Qalereya

Dünyanın ən xoşbəxt ölkələri

Finlandiya, nəinki öz qastronomik yaradıcılığı, il boyu Santa Klausun doğma yurdu olan Laplandiyası və göz qamaşdıran Qütb parıltısı ilə minlərlə turisti özünə cəlb edir , eyni zamanda, Dünya Xoşbəxtlik Hesabatına əsasən,  Yer kürəsinin ən xoşbəxt ölkəsi adına layiqdır. Finlandiya ardıcıl iki ildir ki, bu sıralamada liderdir, Danimarka, Norveç, İslandiya və Niderland isə növbəti yerləri paylaşır.

Dünya Xoşbəxtlik Hesabatı Martın 20-də BMT tərəfindən açıqlanıb, həmin gün sözügedən qurumun qərarı ilə Beynəlxalq Xoşbəxtlik Günü kimi elan olunub, hesabatı hazırlayan isə Davamlı İnkişaf Həlləri Şəbəkəsidir.

Report 156 ölkəni əhatə edir və aparılan araşdırma ölkələri 6 meyar üzrə qiymətləndirir, bura insanların rifahını təmin edən amillər daxildir: gəlirlər, azadlıq, etibar, sağlam həyat müddəti, sosial təminat və səxavətlilik.

“İlk 10-luqda yer alan ölkələr bu altı meyarın hər birində, həmçinin rifahla bağlı digər emosional ölçülərdə də yüksək qiymətlərə nail olub” – hesabatın redakatorlarından biri olan “British Columbia” Universitenin professoru John Helliwell söyləyir.

Bu faktorlar təkcə həmin ölkələrin doğma sakinləri ilə bağlı deyil, həm də mühacirlərlə bağlı özünü doğruldur.

“Bəli, doğrudur ki, ötən il bütün finlilər dünyanın digər ölkələrinin sakinlərindən daha xoşbəxt hiss ediblər özünü, amma onların immiqrantları da dünyanın ən xoşbəxt immiqrantları olub” –  yəni məsələ heç də fin genetikasında (DNA) deyil, həmin ölkələrdə yaşanan həyat tərzindədir”.

Onlar sosial təminat üçün yüksək vergilər ödəyir, öz hökümətlərinə etibar edir, azadlıqda yaşayır və bir-birlərinə qarşı comərddirlər. Onlar bir-birinin qeydinə qalır – o bildirib, “İnsanlar məhz belə ölkələrdə yaşamağı arzulayır”.

Bu slaydşou üçün JavaScript lazımdır.

Azərbaycan 156 ölkə arasında 90-cı yerdədir, qonşulardan Rusiya 68, Türkiyə 79, Ermənistan 116, İran 117 və Gürcüstan 119-cu pillədə qərarlaşıb.

Maraqlıdır ki, dünya nəhənglərindən Almaniya 17, ABŞ 19, Fransa 24, İspaniya 30 və İtaliya 36-cıdır.

Tam hesabat ilə burada tanış ola bilərsiniz.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa