Məşhurlar

Ən çox qazanan qadın müğənnilər: 2019 Forbes

Amerikanın Forbes jurnalı hər il olduğu kimi növbəti dəfə musiqi sənayesinin ən çox qazanan qadın müğənnilərinin reytinqini tərtib edib. Siyahıya il ərzində $185 milyon dollar qazanan Taylor Swift başçılıq edir.

Swift həm də şou-biznesin müxtəlif istiqamətləri arasında ən çox qazanan artist seçilib. Gəlirlərinin böyük qismi isə “Reputation Stadium Tour” adlı turne sayəsində formalaşıb, ABŞ-da keçirilən konsertlərin bilet satışından daxilolmalar $266 milyon dollar olub. Müğənni Universalın nəzdində olan Republic Records ilə yeni doqquz rəqəmli məbləğdə müqavilə də imzalayıb. Onun yeni Lover adlı albomu da sadəcə ötən ay işıq üzü görüb və müğənninin gəlirlərini artıracağını gözləmək olar. 

Swift artıq neçənci dəfədir ki, musiqi sektorunun digər ən yüksən qazanan ismi olan Beyonceni qabaqlamağa müvəffəq olur. Cari ildə sözügedən müğənninin gəlirləri $81 milyon dollar olub və bu məbləğin əsas hissəsi əri Jay-Z ilə birlikdə keçirtdiyi On The Run II konserti, Homecoming albomu və Netflixdəki filmi sayəsində formalaşıb.

Ən çox qazanan müğənnilərin ilk üçlüyünü isə illik $62 milyon dollarlıq gəlirlə Rihanna tamamlayır.

Bu slaydşou üçün JavaScript lazımdır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa