Məşhurlar

Elena Zelenskya – Ukraynanın yeni Birinci Xanımı kimdir? (foto)

Ukraynanın yeni Birinci Xanımı prezident seçkilərinin ikinci turundan sonra Elena Zelenskaya oldu – o qalib gəlmiş namizəd Vladimir Zelenskinin həyat yoldaşıdır. Onlar hələ tələbə ikən, Krivoy Roq rayonunda yaşadıqları zaman tanış olublar.   

Bəs biz xanım Zelenskaya haqqında nələri bilirik?

Əslində isə çox az – o, hər zaman, hətta ərinin populyar yumor ustası və şoumen olduğu vaxtlarda belə ərinin kölgəsində nəzərlərdən gizli qalmağa müəssər olub. Buna rəğmən mətbuat onun haqqında bəzi şeyləri öyrənə bilib.

Qızlıq soyadı Kiyaşko olan Elena Zelenskaya, 1978-ci il, 16 fevralda Krivoy Roqda dünaya gəlib. Gələcək həyat yoldaşı ilə eyni məktəbdə, lakin paralel siniflərdə oxuyublar. Həmin müddətdə onlar hələ tanış deyildi. Tanışlıq isə xeyli gec, tələbəlik illərində alınıb. Həmin vaxt Vladimr Krivorojskidə yerləşən Milli İqtisadiyyat İnstitutunun hüquq fakültəsinin, Yelena isə Texniki Universitetin inşaat fakültəsinin 1-ci kursunda təhsil alırdılar.

Cütlüyün münasibətləri tədricən inkişaf edib. Toya qədər cütlük 8 il görüşüblər. 2003-cü ildə isə onların toyu olub. İlk övladları qız-Aleksandra 2008-ci ildə, oğulları Kiril isə 2013-də dünyaya gəlib.

Hazırda hər ikisinin 41 yaşı var və Elena Ukraynanın indiyə qədərki ən gənc birinci xanımıdır.

Elena Zelenskaya kimdir?

Xanım Zelenskaya inşaat sahəsindəki təhsilinə rəğmən, heç zaman öz ixtisası üzrə işləməyib, o “Kvartal 95” studiyası üçün mətnlər yazır. Gənc ikən o, tez-tez Zelenskini çıxışlar və məşqlər zaman müşayiət edərdi, daha sonra isə o, kollektivə nömrələrin hazırlanmasında kömək edirdi, bir müddətdən sonra isə o müəllifə çevrilir.

Vladimir Zelenskinin 2017-ci il bəyannaməsinə əsasən, Elenanın iki mənzili vardır, onlardan biri işğal olunmuş Krım ərazisində Livadiyada yerləşir, ölçüsü 129,8 kv metrdir, digəri isə Kievdə 284 kv metr. Bununla yanaşı Elena “Studiya Kvartal – 95” ASC-nin, “Zelari Fiş” ASC-nin, Aldorante Limited (Kipr), Film Heritage inc (Beliz) və  San Tommaso (İtaliya) şirkətlərinin yekun benefisiarı hesab olunur.

Yenə də eyni bəyənnaməyə əsasən söyləmək olar ki, xanım Zelenskayanın gəlirləri 2017-ci ildə 20 min qriven təşkil edib. Xanım,  Mercedes-Benz S 500 2014-cü il buraxılışı olan avtomobil idarə edir.

Elenanın etirafına əsasən, ərinin prezidentlik ideyasına ilk başda çox mənfi yanaşıb.  

“Mən açıq və aqressiv şəkildə bu proyektə qarşı idim. Çünki bu çox ağır proyektdir, hətta proyektdə, hıyat istiqamətini dəyişməkdir. Amma görünür məni qorumağa çalışıblar. Ən erkən planlar, yaxınlar, doğmalar və tərəfdaşlarla müzakirələr zamanı, deməzdim ki məndən gizli saxlanılıb, sadəcə məni gərəksiz narahatlıq keçirməyim deyə əlavə infərmasiyalar almaqdan qoruyublar” –  ICTV müsahibəsində Elena bildirib.

Lakin onun sözlərinə əsasən, zelenski çox məqsədyönlü insandır və onun qərarına qarşı dayanmaq qeyri mümkündür. Buna görə də xanım Zelenskya nəinki bu seçimlə barışıb, hətta ərinə bacardığı qədər dəstək olmağa çalışır. O, seçki qabağı kampaniyada iştirak etməsə də, onu tez-tez həyat yoldaşının görmək mümkün olub.

Vladimr və Elena artıq 21 ildir ki, evlidirlər və bu günə qədər bir-birini sevən cütlük təsiri bağışlamaqda davam edirlər.

Bu slaydşou üçün JavaScript lazımdır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa