Motivasiya

Dünyanın fərqli yerlərindən 15 maraqlı müdrik fikir

1. «Ən dəyərli həqiqət axtarışına illər sərf ediləndir» – fransız  aforizmi

Bu müdrik fikrin müəllifi fransız yazıçı və dramaturqu Jül Renat hesab olunur. O, demək istəyir ki, müdriklik insana illər və təcrübələrlə gəlir.

2. «Bilməmək ayıb deyil, soruşmamaq ayıbdır» – rus atalar sözü

Bu atalar sözü demək istəyir ki, biliksizlik sadəcə təhsil çatışmazlığı deyil, həm də könüllü şəkildə biliklərdən imtina ilə bağlıdır. Biz yeni şeylərə açıq olduğumuz müddətdə, öyrənməkdən heç zaman əl çəkməyəcəyik.

3. «Qəhvə və sevgi qaynar olanda yaxşıdır» – Efiopiya məsəli

Məgər düz deyil? Həm latte, həm də ehtiras alovlu olmalıdır. Efiopiya xalq məsəli də məhz bunu demək istəyir.

Person Holding White Ceramic Mug With Coffee

4. «Qələm qılıncdan itidir» – İngilis atalar sözü

Bu atalar sözü yazılı sözün və vədlərin qüvvəsindən bəhs edir. O, həm siyasəti, həm dünyanın özünü bütünlükdə dəyişə bilər. Həm də insanların beynində prinsipial yeni fikirlər yarada bilər.

5. «Yeddi dəfə yıxıl, amma səkkizincidə qalx» — yapon məsəli

Qədim şərq məsəli demək istəyir ki, inadkarlıq ən vacib insani keyfiyyətlərdən biridir. Çünki çox az insanda nəsə ilk dəfədən yaxşı alınır.

6. «Üzünü Günəşə tərəf çevir və kölgə arxada qalacaq» —  Yeni Zelandiya atalar sözü

Bu fikir pozitiv düşüncənin əhəmiyyətini əks etdirir. Əgər biz daha çox optimizm nümayiş etdirsək, qaranlıq və problemlər arxada qalacaq.

Woman in White Long Sleeve Shirt Standing Near White and Gray House during Daytime

7. «Meşə ilə gəzən, odun görməz» – ingilis məsəli

İstənilən bir işin uğuru bizim baxış bucağımızdan, həyatın bizə verdiyi imkanlara açıq olmağımızdan asılıdır. Məhz onda biz daxili resurslarımızı tam istifadə edə bilərik.

8. «Əgər ağacın yarpağı çoxdursa, bu, hələ o demək deyil ki, onun yaxşı yeməli meyvələri olacaq”. – Braziliya məsəlidir.

“Hər parıldayan qızıl deyil”, məsələnin başqa bir interpretasiyadır. Yəni hər yaxşı görünən bir şey, yaxşı olacaq mənasına gəlmir.

Selective Focus Photo of Leaves

9. «Sən toxumağa başla, Allah ip yetirəcək» – alman məsəli

Bu xalq məsəli bizi arzularımıza inanmağa və onları gerçəkləşdirmək üçün fəaliyyyətə keçməyə çağırır. Fəaliyyətə isə dərhal başlamaq lazımdır, yoxsa arzularınız heç zaman gerçəkləşməyəcək.

10. «Oxumaq istəyən, hər zaman mahnı tapar»  – isveç məsəli

Bu məsəl isə bizə demək istəyir ki, biz hər zaman həyatda nəyə fokuslanırıqsa, onu da əldə edirik. Yəni, niyyətin hara, mənzilin də ora.

11. «Təkcə yeriməyi deyil, yıxılmağı da öyrən” – meksikan məsəli

Bu məsəl həyatı hərtərəfli, olduğu kimi qəbul etməyi öyrədir, çünki həyat sadəcə ağ və qara zolaqlardan ibarət deyil. Hər bir uğur həm də əziyyət ilə müşahidə olunur və bunu onun tərkib hissəsi kimi qəbul etmək lazımdır.

12. «Əgər sən gəzməyi bacarırsansa, rəqs etməyi də bacara bilərsən. Əgər sən danışmağı bacarırsansa, deməli oxumağı da bacararsan» – Zimbabve məsəli

Woman And Man Dancing Under Light

Bu məsəl, öz gücünə və bacarıqlarına inanmaq və qeyri-mükəmməlikdən qorxmamaq haqqındadır. 

13. «Pendir, şərab və dostlar yaşlandıqca gözəldir» — Kuba məsəli

“Hər şeyin təzəsi, dostun köhnəsi” – məsəlinin başqa bir versiyasıdır, kubalılar pendirin və şərabın da köhnəsini sevirlər. 

14. «Hətta düşmənlə də müdriklik qazanmaq olar» —  yunan aforizmi

Bəzən xoşagəlməyən və çətin situasiya bizə dayanıqlılıq və səbr öyrədə bilər. Ona görə də hər bir problemi həyat dərsi kimi qavramaq lazımdır. 

15. «İş insanı tərifləyir» — irland məsəli

“İş insanın cövhəridir” – məsələnin bir başqa forması. Əgər siz bütün həvəsinizi və ruhunuzu işinizə həsr edirsinizsə, insanlar mütləq bunu görəcək və qiymətləndirəcək. İşiniz sizin haqqınızda daha çox şey deyəcək, nəinki hər hansı bir reklam. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa