Qalereya

Dünyanın ən nüfuzlu qadınları: Forbes 2019-cu il reytinqini açıqladı

“Forbes” jurnalı 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb.

100 qadının arasında ilk yeri Almaniyanın kansleri Angela Merkel tutub. Siyahıda ikinci və üçüncü yerləri Avropa Mərkəzi Bankının sədri Kristin Laqard və ABŞ Konqresinin Nümayəndələr palatasının sədri Nensi Pelosi tutub.

“TOP-10″da həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, “General Motors” şirkətinin rəhbəri Meri Barra, sahibkar, Bill Geytsin həyat yoldaşı Melinda, “Fidelity Investment” şirkətinin prezidenti, milyarder Ebigeyl Conson, ispaniyalı bankir Patrisiya Ana Botin, IBM-in baş direktoru Cinni Rometti və “Lockheed Martin” korporasiyasının rəhbəri Merilin Hyuson yer alıblar.

Qeyd olunur ki, A.Merkel ardıcıl doqquzuncu ildir reytinqə başçılıq edir.

1. Angela Merkel

Angela Merkel 10 sitat

Qeyd edək ki, ötən ilin noyabr ayında o bildirib ki, Xristian Demokrat Birliyi partiyasının liderliyi vəzifəsindən geri çəkilir, bununla da o, 2021-ci ildə kansler postu üçün namizəd olmayacaq.

Almaniyanın Federal Kansleri
Yaş:
 65

Yaşayış yeri: Berlin Almaniya
Ailə vəziyyəti:  evli

2. Kristin Laqard

2. Кристин Лагард

Avropa Mərkəzi Bankının prezidentliyinə namizəd olana qədər o, BVF-nin rəhəbri idi.

Avropa Mərkəzi Bankının sədri
Yaş: 63

Yaşayış yeri: Vaşinqton, Kolumbiya dairəsi
Ailə vəziyyəti:  evli deyil, iki övladı var.

3. Nensi Pelosi

3. Нэнси Пелоси

ABŞ Nümayəndələr Palatasının Spikeri
Yaş:
 79

Yaşayış yeri: San Fransisko, ABŞ, Kaliforniya
Ailə vəziyyəti:  evlidir, beş övladı var.

4. Ursula fon der Lyayen

4. Урсула фон дер Ляйен

Avropa Komissiyasının rəhbəri
Yaç:
61

Yaşayış yeri: Belçika
Ailə vəziyyəti:  evlidir, yeddi övladı var.

5. Meri Barra

5. Мэри Барра

“General Motors” şirkətinin rəhbəri
Yaş:
 57

Yaşayış yeri: Novi, ABŞ
Ailə vəziyyəti:  evlidir, iki övladı var.

6. Melinda Qeyts

6. Мелинда Гейтс

“Bill & Melinda Gates Foundation” fondunun həm sədri
Yaş:
 55

Yaşayış yeri: Medina, ABŞ
Ailə vəziyyəti:  evlidir, üç övladı var.

7. Ebigeyl Conson

7. Эбигейл Джонсон

“Fidelity Investment” şirkətinin prezidenti, milyarder
Yaş:
57

Yaşayış yeri: Milton, ABŞ
Ailə vəziyyəti:  evlidir, iki övladı var.
Xalis sərvəti, 12 dekabr, 2019-cu il tarixinə:  $15,6 milyard dollar

8. Ana Patrisia Botin

8. Ана Патрисия Ботин

“Santander” Maliyyə-kredit şirkətlər qrupunun idarə heyətinin sədri
Yaş:
59

Yaşayış yeri: Madrid,İspaniya
Ailə vəziyyəti:  evlidir, üç övladı var.

9. Cinni Rometti

9. Джинни Рометти

“İBM”in Baş Direktoru
Yaş:
62

Yaşayış yeri: ABŞ
Ailə vəziyyəti:  evlidir. 

10. Merilin Hyuson

10. Мэрилин Хьюсон

“Lockheed Martin”in Baş Direktoru
Yaş:
65

Yaşayış yeri: Potomak, ABŞ
Ailə vəziyyəti:  evlidir. 

Mənbə: Dünyanın ən güclü 100 qadını

Dünyanı idarə edən qadınlar: Ən güclü 23 qadın diplomat və lider

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa