Məşhurlar

Dünyanın ən çox qazanan aktrisaları: 2019 Forbes reytinqi

Forbes ənənəsinə sadiq qalaraq 2019-cu il üçün pul qanorarları ən yüksək olan aktrisaların reytinqini dərc edib. Dünyanın 10 ən çox qazanan aktrisalarının toplam gəliri $314,6 milyon dollar təşkil edib. Bu rəqəm isə eyni dövr ərzində $588,3 milyon dollar qazanan kişi aktyorların gəlirləri ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır.

İkinci ildir ki, ardıcıl şəkildə Scarlett Johansson dünyanın ən çox qazanan aktrisaları reytinqində birincidir. Ötən il ərzində “Qisasçılar” (Avengers) komandasının üzvü  56 milyon dollar qazanıb. 

Gəlirlərinin böyük bir qismini Marvel kinostudiyasının qonorarları təşkil edib.  Scarlett Johansson “Qara dul” (Black Widow) filmində çəkilişə görə səkkizrəqəmli bir məbləğ alıb, film gələn il ekranlara çıxacaq. Qara dul rolunun ifaçısı Marvel kinostudiyasından $35 mln dollar  qazanıb.  Bundan əlava aktrisaya  «Qısasçılar: Final» (Avengers: Endgame) filminin ümumi gəlirindən faiz ödəyiblər, qeyd edək ki, sözügedən filmin dünya üzrə kassa yığımları $2,8 milyard dollar olub. 

Hər il dərc olunan reytinqdə ilk dəfə yer alanlar isə Elisabeth  MossMargot Elise Robbiedir. Bu il reytinqə yenidən dönənlər isə Sofía Vergara və Reese Witherspoon olub.

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa