Qalereya

Dünyanı idarə edən qadınlar: Ən güclü 23 qadın diplomat və lider

Forbesin hər il dərc etdiyi dünyanın ən güclü qadınları siyahısına nəzər salsaq, ilk üçlükdə Angela Merkel, Theresa Mey və Christine Lagardenin adlarını görə bilərik, siyahı isə 2018-ci ilin dekabrında son dəfə yenilənib. 

May ayında öz Brexit planını Britaniya parlament tərəfindən təsdiqlədə bilməyən Theresa May istefa edəcəyini bəyan edib, o həm mühafizakarlar partiyasının lideri, həm də Birləşmiş Krallığın Baş Naziri vəsifəsini partiya tərəfindən müəyyən ediləcək növbəti namizədə təhvil verməli olacaq.

Theresa May, Birləşmiş Krallığın sabiq Baş Naziri

Angela Merkel  Avropa ittifaqı üçün etdiyi çoxsaylı məziyyətlərə rəğmən son günlərdə məhz zəif sağlıq durumui ilə gündəmdədir. İki dəfə ictimaiyyət qarşısında əsməcə tutması keçirən xanım Merkel sağlamlığı ilə bağlı heç bir məruzatının olmadığını və özünü yaxşı hiss etdiyini bəyan edib. Onun Osakada baş tutatn G20-dəki çıxışı da rahat alınıb, amma buna rəğmən şərhçilər onun G20-dən məğlub ayrıldığını söyləyirlər.

Angela Merkel 10 sitat

Angela Merkelin həyat qaydaları

Qeyd edək ki, ötən ilin noyabr ayında o bildirib ki, Xristian Demokrat Birliyi partiyasının liderliyi vəzifəsindən geri çəkilir, bununla da o, 2021-ci ildə kansler postu üçün namizəd olmayacaq. 

Christine Lagarde də Beynəlxalq Valyuta Fondunun sədrliyindən ayrılır, lakin o meydanı tərk etməyə hazırlaşmır. Belə ki, xanım Lagerde hazırda Avropa Mərkəzi Bankının prezidenti postuna əsas namizəddir.

1993-cu ildən 2001-ci ilə qədər ABŞ-ın Birinci Xanımı, 2001-2009-cu illərdə Nyu Yorkun senatoru, 2009-2013-cü illərdə Birləşmiş Ştatların 67-ci dövlət katibi olmuş xanım Hillary Clinton 2016-cı ildə Birləşmiş Ştatların prezident seçkilərində Demokratlar partiyasından irəli sürülmüş ilk qadın namizəd olub.

Related image

Hillary Clinton

Seçkiləri uduzan Clinton ABŞ-ın qadın prezident seçməyə hazır olmadığını göstərdi, o, sürətlə Forbes renkinqlərini tərk etdi. 

Bu dövrdə ulduzları parlayan xanımlar da az deyil, atasına təsir qüvvəsi böyük olan İvanka Trump, Yeni Zelandiyanın Baş Naziri Jacinda Ardern onlardandır.

Dünyanı idarə edən qadınlar

Aşağıda isə sizi Forbes tərəfindən tərtib edilmiş, hazırda dünyada ən böyük siyasi təsir gücünə malik digər xanımlar ilə tanış etmək istərdik.

1 Şərh

1 Comment

  1. Pingback: Slovakiyanın ilk qadın prezidenti - Zuzana Çaputova - 1Lady.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa