Qalereya

Dünyanın ən güclü qadınları 2017

2017-ci ildə Dünyanın ən güclü qadınları

Forbes jurnalı hər il olduğu kimi bu il də dünyanın ən güclü qadınlarının  reytinqini tərtib edib. Düz yeddi ildir ki, xanım Angela Merkel ilk pillədəki mövqeyini qoruyur. Onun rekordu dünyanın təkdənbir kişisinə nəsib olardı.

Xanım Merkel Almaniyanın baş kansleridir. Sıralamada ikinci pillədə Böyük Britaniyanın baş naziri Theresa May qərar tutub, onu dəmir ledinin davamçısı adlandırmaq olar. Belə ki, o BB-nin baş naziri olmuş ikinci xanımdır.

Brexit kimi çətin prosedurun həyata keçirilməsi məhz onun çiyinlərinin üzərinə düşüb

Reytinqdə ən dramatik hadisə Hillary Clintonun 65 pozisiyası geriləməsi olub.  O, ikinci sıradan 67-ciyə enib. Bəli, Trumpa məğlubiyyətini ona bağışlamayıblar.

Üçüncü  yerdə Melinda Gates qərarlaşıb, o həyat yoldaşı Bill Gates ilə birlikdə il ərzində xeyriyyə işlərinə yönələn qrantlara 40 mlrd dollardan çox vəsait ayırıb və 100-dən çox ölkədə QHT-ləri dəstəkləyir.

Dünyanın ən güclü qadınları 2017
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa