isə 1 məkan üzrə 250 AZN-dir.

Niko Abbasov

“Love Story” foto çəkilişlərinin qiyməti 400 AZN olaraq təyin olunub.

View this post on Instagram

📷 Niko Abbasov From @leiilammm Turgay & Leyla Love from Istanbul 1 ya 2 ?))) mohteshemsiz ushaglar @leiilammm

A post shared by Photographer (@nikoabbasov) on

Kamran Kərimov

“Love Story” foto çəkilişləri 1 məkan üzrə 200 AZN təşkil edir. 3 məkan üzrə foto və video çəkilişlərinin qiyməti isə ümumən 1000 AZN, dronla 1 məkan üzrə çəkiliş isə 500 AZN-dir/

View this post on Instagram

[email protected]❤️❤️❤️#nikond850 #nikond4 #wedding #weddingphotography #kamrankerimovphotography #love #loveme #lovestory

A post shared by Kamran Kerimov (@kamran_kerimov_photography) on

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa