Şəxsi İnkişaf

Emosional Zəka nədir və necə inkişaf etdirmək olar?

Zəka deyildəndə ilk olaraq ağla IQ gəlir. Bəs Emosional Zəka nədir və necə inkişaf etdirmək olar?

EQ, ingilis dilində “Emotional Quotient” sözlərinin baş hərfləridir və tərcümədə “emosional zəka” deməkdir. EQ anlayışından ilk bəhs edən Con Mayer və Peter Salovey olmuşdur ki, onlar da bu anlayışa belə açıqlama verirlər:

İnsanın həm özünün, həm də başqalarının hisslərini müşahidə etmək, hisslərdəki fərqliliyi ayırd edə bilmək, bununla da düşüncə və davranışları istiqamətləndirə bilmək bacarığına sahib olmaqdır. 

Emosional zəka modern psixologiyada əhəmiyyətli yerə malikdir. Bir çox alimlərə görə isə xoşbəxtliyin açarıdır. Çünki insan hisslərinə nə qədər hakimdirsə, o qədər xoşbəxtdir. Bax elə burada da şüur anlayışı ortaya çıxır. İnsan özünü tanıyaraq, hisslərinə hakim olaraq yaşamalıdır. Hirsli anında əsəbini sakitləşdirməyi bacarmalıdır. Çünki sirkə nə qədər tünd olsa, öz qabını çatladar. EQ-u yüksək olan insanlar bunu edə bilirlər. 

Necə inkişaf etdirməli

EQ-u necə inkişaf etdirmək lazımdır sualına cavab vermək lazımdırsa, aşağıdakılara diqqət yetirin.

  • Özünüzü tanıyın. 
  • Hisslərinizi ifadə edərkən bir neçə söz əlavə olaraq istifadə edin. Məsələn, “kefsizəm” demək əvəzinə “kefim yoxdur, çünki neqativ hadisələrin baş vrdiyi bir perioddan keçirəm” deyin. Emosional leksikonunuzu inkişaf etdirmək əhəmiyyətli dərəcədə sizə yardım edəcək.
  • Sosial bacarıqlarınızı inkişaf etdirin
  • Sizi xoşbəxt edəcək şeylərlə məşğul olmaqdan çəkinməyin və mümkün qədər pozitiv düşünün.
  • Fərqinləyinizi inkişaf etdirəcək kitablar oxuyun
  • Və yenə də bəlkə də ən önəmlisi pozitiv düşünün. Hadisələri olduğu kimi qəbul edin və həll yollarını axtarmaqdan yorulmayın. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa