Köşə yazıları

Dizayn bizi hara aparır?

Müəllif: Rəsul Həsənov

Dizaynı əsas tapşırığı nədən ibarətdir? Hazırda bir çox şirkətlərin istifadəçi interfeysi ilə məşğul olduğu vaxtda bu sualı yenidən düşünmək lazımdır.

Agah olan bir cavab var: dizayn peşəkar fəaliyyət sahəsi kimi yaxşı dizaynın hazırlanmasına qulluq edir. Bunu başa düşmək üçün dizayn dünyasının necə dəyişdiyinə baxmaq lazımdır.

Şirkətlər UX ilə məşğul olmağa başlayır

UX qısaca belə açıqlana bilər: User Experience — bizim dildə “istifadəçi təcrübəsi”. Yəni istifadəçinin təcrübəsinə əsaslanan dizaynın qurulması və yaistifadəçiyə yeni təcrübələri qazandıran dizayn.

Hələ on il əvvəl çox az sayda şirkətlər UX-dizaynerləri işə götürürdü. İndi isə demək olar ki, hamısı istedadlar uğrunda mübarizə aparır və dizayn komandası toplayır.

UX sferası on illər əvvəl yaranmasına baxmayaraq, burada partlayış yaxın zamanlarda baş verib. Nielsen Norman Group qurucusu Ceykob Nilsenin bununla bağlı təqdim etdiyi qrafikdə görünür ki, 1983-cü ildə 1000 nəfərlik göstəricidən 1 milyon nəfərədək artım olub.

 

Əsaslı artım son illərin payına düşür

Quote Calligraphy Under Cup of Lemon Tea

Məsələn, IBM 2014-cü ildə elan etmişdi ki, özünün UX-dizaynerlər komandasının yaradılmasına 100 milyon dollar investisiya edəcək.

2013-cü ildə Dizayn İdarəetməsi İnstitutu (Design Management Institute) araşdırmasının nəticələri onu göstərirdi ki, dizaynı öz biznes strategiyalarının əsas hissəsi edən şirkətlərin iqtisadi göstəriciləri S&P 500 siyahısındakı digərlərini 211% ötmüşdür.

UX tərəfdən bu cür gücləndirmə işləri təkcə biznesdə deyil, hər tərəfdə müşahidə olunur. UX komandalar qeyri-kommersial təşkilatlarda, universitetlərdə, muzeylərdə, hətta hökumət orqanlarında çalışırlar.

Məsələn, ABŞ-da 18F və US Digital Service agentliklərinin köməyi ilə UX-dizaynerlər hökumət strukturlarına düşürlər. Belə agentliklər Kanada, Sinqapur, Böyük Briyaniya və digər inkişaf etmiş ölkələrdə də mövcuddur.

Dizaynın əsas məqsədi – təşkilatları dəyişmək və gələcəyə gedən yolu qurmaqdır.

Yeni reallıqları nəzərə alaraq dizaynı üç əsas vəzifəyə bölmək olar.

1) İnteqrasiya

Şirkətlər başa düşürlər ki, dizayn onlara qlobal hədəflərə nail olmağa köməklik edə bilər. Lakin yaxşı dizayn digər sferalardan ayrıca mövcud ola bilməz. O təşkilatın işi və onun hədəfləri ilə inteqrasiya olmalıdır.

Təsəvvür edin ki, təşkilat bir insan bədənidir. Dizayn bədənin işinə inteqrasiya olduğu zaman geyim kimi xarici artefakt rolunu oynaya bilməz. Biz geyimi ehtiyaca görə dəyişə bilirik. İnteqrasiya olmaq isə bədənin funksiyası ilə daha dərin əlaqələr qurmaq deməkdir.

Dizayn bir orqan kimi bədənin təbii bioloji hissəsidir. O dəriyə və ya sinir sisteminə bənzəyir. Onun vəzifəsi bədəni vahid şəkildə bağlamaq və bərkitməkdir. Bu bioloji sistemlər kimi dizayn da təşkilatın uğur və sağlamlığında böyük rol oynayır.

2) Transformasiya

Dizaynın ikinci vəzifəsi təşkilatı yeni sistemlərə və texnologiyalar uyğun transformasiya edib uyğunlaşdırmaqdır. Tədqiqatçı Naycel Kross belə hesab edir ki, dizayn müəyyən tapşırıq üçün nəyin ideal olacağı barəsində dəqiq təsəvvürü təmin edir.

Dizayn mümkün olanı, dünyanın quruluşunu dərk etməyə kömək edir. Bu, tədqiqat mexanizmi, qiymətləndirmə və gələcəyin formalaşmasıdır.

İnteqrasiya təşkilatlara bu gün lazım olduğu halda, transformasiya onları gələcəkdə olacaq hadisələrə hazırlayır.

3) Təkamül

Hazırda UX-dizayn özündə bu kimi şeyləri birləşdirir – istifadə rahatlığı, qarşılıqlı əlaqə dizaynı, istifadəçi kütləsinin araşdırılması və informasiya memarlığı. Lakin həmişə belə olmayıb. Bu peşənin inkişafı öz sahəsini məqsədyönlü şəkildə yaxşıya doğru dəyişmək istəyən mütəxəssislərin səyləri nəticəsində baş verib.

Və elə belə də davam etməlidir. Dizaynerlər gərək yeni biliklər qazansınlar, yeni texnologiyaları öyrənsinlər, üsullar çıxarsınlar və dizaynın gündəlik təcrübəsinə daha uğurlu elementləri tətbiq etsinlər.

Dizaynın təkamül gücü dizaynı ayrıca fəaliyyət sferası kimi deyil, təşkilatların içində mövcud olaraq şirkətlərin tələbatlarını məmnun etməyə yönəlib.

Məhz buna görə də fərdi dizayn studiyalar və konsultantlar dəyərlidirlər. Bunlar dizaynı hərəkətə gətirən xarici qüvvələrdir. Məhz onlar hamıdan çox dizayn təcrübəsini yeniləmək üçün çalışırlar.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa