Həyat tərzi

Həyata fərqli baxış: Ekzistensializmin 5 prinsipi

Keçmiş dönəmlərdə bir çox cərəyanlar yaranıb. Onların bəziləri öz aktuallığını itirsə də,  ekzistensializm tarix boyu öz aktuallığını qoruyub saxlamışdır.

Jean-Paul Sartre tərəfindən ortaya atılan ‘Var olma məqsədimiz nədir?’ sualı ilə bu cərəyanın təməlini qoymuşdur. Soren Kierkegaard öz düşüncələrini ekzistensializm, Friedrich Nietzche isə nihilizm yönündə bildirmişdir.

Bəşəriyyətin keçmiş zamanlardan bəri cavabını axtardığı bu sual barədə hər kəsin düşüncəsi fərqlidir. Ancaq bu cərəyanın prinsiplərindən yararlanaraq həyatımıza daha fərqli bir pəncərədən baxmaq yenə də bizim öz əlimizdədir.

1) İstədiyinizi etməkdə azadsınız

Ekzistensializmin təməli insan azadlığına söykənir  İnsan, öz azad iradəsi ilə hərəkət etməlidir ancaq bu o demək deyil ki, əxlaq normaları pozula bilər. Əksinə, bu cərəyanın mahiyyəti ondan ibarətdir ki, insanlar qaydalar çərçivəsində öz davranışlarının məsuliyyətini daşımalıdır. Bir nümunə ilə açıqlasaq; əgər bütün məsuliyyəti üzərinizə götürürsünüzsə, toya çimərlik geyimi ilə ya da yasa çox parlaq bir geyim ilə gedə bilərsiniz. Önəmli olan davranışlarınızın məsuliyyətini daşımağınızdır.

2) Məna axtarmağa çalımayın, siz məna yaradın

Ekzistensializmə görə həyatın gözəl bir tərəfi yoxdur. Bir çox insan bunu ‘Həyatın mənasız olduğu’ kimi başa düşsə də əslində isə belə deyil. Filosofların sözlərinə görə həyatın mənasını axtarmaq yerinə, öz həyat məqsədimizi özümüz müəyyən etməliyik. Özümüzü və başqalarını məmnun  etmək ve ilhamlandırmaq üçün bir çox şey yaradırıq; bunlar sənət əsəri, xeyriyyəçilik və s  ola bilər. Bununla da həm  özünüz, həm də başqaları üçün həyata məna qatmış olursunuz

3) Hər təcrübə əvəzsiz bir xəzinədir

Ekzistensializmin 5 prinsip

Ekzistensializmin 5 prinsipi

İki insan eyni şeyi etsə bele onlarda qoyduğu izler çox fərqlı olacaqdır. Nə etdiyinizdən asılı, olmayaraq sizinlə sizinlə eyni təcrübəni paylaşan insan olmayacaq. Buna görə də sizi heç kimin qınamağa haqqı yoxdur. Çünki heç kim sizin nə yaşadığınızı və ya nə hiss etdiyinizi bilmir. Eyni zamanda biz də heç kimi qınamamalıyıq. Çünki biz də onların keçmişini mə yaşadığını bilmirik.

4) Əxlaq normalarını özünüz müəyyənləşdirin


Daha əvvəl qeyd etdiyimiz kimi, məsuliyyətini öz üzərinizə götürdüyünüz hər şeyi etməkdə azadsınız. Hərəkətləriniz; əxlaq dəyərlərinizi ve xarakterinizi müəyyən edər ve bu da öz inkişafınızın yenə də sizin qərarlarınıza bağlı olduğu deməkdir. Doğru olduğuna inandığınız şeyleri etməli ve yanlış hesab etdiklərinizdən uzaq durmalısınız. Çünki davranışlarınız ve etdikləriniz, öz inandığınız şeylerden asılıdır.

5) Heç nə sizə mane ola bilməz

Görəcəyiniz işlər var ancaq sizə kiminsə mane olduğunu düşünürsünüzsə, bu sizin təxəyyülünüzün nəticəsidir. Ekzistensializmə görə edəcəyiniz tək şey etməli olduqlarınızdır. Çünki sizi günahlandıracaq heç kim yoxdur. Bu düşüncə zamanla qorxulu gələ bilər, çünki eyni zamanda uğursuzluqlarımızın da məsuliyyətini daşımalıyıq. Əgər uğurlarımızda və ya uğursuzluqlarımızda bizi günahlandıracaq bir mexanizm yoxdursa, özümüzə cavabdeh yenə də özümüzük.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa